Gəlin bir az keçmişə qayıdaq. Hər şey 12 il əvvəl, 11 Sentyabr 2001-ci ilin səhəri Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə aid əkiz binalara bir təyyarənin dəyməsi şousu ilə başladı. FaktXeber.com-un verdiyi məlumata görə, tarixdə qısaca 11 Sentyabr, ya da 9/11 olaraq qalan bu qaranlıq hadisə, özündən sonra dünyaya siyasi, hərbi və iqtisadi hadisələr zənciri və imperialist qüvvələr tərəfindən Orta şərqə qan, gözyaşı və işğal gətirdi.
ABŞ-da 11 sentyabr 2001-ci ildə törədilən və 3 minə yaxın insanın ölümünə səbəb olan terror aktı əsnasında hava limanındakı nəzarətçilərin, təyyarələrdəki terrorçuların, çarəsiz qalan ekipajın və bəzi rəsmilərin arasındakı danışıqlar da işıq üzü gördü.
Bu danışıqlar 11 sentyabr günü yaşanan vəhşəti bir daha göz önündə canlandırır.
Hücumun həyata keçirildiyi gün yerli vaxtla 08:19-da "American Airlines 11" təyyarəsindəki pilot kabinəsindən Bettio Onq hava limanı ilə əlaqə saxlayır: "Mən nömrə 3-əm. Kokpit telefona cavab vermir. "Business Class"da birisi bıçaqlandı. Nəfəs ala bilmirik. Biri bıçaqdan istifadə edir və bu tərəfə gəlir. Bir dəqiqə gözlə. 1 və 5 nömrə bıçaqlandı. Kokpittə kim var, bilmirəm".
"American Airlines 11" təyyarəsini qaçıran Məhəmməd Atta 08:24-də hava limanı ilə əlaqə saxlayır: "Kimsə tərpənməsin, hər kəs yaxşı olacaq. Əgər hər hansı hərəkət etsəniz, özünüzə də təyyarəyə zərər verərsiniz. Sadəcə səssiz olun".
Şimali Amerika Hava Müdafiə Komanda Mərkəzi (NORAD) saat 08:37-də məlumatlandırılır: "Burada bir problemimiz var. Qaçırılan bir təyyarəməz var və bu an Nyu-Yorka doğru gəlir. F-16, ya da buna bənzər bir şeyi oraya göndərməyinizə ehtiyacımız var. Bu bir test və ya təlim deyil, həqiqətdir".
08:47-də Dünya Ticarət Mərkəzindən ilk hücum raportları verilməyə başlayır:
- "Boston, bura Nyu-Yorkdur, necə təyyarəydi o? 767?"
- “Bura ACİ izləmədir, təyyarənin izini itirdinizsə, təkrar edərsinizmi?"
- "Boston təyyarəni itirdi. Burada qaçırılma olduğunu düşündüyümüz bəzi təhlükələr var".
- "Nyu York vəziyyəti araşdırır. Bölgədə bir ELT (təyyarə qəzaya uğradığı zaman siqnal verməyə başlayan cihaz) siqnalı alırıq."
- "Kennedi Qüllə danışır, siz ciddisinizmi? Bu arada Dünya Ticarət Mərkəzindən alovlar və dumanlar yüksəlir".
- "Ora tam da bizim təyyarənin izini itirdiyimiz nöqtədir".
- Saat 09:02-də Nyu-Yorkdakı hava nəzarətçiləri "United 175"in Dünya Ticarət Mərkəzinə çırpıldığını görür: "Şüşədən bayıra baxırsanmı? 4 min fitdəki təyyarəni görürsənmi? 5 dərəcə şərqdə. Görürsənmi, binaya doğrumu alçalır? Çox sürətli alçalır".
- "800 fitə qədər endi. Bu nə təyyarəsidir?"
