12.09.2013

Yazıçı Zəka Vilayətoğlunun növbəti kitabı çap edilib

Bu günlərdə "Araz" nəşriyyatında yazıçı Zəka Vilayətoğlunun "MİLENA" adlı kitabı işıq üzü görmüşdür. Kitab 160 səhifədən ibarətdir. Burda müəllifin son illərdə yazdığı "Milena", "Bağışlayın, cənab..." kimi maraqlı, oxunaqlı povestləri və bir neçə hekayəsi yer almışdır.
Kitabın redaktoru yazıçı-tərçüməçi Nəriman Əbdülrəhmanlıdır. Burada əsərlər haqqında yazıçı Aslan Quliyevin fikir və mülahizələriylə də tanış ola bilərsiniz!
Bu, yazıçı Zəka Vilayətoğlunun oxucularla dördüncü görüşüdü. Bundan əvvəl onun “Şah ölüm” tarixi romanı, “Küsmüş Ay” povestlər, “ Güllələnmiş qaranlıqlar” kitabları nəşr edilmişdir.

Комментариев нет:

Отправить комментарий