Ərsiz qadın
Xumar cavan və təravətli idi. Əri başqa qadına uyub onu atıb getmişdi. Bu hadisədən sonra tənhalıqdan qorxub xəlvəti Salman adlı birisi ilə görüşməyə başlamışdı. Salmanla oğrun-oğrun görüşsə də, Xumar taleyindən razı idi. Salman pis adam deyildi. Səmimi və xeyirxah idi. Onu sevir və qayğısına qalırdı. Xumar səbirsizliklə onunla görüş gününü gözləyirdi.
İş elə gətirdi ki, Xumarın oğlu Fərman bu gizli sevgidən xəbər tutdu. Xumar etiraf etməli oldu:
-Mən o kişini sevirəm!
Anasının etirafı Fərmanı haldan çıxartdı:
-Ana, nə danışdığını bilirsən, onun arvadı var.
Xumar təslim olmaq fikrində deyildi. Odur ki, dedi:
-Nə olsun ki, arvadı var. Deyirsən ömrümü bu dörd divar arasında çürüdüm?
Fərman ümidsiz halda:
-Bəs ailəmizin şərəfi? – deyə soruşdu.
Xumar coşdu:
-Nə şərəf? Hansı şərəfdən danışırsan? Kimin şərəfini qoruyum? Biqeyrət atanın? Ötəri ehtirasın əsiri olub səni də, məni də atan o vicdansızın? Məgər o qadın məndən artıq idi?
Fərman cəhd etdi:
-Soruşursan: kimin şərəfini? Mənim şərəfimi. Mən ki şərəfsiz, biqeyrət deyiləm. Ancaq sənin hərəkətin məni şərəfsiz, biqeyrət edəcək. Atam evdən gedib. Bəs mən? Biz yenə ailəyik.
Bu sözlərin müqabilində Xumar çaşdı: “Doğru sözə nə deyəsən?! Hərəkəti oğlu Fərmana da ləkə gətirir. Axi o daha böyüyüb, bu gün, sabah orta məktəbi bitirir”.
Fərman sözünə davam etdi:
-O da sevirsə, səninlə evlənsin.
Xumar Salmanın müdafiəsində duraraq dedi:
-Necə evlənsin? Onun ailəsi var.
Fərman özünü saxlaya bilməyib səsini qaldırdı:
-Başa düşdüm. Sən ona aşna kimi lazımsan. Bir az da kobud desəm, ehtirasını söndürmək üçün bir fahişə kimi lazımsan.
-Nə danışırsan, oğul? Dilin necə gəlir ki, məni belə alçaq sözlərlə təhqir edirsən?
Fərman da öz növbəsində dedi:
-Bəs sən necə rəva gorüb hərəkətinlə məni alçaldırsan?!
O, acıqlı halda otaqda var-gəl edə-edə:
-Demirsən sevir?! Boşasın arvadını, alsın səni, - dedi.
Xumar hələ də Salmana haqq qazandırmaqda davam edərək dilləndi:
-Sənin atan kimi? Axı onun uşaqları var. Onları atsın?
-Atmasın? Bəs mən bu evə tüpürüb ilim-ilim itsəm necə? Səni ağrıtmaz? Tək qalmazsan?
Fərman anasının dinmədiyini görüb, acı bir istehza ilə:
-Yox, tək niyə qalırsan, artıq sənin Salmanın olacaq. Əlinə-qoluna heç kim dolaşmayacaq. Nə zaman istəsə ya Salman gəlib kefi istəyən qədər burada qalar, ya da sən gedib onlarla birgə yaşayarsan... Amma yadında saxla. Bir gün gələcək atam kimi Salman da səni tərk edib birdəfəlik və həmişəlik ailəsinə qayıdacaq. Onda sən tamamilə tənha qalacaqsan. Mən də olmayacağam. Gözəlliyin də gedəcək. Daha heç kimi maraqlandırmayacaq, cəlb etməyəcəksən.
