Ələddin Əzimov
Həyat və qəzavü-qədər
Bu gecə də
belə keçdi.
Səhəri soruşan olmadı
Nə işdi?
Yarımçıq yuxu gördünmü?
Qorxunc bir dalanda
Yolundan döndünmü?
Cavabını bilmədiyin
Suallar çaşdırdımı səni?
Yarı yuxulu kimsə
Əllərini titrədən
Qorxunc sözlər yazdırdımı sənə?
Artıq səhərdi.
Görəcəyim bir iş yox.
Bu nə qəribə xəbərdir.
Kədəri sevincindən çox.
Qoy olsun –
Sən bunu istəmirdinmi, ürəyim?
Indi bu dünyanın sevin kədərinə!
Amma yalvarıram, sızlama
Həyatın qəzavü-qədərinə.
Tənha anlarda
Tək olanda
Kimsənin duymadığı,
Ömrü boyu bilmədiyi
Vaxt olmaq keçir ürəyimdən.
Heç kimin görmədiyi
Oyanıb səksənmədiyi
Yuxular ötür beynimdən.
Köhnə fikirlərimi
Soyunmaq istəyirəm əynimdən.
Səbəbini soruşmayın,
Bilmirəm...
Bu nə zaman,
Nə reallıq,
Nə də ki, yuxudur.
Qəribədir, məni ancaq
Dünyada ən çox
Sözlərin cazibəsi,
Tənhalıq
Və bir də
Şair olmaq qorxudur.
Həyat və qəzavü-qədər
Bu gecə də
belə keçdi.
Səhəri soruşan olmadı
Nə işdi?
Yarımçıq yuxu gördünmü?
Qorxunc bir dalanda
Yolundan döndünmü?
Cavabını bilmədiyin
Suallar çaşdırdımı səni?
Yarı yuxulu kimsə
Əllərini titrədən
Qorxunc sözlər yazdırdımı sənə?
Artıq səhərdi.
Görəcəyim bir iş yox.
Bu nə qəribə xəbərdir.
Kədəri sevincindən çox.
Qoy olsun –
Sən bunu istəmirdinmi, ürəyim?
Indi bu dünyanın sevin kədərinə!
Amma yalvarıram, sızlama
Həyatın qəzavü-qədərinə.
Tənha anlarda
Tək olanda
Kimsənin duymadığı,
Ömrü boyu bilmədiyi
Vaxt olmaq keçir ürəyimdən.
Heç kimin görmədiyi
Oyanıb səksənmədiyi
Yuxular ötür beynimdən.
Köhnə fikirlərimi
Soyunmaq istəyirəm əynimdən.
Səbəbini soruşmayın,
Bilmirəm...
Bu nə zaman,
Nə reallıq,
Nə də ki, yuxudur.
Qəribədir, məni ancaq
Dünyada ən çox
Sözlərin cazibəsi,
Tənhalıq
Və bir də
Şair olmaq qorxudur.
Комментариев нет:
Отправить комментарий