12.09.2013

Mobil telefon

Mirzə İskəndərov

Çərşənbə günü idi. Yaz havası öz füsunkarlığını göstərirdi. Həmin gün mən icazə alıb poçt məntəqəsinə getməliyidim. Bu məqsədlə də məktəbdə tənəffüs vaxtı direktorun kabinetinə tərəf getdim. O, pəncərədən məktəbin həyətinə – şagirdlərin davranışına baxırdı. Mən qapını döyərək içəri girdim. Direktora yaxınlaşaraq:
–Salam, – dedim.
–Salam, – deyə direktor dedi.
–Müəllimə icazə olar mən bu dərsdən sonra gedim?

–Get.
Qəribə olsa da müəllimə nəyə görə icazə aldığımı soruşmadı.
Mən getməyə hazırlaşırdım ki, müəllimə: 
–Mirzə, sənin bibinqızı məktəbə gəlib? – deyə məni saxladı.
–Xeyir, müəllimə gəlməyib.
–Niyə?
–Xəstə olduğuna görə.
–Bəli, yaxşı, – dedi, – gedə bilərsiniz.
Qapını açaraq:
–Sağ olun – dedim və dəhlizə çıxdım.
Cəld ikinci mərtəbəyə qalxdım. Dəhlizdə yeriyərkən pəncərədən məktəbin
bağçasına baxdım. Yağış yağır, kiçik gölməçələr yaradırdı. Günəş isə öz nuru
ilə kiçik gölməçələr üzərində göyqurşağı əmələ gətirirdi. “Necə də gözəldir.
Hətta çox” – dedim və tarix kabinetinə tərəf addımlamağa başladım.Kabinetin 
qapısını açaraq içəri girdim. Zəng içəri hələ vurulmamışdı. Buna görə də çantamı
parta arxasına qoyub dəhlizə çıxdım. Uşaqlarla danışmağa – söhbət
eləməyəbaşlamaq istəyirdim ki, zəng vuruldu. Sinif yoldaşlarımla birgə içəri
girdim. Müəllimlə salamlaşdıq və yerlərimizə oturduq. Müəllim sinif jurnalını
yazarkən bizdən dərsi təkrar etməyimizi tələb etdi. Mən kitab, dəftərimi
çıxartdım və kitabı açıb oxumağa başladım. Beş dəqiqə keçmədi ki,
müəllim ayağa qalxıb:
Dərsin adı nədir? – deyə sual verdi
    Sinifimizdə on səkkiz uşaq oxuyurdu. Mən, Vəfa, Ülvi, Xədicə və
daha dörd nəfər əlaçı idi. Sinif nümayəndəsi – Vəfa, müavini – Ülvi
idi.
    Əlaçılar və bir neçə şagird əlini parta üstə dik qoymuşdu.
    Müəllim Vəfaya sarı dönərək:
 Sən de, – dedi.
Biz keçən dərs – tarix dərsindən, “Şərqi Avropa Xalqları” mövzusunu öyrəndik, – deyə Vəfa dilləndi.
    Müəllim kimin qiyməti olmadığını yoxlamaq üçün sinif jurnalına baxdı. Məlum oldu ki, Elvinin, Nazlının, Qurbanəlinin, Xədicənin, Samirənin və Zeynəbin qiyməti yox idi.
    Müəllim Elvinə baxdı və dedi:
Gəl dərsi danış. 
    Elvin ayağa durub lövhəyə yaxınlaşdı və dərsi danışmağa başladı.
    İntiqam yerində dimməzcə oturmuşdu. Birdən Qurbanəli onu çağırdı. Bu zaman İntiqam geriyə dönərək:
Nədir? – dedi.
Telefonu ver, oyun oynayım.
   İntiqam mobil telefonu ona verdi. Telefonu verərkən müəllim onu gördü. Adəti üzrə xəttkeşi götürərək Qurbanəliyə  tərəf addımlamağa başladı. Müəllim ona baxaraq hirsli-hirsli:
Qurbanəli, əlindəkini mənə ver! – dedi.
Müəllim, mənim deyil. Vallah İntiqamındır.
Sənə deyirəm ver onu – acıqlı-acıqlı dedi.
   Müəllim Qurbanəliyə nə qədər telefonu verməsini əmr etdisə o, telefonu vermədi. Qurbanəli partanın o biri tərəfində durmuşdu ki, müəllim ondan telefonu ala bilməsin. Nəhayət o, İntiqama sarı dönərək: 
 Qorxma dərsdən sonra telefonu verər.
 Telefonu ver!
   Qurbanəli telefonu müəllimə verdi. Müəllim telefonu alaraq müəllim masasının siyirməsinə qoydu. Elvin dərsi bir təhər danışandan sonra parta arxasına keçib əyləşdi.