Xumarın sinəsindən qəlbağrıdıcı bir ah qopdu:
-Oğul, insafsız olma. Səni varlığım qədər sevirəm. Sənsiz həyat mənim üçün ölümdür. Ömür keçir, gün keçir. Mən cavanam. Yaşamalıyam.
Fərman öz mövqeyini ortaya qoydu:
-Kişi və qadın bir yerdə qanuni, qanun çərçivəsində yaşamalıdır. Xəlvəti yox, öz ehtirasını söndürməkdən ötrü yox.
Xumar nəsə demək istədi, Fərman əlini yelləyib imkan vermədi:
-Mənim də beş-altı dostum, düşmənim var. Sabah onlardan kimsə sizi birlikdə görsə, ya da bu macəranızdan xəbər tutsa, üzümə də vurmasalar, bir-birlərinə deyəcəklər, yaxud ürəklərində fikirləşəcəklər: “Fərmanın anasının ayağı sürüşkəndir”. Həm də atama əsas verirsən ki, özünü təmizə çıxarmaq üçün desin: “Məndə nə təqsir?! Əxlaqsız idi, atıb getdim”.
Xumar gözlərini məchul nöqtəyə zilləyərək susurdu.
DURNA BALIĞI
Rahil Şirvan şəhər bazarında balıq alveri ilə məşğul idi. Neçə illərdi ki, balıq satmaqla ailəsini dolandırırdı. Hətta şura hökuməti illərində, ağ balığın satışının qadağan olunduğu illərdə də əl altından balıq satardı. Balıq üzdə olmazdı. Rahil əli cibində bazarda dolaşardı. Onun yan-yörəsində bir şey olmasa da, hamı bilirdi ki, balığı kimlərdən almaq olar. Bunu sahə müvəkkili də bilirdi, ondan böyük nəçənniklər də - milis rəisi də, məhkəmə də, lap elə prokuror da. Bilə-bilə ona dəyib dolaşmırdılar. Kişi haqqını verirdi də... Həm də onları balıqla, qara kürü ilə təmin edirdi.
Ona dəymirdilər, fəqət ağ balıq almış bəzi xam adamları milis yaxalayırdı ki: “Ağ balıq satışda yoxdur, haradan almısan? Gedək şöbəyə”
Şöbədə balığı əlindən alırdılar. Bu, mütləq idi. Çox çək-çevirdən sonra bir şey qoparıb buraxırdılar. Həmin adam deyə bilmirdi ki,” Balıq necə qadağandır ki, gözünüzün qabağında satırlar?!”
Balığı kim satırdı? Bunu heç kim demirdi. Bu, adam satmaq, mərdimazarlıq olardı. Hamı bir-birini tanıyırdı.
Nə isə...
Rahilin alveri yaxşı gedirdi. Balıqların çoxunu xırıd eləmişdi. Kimisi Xəşəm, kimisi Kütüm, kimisi Çəki, başqa birisi, Çapaq, ağ balıq, Durna balığı, Xanıbalığı xoşlayırdı. Gəlib Rahildən alırdılar, nuş canlıqla yeyirdilər.
Rahil növbəti müştərini yola salıb başını qaldıranda Fatmanı yanında gördü. Ülkər onun ikinci arvadı idi, birincini çoxdan boşamışdı.
-Bıy arvad, bayaqdan səsini niyə çıxarmırsan?
Ülkər özünü əsdirə-əsdirə:
-Dayanıb sənə göz qoyurdum, - dedi və sonra əlavə etdi. -Maşallah, göz dəyməsin, balıqları əritmisən.
Rahil yanını qaşıdı. Ərinin hərəkətini görən Ülkər dedi:
-Özün bilirsən ki, gözümdə yoxdur... A kişi, evdə yavanlıq yoxdur, bax, gör nə edirsəm.
Rahil tez bir dənə durna balığını sellofan torbaya atıb Ülkərə uzatdı. Ülkər almadı:
-Bu nədir, ay kişi?
-Balıqdır da... Durna balığı. Apar, bişir, gələrəm, yeyərik.
Ülkər ağzını yana tutdu:
-O durna balığını o yana elə. Başqa balıq niyə qoymadın?! Gözün elə onu gördü?! Qıymırsan? Durna balığından iyrənirəm.