- "Bilmirəm, bir dəqiqəyə öyrənərəm"
- "Başqa biri binaya çırpıldı. Başqa biri binaya çox güclü çırpıldı".
- "Bütün bina dağıldı. Aman Allah".
Saat 09:32-də "United 93"ü qaçıran şəxs sərnişinlərlə danışır: "Lütfən, oturun və qətiyyən ayağa qalxmayın. Təyyarədə bomba var"...
Aşağıdakı videonun 19 dəqiqə 30 saniyəsindən sonra olan hissəsinə diqqət yetirin. Binanın üst mərtəbələrinə təyyarə çırpılıb və ətraf toz içərisindədir. Amma təxminən 19.40-da isə bina qəfildən çökür. Sanki onun sütunlarına dinamit bağlayıblar. Belə bir halın olmadığı isə gün kimi aydındır. Çünki kəşfiyyat məlumatlarında bu barədə heç bir şey deyilmir. Bu isə dolayısıyla onu sübut edir ki, 11 Sentyabr hadisəsi Amerika Mərkəzi Kəşfiyyat orqanlarının əli ilə planlaşdırılmış bir hadisə idi. Çünki mütəxəssislər də bildirirlər ki, 100 mərtəbəli bir binanın özülü kifayət qədər möhkəm olduğu üçün, onun bu cür çökməsi mümkün deyil. Belə bir binanın çökməsi üçün mütləq onun özülü zəiflədilməlidir. Ki, bunun da MKİ-nin işi olduğu şübhə yaratmır.
TERRORLA MÜBARİZƏ DEYİLDİ, NEFTƏ PRİORİTET VAR İDİ
4 sərnişin təyyarəsindən ikisi Nyu-Yorkdakı əkiz qüllələrə, digəri Pentaqona dəymiş, digəri isə sərnişinlərlə birlikdə yerə düşmüşdü. Hadisələrdə 19 nəfər terrorçu ilə 2.974 adam ölmüşdü. Hücumlardan Üsəma bin Ladenin lideri olduğu "Əl-Qaidə təşkilatı" günahkar bilindi. Bu hücumdan sonra isə yeni təhlükəsizlik strategiyaları təyin edildi. Təhlükəsizlik strategiyalarını ABŞ, “terrorla mübarizə” devizi adı altında İslam ölkələrinin təbii sərvətlərini zəbt etməklə məşğul oldu.
ABŞ ƏFQANISTAN VƏ İRAQA MÜHARİBƏ ELAN ETDİ
Bu strategiya çərçivəsində ABŞ ilk olaraq Əfqanıstana hərbi müdaxilə etdi. 19 Mart 2003-cü ildə isə nüvə silah bəhanəsiylə İraqa müharibə elan olundu. İki ölkəni də işğal edən Amerika, pullu əsgərləriylə bu ölkələrdə soyqırıma start verdi. Hər iki ölkəni qan gölünə çevirən ABŞ əsgərləri və kolalisiya qüvvələri ilə birlikdə, minlərlə günahsız qətlə yetirildi. 11 Sentyabrın 12-ci ildönümündə, ABŞ-ın terrorla mübarizə bəhanəsi ilə başladığı döyüşdə bu günə qədər təxminən 2.5 milyon insan həyatını itirib. Döyüşün təxminən xərci isə dünyadakı bütün yoxsulları xilas edə biləcək bir rəqəmdir. İraq və Əfqanıstanın işğalı üçün indiyə qədər ABŞ 500 milyard dollardan çox pul xərcləyən ABŞ, qanlı plana görə 5 milyon adamın vətənindən didərgin düşməsinə səbəb olub.
TERROR QURBANLARININ AİLƏSİNƏ TOPLANMIŞ PULU MƏNİMSƏYİBLƏR
Amerikanın CBS telekanalı bildirir ki, Kaliforniyada 11 sentyabr hadisələrində həlak olmuş uşaqların ailələri üçün yığılan maliyyə vəsaiti ştatın büdcəsinə xərclənib. Məlum olub ki, 15 milyon dollar fond pulundan 3 milyonu büdcə kəsrinin ixtisarı, daha bir neçə milyon isə digər məqsədlər üçün xərclənib.