   Mən sakitcə dərsi oxuyurdum. Heç kim deyə bilməzdi ki, bu mənimdə başıma gələ bilər.
   Qurbanəli yerində sakit otura bilmirdi. O, zahirən və mənən Tim Burtonun müəllifi olduğu “Çarlinin şokolad fabrikası”  filmində Mayk Tiv rolunu oynayan Cordan Frayın özüdür. O, yumoru ilə güldürür, daim diqqət cəlb edirdi. Hədindən çox danışırdı.  Hətta bir dəfə İngilis dili müəllimi onu danıışdığına görə döymüşdü.
  Qurbanəli, mənə tərəf dönərək:
Mirzə, telefonu mənə ver, internetə girib verərəm.
 Buyur, – deyib telefonu Yurana verdim ki, Qurbanəliyə versin.
    Qurbanəli, telefonu alaraq:
 Sağol – dedi.
    Yuran telefonu Qurbanəliyə verərkən müəllim gördü. Müəllim çox pis əsəbləşmişdi. O, Qurbanəliyə yaxınlaşıb:
 Qurbanəli, telefonu ver yoxsa, səni direktorun yanına apararam! – dedi.
 Müəllim, mənim deyil
    Mən ayağa qalxdım və Qurbanəliyə sarı dönərək dedim:
 Qurbanəli, mən telefonu sənə vermişəm, səndəndə alaram.
    Qurbanəli, çox pis vəziyyətdə qalmışdı.
 Bəs, müəllim deyir, ver axı.
 Mən, bilmirəm. – dedim.
    O, axırda məcbur olaraq telefonu müəllimə verdi. Müəllim də, telefonu alaraq siyirməsinə qoydu və dedi:
 Telefonu direktordan alarsınız!
    Dərsin sonuna qədər mən, İntiqam və Qurbanəli nə qədər təkid etdiksə müəllim telefonu vermədi. Zəng çölə vurulanda o, oğlanların qalmasını, qızların isə getməsini söylədi. Hamımız buna əməl etdik.
   Mən:
 Müəllim, bilirsiniz, biz hələ cavanıq. –  dedim. – Bu dəfə günahımızdan keçin.
Telefonumu Qurbanəliyə verin ki, mənə qaytarsın.
   Beləliklə, biz nə qədər təkid etdiksə müəllimdən cavabım bu oldu:
 Telefonu gedib direktordan alarsınız!
    Bir neçə dəqiqə sükut çökdü. Sükut çox darıxdırıcı keçdi. Müəllim, bir neçə dəqiqə fikirləşəndən sonra oturduğu yerdən dik qalxıb masasının siyirməni açaraq:
 Bu dəfə sizə bağış – dedi.
   İntiqamın telefonunu ona verdi. O, telefonu götürərək getdi. Mənim telefonumu isə Qurbanəliyə tərəf qoydu. Elton telefonu oradan götürüb mənə tərəf uzatdı. Mən Eltona:
Qoy, Qurbanəli özü versin. Ondan almışdım! – dedim.
   Sonra telefonu götürdüm və Qurbanəliyə tərəf yüngülcə atdım. Qurbanəli telefonu götürüb mənə verərək:
Sağol, – dedi.
Dəyməz.
    Mən müəllimə baxaraq:
Sağolun, müəllim. Sizi əmin edirəm ki, bir də belə şey təkrarlanmaz! –  dedim.
Yaxşı, amma bir də təkrarlansa, özünüz bilirsiniz. – dedi.
   Müəllim “özünüz bilirsiniz” deyəndə, gələn dəfə direktora deyəcəyini nəzərdə tuturdu. Müəllim desəydi mən heç də müəllimi günahlandırmazdım. Ona görə ki, biz səhv etmişdik.  
   Beləliklə, telefonlarımızı aldıq. Ancaq mən bunu heç vaxt unutmayacağam. Çünki, biz həqiqətəndə çox yanlış hərəkət etmişdik.
   Bundan sonra biz demək olar ki, heç vaxt məktəbdə telefonu işlətmədik. Ancaq, üç həftədən də az vaxt keçmişdi ki, Qurbanəlinin telefonuna  tarix dərsində bir ismarıc gəldi. Telefonun “səssiz” olmaması oxşar hadisəni yenidən yaşatdı. Müəllim telefonu alıb qaytarmadı və “gedib sinif rəhbərindən alarsınız” – dedi. Biz hamımız bununla barışmalı olduq. Çox keçmədən qızların fədakarlığı ilə Qurbanəlinin telefonu ona qaytarıldı.

Комментариев нет:

Отправить комментарий