Rahil özünü sındırmadı:
-Nə olub, arvad. Gül kimi balıqdır. Sən Kür daşandan-daşana çimirsən. Bu binəva bütün günü suyun içindədir. Onun nəyindən iyrənirsən?
Opisiant qız
Muxtarla Atəş pivəxanaya gəlib əyləşdilər. Xörəkpaylayan qız yaxınlaşmaq bilmirdi. Muxtarla Atəş bir neçə dəfə əl-qollarını ölçəndən, səsləyəndən sonra, axır ki, qız yaxın gəldi. Sifarişi qəbul edib getdi. Muxtarla Atəş söhbət edir, siqareti siqaretə calayırdılar. Xörəkpaylayan qızdan xəbər-ətər çıxmırdı. Pivə gətirsə də, sosiska gəlib çıxmaq bilmirdi.
Dediyinə görə, sosiskanı qaynamağa qoymuşdular. Bu müddətdə bəlkə qoyunu kəsib, soyub, kababını da çəkmək olardı. Salfet də yox idi, külqabı da.
Pivəxanada xeyli müştəri vardı. Həm də axşam saat 22 idi. Xörəkpaylayan qız yəqin yorulmuşdu. Binəva nə etsin? Bir qarın çörəyin möhtacı idi. Səhərdən ayaq üstə gəzirdi. Çatdıra bilmirdi. Bütün bunları fikirləşən Muxtarla Atəşin ona yazığı gəldi. Amma onları da başa düşmək lazım idi. Acmışdılar. Muxtar qızı çağırıb:
-Ay qızım, səni başa düşürük, - dedi. -Yorulmusan, indi sənin dənizdə, Antaliyada, Bodrumda, Quşadasında istirahətdə olan vaxtındır. Sənsə gecənin bu vədəsində pivə paylayırsan, sosiska qaynadırsan...
Qız onu başa düşmədi. Elə bildi ki, ona sataşır, söz atır. Odur ki, kobud cavab verdi:
-Bizim yerimiz dəniz, Antaliya, Bodrum, Quşadası deyil.
Onun kinayəli danışığını eşidən Muxtar da öz növbəsində:
-Düz deyirsən, sənin yerin elə pivəxanadır, - dedi.
Qız baxa-baxa qaldı.
Qab-qacağın da pulunu
Yolüstü yeməyə oturdular. İki nəfər idilər. İki şiş balıq, iki şiş qabırğa. Bir şüşə araq, iki şüşə pivə.
Yedilər-içdilər. Gedəndə özləri ilə yemək götürmüşdülər. Meşədə oturanda yeməklərini yemişdilər. Qazan, boşqablar, çəngəl-bıçaq, duzqabı maşında idi. Xörəkpaylayan gəldi, bir qiymət oxudu ki, gəl görəsən. Hesabı Kərim verəcəkdi, qanıqara çıxarıb ödədi. Onu əhvalı pozğun görən Mətləb:
-Qoy hesabı mən verim, - deyə təklif etdi.
Kərim razı olmadı.
-Elə isə, pulun yarısını mən verim.
Kərim yenə razı olmadı.
Xörəkpaylayan pulunu alıb getmişdi. Onun başı qarışıq idi. Müştərilərə xidmət edirdi. Kərim tələsmirdi. Mətləb ona göz qoyurdu. Kərim maşına sarı gedib, mavi rəngli zənbili gətirdi. Boşqabları, su stəkanlarını, qədəhləri, qaşıq, bıçaq və çəngəli zənbilə yığmağa başladı. Mətləb təəccüblə:
- Kərim, nə edirsən?
-Mətləb, qardaş, bir tikə yemək yedik, canımızı aldılar. Deyəsən, bu qab-qacağın da pulunu çıxıblar. Ona görə götürüb aparıram.
- Kərim, Kərim, ayıbdır.
