25.09.2013

Əlixan Qaya - MİLAN KUNDERAYA

Xəyal uçub gedəndi
Düşüncələr qalandı
Ürəyimin sözündə
Yeni fikir yarandı
Sözün göylərə çatmasa
Göydən yerə atılmasa
Tənqid sözə qatılmasa
Yeni fikir yaranmaz
Dünya bizdən uzaq durur
Içimizdən dünya çıxır
Sudan təmiz, sudan duru
Gözümüzdən dərya çıxır
Dəli-dəli dalğalar
Gözüm yaşından çıxır

Batdım söz dənizində
Sular başımdan çıxır
Yatıram qırışıram
Dururam alışıram
Nə qədər çalışıram
Çörəyim daşdan çıxır

Комментариев нет:

Отправить комментарий