Araşdırmalara görə, 2001-ci il 11 sentyabrda baş verən məlum terror hadisəsində həlak olmuş 30 uşağın ailəsinə cəmi 21 381 dollar çatıb.
Qeyd edək ki, sözügedən fonda vəsait 11 sentyabr hadisələrinə həsr olunan xüsusi avtomobil nömrə nişanlarının satışından daxil olurmuş. Hazırda da bu nömrələrin reklamı yayımlanır, halbuki, ştat rəhbərliyi 7 il əvvəl xüsusi təqaüdlərin verilməsini dayandırıb.
11 SENTYABR QURBANLARININ CƏSƏDLƏRİ ZİBİLLİKDƏ BASDIRILIB
Başqa bir məlumatda isə bildirilir ki, 2001-ci il sentyabr qurbanlarının kremirasiya edilmiş qalıqları zibilxanada basdırılıb. Bu barədə Pentaqonun hesabatında yazılıb. Söhbət Pentaqon binasına və Pensilvaniyada terrorçular tərəfindən ələ keçmiş təyyarənin tanınmamış qurbanlarından gedir.
Sənəddə deyilir: «Kremirasiya edilmiş qalıqlar hermetik qutulara yerləşdirilək, biotibbi qalıqların məhvi ilə məşğul olan podradçıya təhvil verilib».
Sonra isə yazılır ki, icraçı həmin qalıqları Virciniya ştatındakı zibilxanada basdırıb.
11 SENTYABR ÜÇÜN TƏƏCCÜBLÜ İDDİA
Dünya, William Rodrigez adını ilk dəfə Amerikadakı Dünya Ticarət Mərkəzinin 11 sentyabr 2001-ci ildə dağılmasıyla eşitdi. Əkiz qüllələrdə təmizlikçi kimi işləyən Rodrigez, qəhrəmanlıq göstərərək, çoxlu sayda insan xilas edib. Göstərdiyi cəsarətə görə milli qəhrəman elan edilən Rodrigez, bir anda Amerikanın ən məşhur adamı oldu.
Terror hücumunun bir sui-qəsd olduğunu iddia etməsinin yaratdığı şok keçməmiş, Rodrigezin müsəlman olduğunu açıqlaması onu bir daha ölkəsinin və dünyanın gündəminə gətirib.
11 sentyabr 2001-ci ildə binanın içərisində olduğunu söyləyən Rodrigez, binaya təyyarənin çırpılmasından əvvəl bünövrədə bir partlayışın baş verdiyini söyləyib.
11 sentyabr hücumlarının Amerikanın İraqa girməsini haqlı göstərmək üçün həyata keçirildiyini iddia edən Rodrigez, "hücumun müsəlmanların üzərinə atılmasına dözə bilmirəm. Hələ təyyarələr binalara çırpılmamışdan əvvəl içəridə partlayışlar oldu. Bu bir sui-qəsd idi", - deyib.
Hücum planı ilə bağlı nə vaxtsa həqiqətlərin ortaya çıxacağına ümid etdiyini söyləyən Rodrigez, "11 sentyabrın unudulmaması üçün bu mövzunu gündəmdə saxlamağa davam edəcəyəm", - deyə bildirib.
11 SENTYABR HADİSƏSİNDƏ HƏQİQƏTLƏRİ AŞKAR EDƏN FİLM
Bütün dünya hələ də 11 il əvvəl bu günü ABŞ-dakı əkiz qüllələrə olunun hücumun arxasındakı həqiqəti araşdırır. ABŞ-lı intellektuallar etiraf etdilər ki, "Bu hadisə tamamilə Pentaqon işidir".

Комментариев нет:
Отправить комментарий