-Nə ayıbdır, Mətləb. Onlara ayıb olmur. Həmişə biz abrımıza qısılıb dinmirik. Hələ bunlar maşındakı qabların da pulunu bizdən alıblar. Evdən gətirdiklərimizi deyirəm.
MƏN O YAŞI ÖTMÜŞƏM
Ölkədə yaş həddi ilə bağlı söz-söhbət gedirdi. Deyirdilər qərar qəbul olunacaq ki, 65 yaşına çatmış adamlar təqaüdə yola salınsın. İdarədə bir neçə adam vardı ki, 65 yaşı tamam olmuşdu, bir neçəsi isə 65 yaşa çata-çatda idi. Onlar dilxor idilər. Canları sulu idi. Hələ işləyə bilərdilər. Çıxıb evdə nə edəcəkdilər?!
Ziyadla Yaşar hər gün bir kənara çəkilib ölçür-biçir, bir qərara gələ bilmirdilər. Deyilənə görə, müdiriyyətə icazə verəcəkdilər, 65 yaşı çatan bəzi adamları hər il əmək müqaviləsi bağlamaqla 70 yaşına kimi işdə saxlaya bilsin. Buna da ümid bağlamaq olmazdı. Müdirləri Çığır Bağırovun bığının altından keçmək lazım gələcəkdi. O da gərək ona yaxın olasan, onun adamı olasan. Amma nə Ziyad, nə də Yaşar onun adamı deyildi. Əksinə əlinə-ayağına dolaşırdılar. İndi Çığır Bağırovun əlinə girəvə dQuşadasıüşəcəkdi ki, Ziyadla Yaşar kimilərdən yaxasını qurtarsın, yalnız yaltaqları, ikiüzlüləri ətrafına yığa bilsin.
Baş Ayaqov onların xosunlaşdığını görüb yaxınlaşdı:
-Sizə fikir verirəm, neçə gündür özünüzdə-sözünüzdə deyilsiniz? Nə olub sizə? Gəminiz hansı dəryada batıb?
Baş Ayaqov Çığır Bağırovun sağ əli idi. O, çox yaxşı bilirdi ki, Ziyadla Yaşarı narahat edən nədir. Amma atmacalarından, sancmağından qalmırdı. Ona görə də Ziyad olanı dedi. Gizlətməyin nə adı vardı ki?
-Baş Ayaqov, guya xəbərin yoxdur. 65 yaşına çatanların dalından dəyəcəklər. Yəni təqaüdə yola salacaqlar. Bizim də dalımızdan dəyəcəklər. Mənim də Yaşarın da, hələ bizdən əvvəl sənin də...
Baş Ayaqov 84 yaşına çatmışdı. Ziyadla Yaşar gedəndən sonra Çığır Bağırov hansı məntiqlə, hansı ağılla, hansı üzlə Baş Ayaqovu işdə saxlayacaqdı? Himayədarı deyil, lap qardaşı olsun! 84 yaş hara, 65 yaş hara?!
Baş Ayaqov özünü o yerə qoymadı, heç halını belə pozmadan:
-Sizi bilmirəm, o qərarın mənə dəxli olmayacaq.
Bu dəfə Yaşar dilləndi. Təəccüblə soruşdu:
-Necə yəni olmayacaq? Bu məsələ artıq Çığır Bağırovluq deyil. O, bu işdə aciz olacaq. Çığır qədeş təkcə yetmiş yaşına qədər olanlara kömək edə bilər.
Baş Ayaqov qəh-qəhə çəkdi:
-Mən Çığır Bağırovu nəzərdə tutmuram, heç ona ehtiyacım da yoxdur.
-Necə yəni?
Bunu Ziyad dedi.
Baş Ayaqov özünə arxayın halda dilləndi:
-Siz mənə görə narahat olmayın, öz dərdinizi çəkin. Qərar 65 yaşlı adamlara aid olacaq, mənə yox. Mən artıq o yaşı ötmüşəm. Deməli mənə aid deyil.
Baş Ayaqov bunu deyib yoluna düzəldi. Ziyadla Yaşar onun ardınca baxa-baxa qaldılar.

Комментариев нет:
Отправить комментарий