Sözlər ot kimi bitəcək məzarımdan
Tural Sahab
Bir şeirlə öləcəm
öləcəm bir şeirlə
əxlaqsız qadınlar
tövbə edəcək
tövbə ilə silinməsə də
bədənlərindəki dodaq izləri
ruhlarındakı sisləri
öləcəm, mən
xəyallarımda
sözlər ot kimi bitəcək məzarımdan
öləcəm, mən
bu gecə ac yatan
bütün uşaqların əvəzinə
Комментариев нет:
Отправить комментарий