10.09.2013

Rokfellerdən yüz ilin ən böyük etirafları

Türkiyəyə Cumhuriyyətin 10-cu baş naziri Adnan Menderesin zamanında "Marşal yardımı" ilə əl qoyduq. Türklər illər boyu kommunizmə qarşı mübarizə aparıblar. 1950-ci illərdə ölkə idarəetməsinə bizim dəstəyimizlə Adnan Menderes gəldi. Əslində Menderes bizimlə başda çox gözəl bir dialoq qurmuşdu. Bizdən "Marşall yardımı" adı altında davamlı borc alır və ölkəsində yatırımlar edərək sənaye sahəsini genişləndirirdi. Fəqət o qədər plansız və proqramsız xərcləmə edirdi ki, ödəmə günləri gəldiyində, borcu ödəmək üçün təkrar-təkrar borc istəməyə başladı. Biz də ondan ölkəsini xarici sərmayəyə açmasını və şirkətlərimizə özəl imtiyazlar tanımasını tələb etdik. Başqa sözlə desək Osmanlı İmperatorluğuna qarşı həyata keçirdiyimiz təzyiq vasitəsinə əl atdıq.
Menderes bunu heç bir zaman qəbul etməyəcəyini dedi və bizdən uzaqlaşamağa başladı. Ölkə insanı ilk dəfə asfalt yollar görür, fabriklər arxa-arxaya düzülürdü. Əhalinin böyük bir qismi müsəlman olduğu üçün Türkiyənin hər yerində məscidlər tikilirdi. Menderes bu şərtlərlə iqtidarda olan yerini uzun müddət saxlayacağını düşünürdü. Bir zərbə ilə bu işə son qoyduq. O, partiyadaşları ilə birlikdə edam edildi. Sadəcə Türkiyə Respublikasının 3-cü prezidenti Cəlal Bayar xilas oldu. Çünki, mason idi və yaxın dostu Papa Roncalli ya da digər adıyla 23-cu Con Vatikanın təzyiqiylə edamdan qurtuldu.
Türkiyədə baş verən 1980-ci il zərbəsi də bizim istəyimizlə reallaşdı. Həmin ərəfədə ölkədə gah solçular, gah da sağçılar iqtidara gəlir və ölkə iqtisadiyyatını bizim istəyimizlə idarə edirdilər. Fəqət Amerika və Avropada inkişaf etmiş ölkələrin malları bazara sürətlə daxil olduğundan biz yetərincə mal sata bilmirdik. Ona görə də biz Türkiyədən sərbəst bazar iqtisadiyyatına keçmələrini və idxalınn sərbəst buraxılmasını tələb etdik. Bu istəyimizi qəbul etmiş kimi görünsələr də işi uzadırdırdılar.

Minlərlə türk gənci uydurma ideologiya uğrunda can verdi

Ən sonunda bu problem yenə bildiyimiz yollarla - Ordo Ab Xaos ilə həll edildi. Yəni əvvəlcə xaos, sonra sabitlik. Təxribatçılarımızın səyi nəticəsində sağ və sol ideologiya davaları başladıldı. Əslində əvvəlcədən razılıq vermiş kimi göründüyümüz Kipr münaqişəsindən sonra Türkiyəyə tətbiq edilən embarqo sayəsində xalq canından bezmiş, ölkədə yağ və duz belə tapılmaz olmuşdu. Qaraborsaçılar zənginləşərkən xalq səfalətə sürüklənmişdi. Bura göndərilən təxribatçılarımız üçün xalqı qıcıqlandırmaq o qədər də çətin olmadı. Əhali sağcı və solçu olarak ikiyə bölündü və çatışmaya başladı. Hadisələr elə bir həddə çatdı ki, hər gün 50-60 nəfər küçə döyüşlərində dünyasını dəyişirdi. Bütün ölkə terror qorxusu altında əzilirdi. İnsanlar axşamlar küçələrə çıxmaz olmuşdular. Hər an qəfildən açılan qurşunun hədəfinə çevrilə bilərdilər. Minlərlə türk gənci uydurma ideologiyanın qurbanı olmuşdu. Hökümətlər bir-birinin ardınca hakimiyyətə gəlir, fəqət hadisələrin qarşısını ala bilmirdilər. 
Sonra zərbə gəldi və bütün baş berənlər çışaq kimi kəsildi. Zavallı ölkə əhalisi bu sözdə uğuru zərbənin bir nəticəsi olaraq gördü. Çünki nəhayət terror sona yetmiş, ölkəyə rahat həyat gəlmişdi. Heç kim düşünmürdü ki əslində təxribaçılarımızın tapşırığı bitmiş, artıq səhnədən çəkinmişdilər. Burada oynanan oyun, xalqı ümüdsüz və çarəsiz vəziyyətə düşürmək və onlara bir "qurtarıcı" təqdim etməkdir. Ondan sonra bu qurtarıcı nə edərsə etsin anında qəbul olunacaqdı.
Dövlət bir müddət hərbi hökümət tərəfindən idarə olundu. Sonra hakimiyyəti bizim tövsiyyə etdiyimiz şəxsə təhvil verdi. Bu Turqut Özal idi. Özal, istəklərimiz çərçivəsində ölkənin qapılarını bizə sonuna qədər açdı. Şirkətlərimiz bu sahibsiz bazara qurdlar kimi hücüm etdilər. Əvvəlcə qiymətləri çox aşağı tutaraq yerli sənayenin rəqabət gücünü aşağı saldılar. Ölkə artıq Amerika ve Avropa istehsalı olan mallarla dolmuşdu. Sonra qiymətlər birdən-birə qaldırıldı. Türkiyə yüksək faizli kreditlərlə, hər il artan bir borc bataqlığına sürüklənirdi.

