SAMİRƏ SƏMA (RÜSTƏMLİ)
Öncə bu kitabın özündən:
«-Günü sabah silahlanıb erməninin quduz dəymiş ağzını yandırmasaq, özümüz bu yurd-yuvadan birdəfəlik əl üzməli olacağıq! Gen gündə qoçuluq, ağa-bəylik etmək asandır, belə günün ağası, bəyi olmaq gərək, kişilər! Onsuz da Yaradana hərəmizin bir can borcumuz var! Nə qədər uzun yaşasaq da, son ucda yəhər-yüyənli bir at belindəki Ölüm gözləyir hamımızı! Amma,.. gəlin görək,.. bu Ölümə sarı kim hansı sifət, hansı şərəf, hansı cəsarətlə gedir! Gəlin, kişiliklə, ərliklə silahlanaq, bu qudurmuşlarla məsələni birdəfəlik çürüdək..!»
İndi isə özümüzdən:
«Şah ölüm"ün səbəbi;
Ölüm-verdiyi vədə «vəfalıdır», dəqiqdir-tam vaxtında gələr. Kiminin payına şah tək, kimininkinə də naleyi-ah halətində düşər.
Bu düşüncələr dünyanın gözəl olumları qədər təsirləndiyim bir əsərlə-yazıçı-publisist Zəka Vilayətoğlunun mükəmməl zehni-fiziki əməyinin məhsulu olan «Şah ölüm» kitabı ilə baş-başa qaldığım anlardan rişələnir. «Fiziki» ifadəsiylə səhvə yol vermirəm; bu müəllif evində qarşısına bir stəkan pürrəngi çay qoyaraq, qələm almayıb əlinə. Adı çəkilən əsərin ərsəyə gəlməsi üçün «dəmir çarıq geyib», zatən özünə çoxdan aydın və doğma olan məlumatları, faktları, Rusiyadan belə gəzib-dolaşmış, toz basmış kitabxanalardan arayıb-tapıb və məsələnin vacibatına yetib. Kitabı oxuduqca doyumsuz zövq alıram, ədəbi-informativ ehtiyacı ödəyən növbəti bir nəşr, son dövrlərin ayaq-atəş açıb yeriyən saysız kriminal əsərlər, kitablar arasında bir sakitləşdirici həb kimi, köhnə oyuncaqları arasından ən nostalji oyuncağını tapıb sevinən uşaq sayağı sevinirəm...
Həcmcə geniş, təsvir-tərənnümcə rəngarəng, ürəkaçan bir kitab. Yazıçının bədii təxəyyül müdaxilələrilə pardaqlansa da, nüvəcə sənədli, sanki yüz il öncəyə real səyahətdən gətirilmiş canlı nümunə. Həmişəyaşar Azərbaycan gerçəkliyinin bir parçası: qonşu xəbisliyilə əbədi sürən mücadiləmiz, yer-yurd verərək, nəticədə başı bəlalara tuş gələn və torpaq davasına düşən, «dost» deyərək, xəyanət qarşılığı görən yurddaşlarımız haqqında ədəbi-bədii təcəssüm! Olanları unutmamaqçün bir daha yadlaşma, bu günün dünəni də olduğu barədə xatırlatma və hələ sabahın da bəri başdan xəbərdarlığı...
«Şah ölüm»ün məqsədi;
-müəllifin soy-kökə bağlılığı;
-gen tariximizdəki baş ucaldan məqamları, tərifəlayiq özəllikləri tanıtma-yayma;
-lazımi yerlərə, vartan-dartan qulaqlara «bizim də at oynadan igidlərimiz, topumuz-topxanamız olub və bu gün də var(!)» kimi mesajları ötürmə və s.
Sevindirən bir cəhət də budur ki, müəllif mənsub olduğu nəslin fəxr ediləsi keçmişini hərtərəfli qələmə alıb, əksər vacibatları deyə bilib. İtib-batan saysız qəhrəmanların (və qəhrəmanlıqların) güdaz sırasına buraxmayıb. Əgər doğma mahalda Məcid ağa və silahdaşlarının qorxmazlığından üç-beş nəfər məlumatlıydısa, indi o, yüzlərlə oxucunun(deməli, həm də vətənpərvərin!)yaddaşına yazılır!
