29.09.2013

Bir stəkan şəkər

Qoşqar Əhmədov

Bu yazı bir nümunədir - SSRİ haqda, "Stalinin repressiyaları" haqda yalanların, böhtanların necə yarandığı və yayıldığı haqda nümunəvi misal.
Rus dilini bilməyənlər üçün qısa məzmununu danışım. Bir rəssam jurnalistə "valideynlərinin 1942-ci ildə repressiya uğradığı" haqda danışır, SSRİ-ni, Stalini lənətləyir, deyir ki, "anam gündə bir stakan şəkər tozu gətirirdi mənə, anamı buna görə həbsə atdılar, düşərgələrdə çürütdülər, atamı da anama görə tutdular, ştrafbatda həlak oldu... axı mənim böyüyən orqanizmim üçün gündə bir stəkan şəkər tozu nədir ki?!.."
Jurnalist indiki jurnalistlərin əksəriyyəti kimi etmir. O, həqiqət axtarır, yəni bu işi araşdırır.
Məlum olur ki, 1942-ci ildə, yəni müharibənin ən ağır vaxtı, blokadada olan şəhərdə bir stəkan şəkər tozu bir həftəlik payok imiş. "Repressiyaya uğramış valideynlərinə" görə Stalini lənətləyən rəssamın isə o vaxt 6 yaşı olub, ona hər gün bir stəkan şəkər tozu az görünürmüş... Deməli, bu rəssamın anası kulinariya sahəsində məsul vəzifədə işləyib. Blokadada olan şəhərdə insanlar acından, distrofiyadan ölürlərmiş, amma dövlət orqanları əllərindən gələni edirlərmiş ki, ərzaq hamıya çatsın, bərabər paylansın. Xüsusilə valideynsiz qalmış uşaqlara qayğı göstərirlərmiş. Lakin bu qayğıya baxmayaraq, uşaqların arasında ölənlərin sayı azalmırmış. Onda bir komissiya yaradılır və araşdırmalar aparılır. Məlum olur ki, uşaqların yeməklərində kalori azdır, oğurlanır. İşi prokuraturaya verirlər, müstəntiq istintaq başladır. Həmin bu rəssamın ailəsinin evində axtarış keçirirlər və evin çardağından kisə-kisə şəkər tozu, yeşik-yeşik ərzaq çıxır... Yəni külli miqdarda oğurluq, özü də müharibə vaxtı və blokadada olan şəhərdə. Təbii ki, onun anasını cinayət məsuliyyətinə cəlb edirlər. Amma ləyaqətsiz və şərəfsiz yalançılar və böhtançılar bu cür hadisələrə "repressiya" deyirlər. Adi cinayət işidir. Rəssamın atasını da anasına görə tutmayıblar. O, pasportstolun müdiri olub, rüşvət alırmış, rüşvət üstündə tuturlar. Həmin bu rəssamı da dövlət çölə atmır, anası düşərgədə cəzasını çəkəndə, atası da ştrafbatda olanda, dövlət uşağı uşaq evində saxlayır, böyüdür, oxudur, işlə təmin edir, rəssam emalatxanası ilə təmin edir...
İndi jurnalist araşdırmasını bitirir, gedir qəzet redaksiyasına, yazısını yazır... amma qəzetin sahibi məqaləni dərc ermək istəmir, deyir ki, "bu məzmunda olmaz, evlərində kisə-kisə şəkər tozunun aşkar olunması haqda yazmaq olmaz, qubernator seçkiləri yaxınlaşır, bizim oğru məmurların xoşuna gəlmir belə şeylərdən yazanda, bizə də sponsorluq edən onlardı, bizə pul verməsələr nə qəzet çıxar, nə də biz dolanarıq, ona görə yaz ki, cəmisi yarım kisə şəkər tozu aşkarlanıb, ən yaxşısı yaz ki, bir stəkan şəkər tozu...."
Bax, indiki qəzetlər SSRİ haqda ona görə miqdarsız yalanlar danışırlar ki, onlara sponsorluq edən oğrular sponsorluqdan imtina etməsinlər. 

http://mikle1.livejournal.com/3427105.html

Комментариев нет:

Отправить комментарий