Rövşən Yerfi
Hasarlar içində yaşayırıq -
Hər tərəfdə hasarlar...
Nə yaxşı ki, heç olmasa
Göyün üzü açıqdır…
Sağda hasar, solda hasar,
Yollar da hasar...
Meşələr, göllər, dəniz də hasarlanıb,
sərbəstlik yasaqlanıb.
Dəniz qırağı divarların
o tayında harınlar.
Yol qırağı divarların
arxasında kasıblar.
Bu məmur sahibkarlar,
Bu geniş səlahiyyətli,
Riyakar “əlahəzrətlər”
Qalın, uca, bər-bəzəkli hasarlarla
Kimi kimdən qoruyurlar?
Yoxsa kimdən,
nədən utanırlar?
Bütün ölkə boyu
Ucu-bucağı görünməyən
"Çin səddləri" tikirlər...
Ürəkləri xoflu,
Dilləri yalan dolu,
Sonu görünməyən divarlarla
Kənarlaşıb özlərini
"Qara camaat"dan ayıranlar...
Hasarlar içində yaşayırıq -
Hər tərəfdə hasarlar...
Nə yaxşı ki, heç olmasa
Göyün üzü açıqdır…
Sağda hasar, solda hasar,
Yollar da hasar...
Meşələr, göllər, dəniz də hasarlanıb,
sərbəstlik yasaqlanıb.
Dəniz qırağı divarların
o tayında harınlar.
Yol qırağı divarların
arxasında kasıblar.
Bu məmur sahibkarlar,
Bu geniş səlahiyyətli,
Riyakar “əlahəzrətlər”
Qalın, uca, bər-bəzəkli hasarlarla
Kimi kimdən qoruyurlar?
Yoxsa kimdən,
nədən utanırlar?
Bütün ölkə boyu
Ucu-bucağı görünməyən
"Çin səddləri" tikirlər...
Ürəkləri xoflu,
Dilləri yalan dolu,
Sonu görünməyən divarlarla
Kənarlaşıb özlərini
"Qara camaat"dan ayıranlar...
Комментариев нет:
Отправить комментарий