Türkiyədə pul etibar gördü, dost, ailə kimi dəyərlər unuduldu

Bu arada, Özal bütün bunların gerçəkləşməsi üçün lazım olan qanunları yavaş-yavaş qəbul etmişdi. Türkiyə vəhşi kapitalist sistemlə o qədər sürətli bağlılıq yaratdı ki, bizim belə ağlımıza gəlməyən yeni üsullar kəşf olundu. İnsanlar artıq ən qısa və ən asan yollarla sərvət yığmağın ardında idilər. Dost, ailə kimi dəyərlər unuduluru və sadəcə pulu olanlar etibar görməyə başlayırdı. Bu arada yerli sənaye can verir, kiçik müəssisələrdən başlayaraq böyük müəssisələrə doğru bir iflas dalğası yayılırdı. Dövlət müəssisələri isə bizim istədiyimiz yönəticilərin dəstəyi ilə zərərə doğru gedirdi. Sonda bu müəssisələr də bağlanır ya da özəlləşdirmə adı altında ucuz qiymətlərlə şirkətlərimiz tərəfindən ələ keçirilirdi.

"Kürd dövləti layihəsi"ni həyata keçirmək üçün əvvəlcə örgüt yaratdıq

Beyni yuyulduğu üçün təmiz xəyallarla işə başlayan Özal, sonunda bu sistemin həqiqətlərini görərək özünü də kapitalizmin axarına atdı. Ailəsini və yaxın çevrəsini varlandırmağa başladı. Elə bir vəziyyətə gəldilər Özalın ətrafında şahzadələr ortaya çıxmağa başladı. Biz ölkə monarxiya rejiminə qayıdır deyə narahat olmağa başlamışdıq. Əslində tam bir komediya oynanılırmış. Hər nəysə, ölkə insanının reaksiyasını ölçmək üçün ondan Kürt dövləti fikirlərindən bəhs etməsini istədik. Fəqət bu düşüncələr ona baha başa gəldi. Biz də Kürd dövləti layihəmizi həyata keçirmək üçün PKK adlandırılan terror qrupu yaratdıq. Bu qruplaşma ilə mübarizə Türkiyə iqtisadiyyatına çox böyük ziyan vurdu və hazırda nəhəng Osmanlı İmperatorluğundan geriyə qalan bir ovuc torpaqda varlığını sürdürən Türkiyə, bizim istəklərimizi geri çevirəcək vəziyyətdə deyil. Düşünürəm yaxın gələcəkdə topraqlarından bir qismini, daha sonra da bizim üçün hələ də keçərli olan Sevr Antlaşmasına əsasən hamısını fədakarlıq etmək məcburiyyətində qalacaq.

