Azərbaycan sözünün mənası ilə bağlı şok iddia
Gənc tədqiqatçı Razzaq Xansuvar "Yeni xəbər" qəzetinin saytında Azərbaycan adının kökü ilə bağlı maraqlı fikirlər səsləndirib. Qədim sivilizasiyaları tədqiq edən və tarixi abidələri araşdıran tədqiqatçı bu yaxınlarda Lerikin Ozobijon kəndində olub. Ozobijon qədim maq kahinlərinin yaşadığı kənddir. Sovet dönəmində bu kəndin adı Azərbaycan, müstəqillik illərində isə Günəşli adlandırılıb. Tədqiqatçı deyir: "Amma hec biri bu qədim Oozbijon toponiminin məntiqini dəyişdirə bilmədi. Belə ki, Günəşli də, Azərbaycan da özləri bilmədən Ozobijonun atəşpərəstlik məntiqini qoruyur".
Baxaq necə qoruyur? Razzaq Xansuvar deyir: "Ozər - Azar - Azəri. Atəş, Gunəş Tanrısı. Qədim mənbələrdə, İran miflərində və Avestada Atar-Adər-Azər-Ozər-Zər -Tanrıdır, Gunəş tanrısı. Yəni belə desək, Misir Amonu. İndi keçək Ozobijon izahına. Ozobijon -Azarbijan- Azər Becan -Ozər Bi Jan- Ozər Bi Jian- Ozəri Bi Jieye. Can-Con-Jon-Jion-Ji On-Ji sözü yerli dildə yaşamaq, yaşayış, ön şəkilçisi isə cəm şəklindədir".
Burda maraqlı bir izah ortaya çıxır: Ozobijon - Tanrı davamçılarının yaşadığı yer, atəşcanlıların yaşayış yeri. Maqların davamçıları, nəsilləri.
Tədqiqatçı daha sonra bildirir: "Ozobijon kəndinin Maqların vətəni və yaşayış yeri olduğunu sübut edən faktlardan biri də kənddəki Çəkərə türbəsidir. Bura pirdir, ocaq kimi ziyarət olunur. Çəkərə - bu elə hind fəlsəfəsindəki çakradır. Çəkərə turbəsindəki qəbirlər eramızdan əvvələ aid edilir. Qəbir daşlarının üstündəki işarələr onların Gunəşli övladları, Maqların məzarları olduğunu sübut edir. Bir sözlə kəndin təbiəti, abidələri onun toponimini izah edir".
Ozobijon kəndi Azərbaycanın sirrini və qədim sivil mədəniyyəti özundə gizlədən bir canli abidədir. Ozobijon kəndində məskən salma eramizdan əvvəl təqribən 2-4 min il əvvələ gedib çıxır. Burdakı çoxlu məzarlar Zərdüştü qəbrlərdir. Kənddə həm də Nisohi, Linatiba, Donajana Sig, Kinon Kiə deyilən tarixi yerlər vardır.
"O cümlədən Vov deyilən yer də var. Yel su deyilən yer də var, ona həm də Şəfa Suyu deyilir. Ayaqlarda olan yeli çıxardır. Bir sozlə, Ozobijon Azarı-bezarı bədəndən çıxaran deməkdr. Ozobijon - xəstəliyin candan çıxması - belə də olar, çünki yerli dildə "ozo" dərd, "bijon" bədəndən çıxaran mənasındadır".
Xatırladaq ki, Ozobijon kəndin adı hələ 1508-ci ilin oktyabr ayında verilən bir sənəddə çəkilir (mənbə: AMEA Tarix İnstitutu, elmi arxiv, fond 1, op 2, doc 298). Belə ki, Əmir Əhməd Deriğinin fərmanında burada Azarbican çayı və kəndi olduğu qeyd edilir.
Комментариев нет:
Отправить комментарий