07.09.2013

YARADAN BAYATISI


Xosrov Barışan

Şeirdir məni yaradan.
Yarandım mən də yaradan.
Qorxusuz, özgür doğulum.
Seçmədim ağı qaradan.

Şeirdir məni yaradan.
Yarandım mən də yaradan.
Şeirlərim bir baradır;
Yaranmışam vay baradan!!!

Şeirdir məni yaradan.
Yarandım mən də yaradan.
Ölsəm də heç yox olmadım;
Dəyişdirdi məni zaman.

Комментариев нет:

Отправить комментарий