Türkiyə bizim üçün çox vacibdir... Su qaynaqlarının vacib bir qismi buradadır

Türkiyə üzərində bir az da durmaq istəyirəm. Çünki dünyadakı ən strateji əhəmiyyətə malik ölkədir. Bizim üçün çox vacib rola malikdir. Səbəblərinə gəlincə... Əvvala Böyük İsrail Dövləti torpaqlarının su qaynaqlarının bir qismi Türkiyəyə aiddir. İkincisi, Müsəlman və demokratik bir ölkə olaraq bu məsələdə öndə gedir. İslamiyyəti yıxmaq istəyirsən əvvəlcə Türkiyədən başlamalısan. Üçüncüsü, Avropa və Asiya arasında körpü rolunu oyanyır. Mədən, neft, təbii qaz kimi yeraltı sərvətlərə sahib Orta Şərq və Qafqaza hakim olmaq istəyiriksə bu ölkə ovcumuzun içərisində olmalıdır. Orta Şərq onsuzda əlimizdə sayılır. Qafqaz və Orta Asiyadakı digər Türk dövlətləri də yaxında bir-birlərinə qarışacaqlar və ovucumuzun içinə düşəcəklər. Bu Türklər əslində birləşib bir araya gəlsələr qarşılarında heç bir güc dura bilməz. Ona görə də belə bir hadisənin baş verməməsi üçün agentlərimiz hər an tətikdə gözləyirlər. Türk dövlətlərində olan adamlarımız, aralarında ən kiçik bir yaxınlamşa sezdikdə anında birliyə mane olan hadisələr və zərbələr törətməklə bunun qarşısını alırlar. Dördüncüsü Türkiyə bor mədənləri baxımından dünyanın ən zəngin ölkəsidir və bu sərvət yaxın gələcəkdə, neftdən belə daha vacib bir hala gələcək.
Beşincisi və bəlkə də ən vacibi isə Türklər mədəniyyətin beşiyidir. Onlar, Eramızdan əvvəl 4000-ci illərdə Orta Asyada baş verən böyük bir fəlakətdən sonra yaşadıqları yerləri tərk edib, Mesopotamiyaya və Rusiya üzərindən Avropaya gələn Aryanlar, yəni dünyadakı ən mədəni olarak qəbul etdiyimiz Ari irqlərindəndir. Avropadakı finlilər, macarlar kimi bəzi millətlər də türk kökənlidir. Ayrıca Anadoluda böyük uyqarlıqlar quran hititlər və assurluların da Türk kökənli olma ehtimalı yüksəkdir. Eramızdan əvvəl 3500-cü ildə Mesopotamiyada yaşamış olan Şümerlər ilk yazını tapan, toplumda ədaləti qorumaq üçün ilk qanunlar çıxaran və məhkəmələr quran, ilk dəfə puldan istifadə edən, vergi toplayan, ilk məktəb açan ulusdur. Yəni dünya mədəniyyətinin başlanğıc nöqtəsidir. Soyları tarixçilərimizin araşdırmalarına görə türk mənşəlidir. Şumerlərin Ay Tanrısının simvolu olan "Yarım ay", bugün Türk bayrağında istifadə olunur. Roma və Yunan mədəniyətləri Şumerlərdən olduqca çox faydalanıb. Fəqət biz bunu ört basdır etmək üçün, eramızdan əvvəl 2000-ci illərdə, yəni Şumerlərdən 1500 il sonra başlamış olmasına baxmayaraq Yunan mədəniyyətini, dünyadakı ilk mədəniyyət olarak tanıtdıq. Daha da maraqlı olanı, Yunanlardan əvvəl Misir Mədəniyyəti başlayıb. Mayalar və İknalar belə türklərdən 2000 il sonra mədəniyyətlərini eyni şəkildə yaradıblar.
Mədəniyyətin beşiyi kimi türkləri qəbul edə bilməzdik, bu mirasa əl qoymalıydıq. Tam əksinə min bir intriqa ilə bu mədəniyyət miraslarına əl qoyaraq onları bütün dünyaya barbar, haqq-hüquq tanımayan bir cəmiyyət kimi tanıtdıq və bunda da çox uğurlu olduq. Bu gün tək tanrılı bir toplum olan Türkiyədə bizim çalışmalarımız sayəsində, rüşvət, oğurluq, haksız qazanc və qeyri-qanuni gəlir mənbəyi aşırı həddədir. Əslində insanlar tarix kitablarını açıb oxusalar bütün həqiqətləri görəcəklər. Ancaq insan oğlu üçün eşitdiklərinə inanmaq yetərlidir. Oxumaq çox çətin gəlir. Mən də o ana qədər ən mədəni ulus olaraq ingilisləri görürdüm. Amma yanıldığımı öyrəndim.

Osmanlını yıxmaq çətin olmadı

Sizə tarixdən örnəklər verərək gücümüzü göstərmək istəyirəm. Birinci dünya Müharibəsi Avropada bizə qarşı olan imperatorluqları dağıtmaq və ən vacibi Osmanlı İmperatorluğunu parçalayaraq Orta Şərqdəki neft yataqlarını ələ keçirmək və İsrail Dövlətinin yolunu açmaq üçün başladılmışdı. İsrail Dövlətinin qurucusu sayılan Teodor Herlz o zamanki Osmanlı Padşahı II Əbdülhəmidə gedərək bizim ailəmzin dəstəyi ilə Fələstin torpaqlarını satın almaq istədi. Fəqət padşah buna qarşı çıxdı. Bizim üçün Osmanlı imperatorluğunu yıxmaq çox da çətin olmadı. Çünki padşahlar əsasən türk qadınları yerinə fəth etdikləri ölkələrdən kölə olaraq gətirdikləri başqa din və irqlərə mənsub qadınlarla evlənirdilər. Təbii ki Hürrəm sultan kimi bu qadınlar da zamanla ölkə idarəetməsində söz sahibi oldular və özləri kimi başqa kökənli adamlarıyla bizim istədiyimizə uyğun olaraq ölkəni məhvə götürən bir şəkildə idarə etməyə başladılar. Padşahalr isə dövlət idarəsinin əmin əllərdə olduğu düçüncəsi ilə zövq və səfaya dalmışdılar. Bu da Osmanlının çökmə dövrünü başlatdı. Mason təşkilatları tərəfindən insanların çıxardığı üsyanlarla torpaqlar itirilməyə başladı. Xəzinə plansız xərcləmələrlə tükətildi. Müharibənin sonunda hədəfimizə çatmağa çox az qalmışdı. Amma Atatürk adında bir lider ortaya çıxaraq planlarımızı bir müddətə təxirə salmağa səbəb oldu. Təbii ki, sonda yenə də bizim sərmayə və silah sənayesi şirkətlərimiz onların sərvətlərini dəfələrlə mənimsədilər.

Ardı var             Günel Habilqızı                   presspost.az 

Комментариев нет:

Отправить комментарий