«Şah ölüm»ün məkanı;
Gədəbəy! - «ölüb qalmalı» bölgələrimizdən biri. Uca Tanrının ecazkar rənglərlə boyadığı ulu yurd!.. Müəllifin «dördəm» təsvirlərini qısaldıb, «yorğa» hala salası olsam, dağı düzünə, sazı sözünə yaraşan qənirsiz ulus mənzərəmizdən biri! Şivə-ləhcəsi ballı, torpağı hər dəni bərəkətləyən ağır elat! Bütün zənginliyi-kasıblığı, xeyir-şəri, urf-adəti ilə səhifələrdə sərgilənən heyrətamiz tablo! Elə müəllifin öz dil-üslub özünəməxsusluğu ilə o elatın hər bar-bəhrəsini, bər-bəzəyini ustalıqla sətir-səhifələrə «əkdiyindəndir» ki, oxucu qarşısında özəlliyindən gözəlliyinəcən gözəl bir Gədəbəy tablosu yaranıb!
«Şah ölüm»ün hədəfi;
Reallıqlar içindən çıxan şiş papaqlı, eşmə bığlı, zəhmli baxışlarıyla atlını atdan salan Məcid ağa-milli mentalitetimizin bütün hallarının daşıyıcısı olmuş bir Kişi! Vüqarı dağ-daş, şan-şöhrəti düşmən bağrı çatladan qəhrəman! Dostu sözündən, düşməni gözündən tanıyan arif! Bu günümüzü elə o günlərdən görmüş Uzaqgörən! Kükrəyişi aslan, yumşalışı ipək! Amalı mərdlikdən, ürəyi insafdan yoğrulmuş el adamı!
Müəllifin daha bir təəssüfanə(və qısqancanə)vurğusu da var: Məcid ağaların yar-yaraşıqları, ağa-bəy görkəmləri də-bir vaxtlar gizlənməyə siçan deşiyi axtaran düşmənimizin nəsil «axirət»ini-bu günki «aslananə» törəmələrini var edən səbəblərdən olub. Məcid ağanın ölən günüdür ki, keçmiş «pat erməni» bu gün Qarabağımızda at oynadır, dinbir, kinbir, kələk-bicək «qardaşlarından» güc alıb, adıgörklü türk məmləkətində baş kəsib, torpaq basıb, yurd yağmalayır...
Məcid ağa müəllif-obraz uydurması deyil, real tarixi qəhrəmandır. Ötən əsrin əvvəllərində Gədəbəyin «Yaqublu dərəsi» adlanan ərazisində yaşayıb, ermənilərə qan uddurub, nəhəng Şura hökumətiylə döş-döşə dayanaraq, sonacan mübarizə aparıb və düşmən gülləsini igidə haram saydığından, elə öz ömrünü də öz gülləsiylə tamamlayıb!
Əsərdə maraqlı obrazlar yetərincədir. Sadəcə, Məcid ağa obrazının bədii yükü daha ağır olduğundan, elə hey oxuyur, onu duyur, həyəcanla izləməli olursan.
«Şah ölüm»ün dili;
bunu qeyd etməmək günah olar; əgər əsərin sanbalının tən yarısı onun reallığında, dəqiq tarixi təsvirlərindədirsə, tən yarısı da dilinin ləzizliyində, dialekt, ləhcə, eyham, zarafat və digər kolorital dadında-tamındadır. Dadlı-duzlu, genəltdikcə genələn zəngin dilimizin çalarlarından o qədər yerli-yerində, məharətlə istifadə edilib ki, əsəri oxuduqca dincəlirsən. «Biri-birindən şirin, yazdıqca yaraşan nə qədər ifadə vasitələrimiz varmış!»kimi fəxarət dolu nidalar yaşayırsan. «Ay Allah!»-deyərək, mənəvi-mədəniyyət nəşələrilə nəfəs alırsan. «Real şah ölümə həsr edilmiş bir əsərdə bu qədər dirildici dil!» deyə, şahanə duyğular keçirirsən!
Vallahi, mən ölümdən bəhs edən bu kitabı, ömür boyu tanış olduğum ən maraqlı «ölüm şəhadətnaməsi», «ölüm doktrinası» adlandırardım!..

Комментариев нет:
Отправить комментарий