01.08.2013

YOL AYRICI

Əlixan QAYA

Görüşdük yol ayrıcında
Kəndə sarı gələndə sən
Düyün düşdü taleyimə
Kəndimizdən gedəndə mən!
Ayrıldıq yol ayrıcında
Düymə vurdu yaş gözümdə
Saxla yaşımı ovcumda
Göyərsin eşqim gözümdü
Bükülərəm qanadıma
Bir quş kimi qəfəsdə
Gülüşün düşər yadıma

Sənsiz ürəyim xəstə
Sənsiz nə qış, nə bahar
Ürəyimdə kədər var
Xatırlar bizi yollar
Tamsınar yol ayrıcı

Комментариев нет:

Отправить комментарий