Səid Qərib
Anamın bətnində idim. Anam bu sözü o qədər deyirdi ki: “bircə, bu uşağı dünyaya gətirsəydim, canımı qurtarardım”- artıq əzbərləmişdim. Elə mən də anamın bətnindən bircə dünya adlı məkana getməyi gözləyirdim ki, anamın bu “bircə” kəlməsini daha eşitməyim. Nəhayət, gəldim dünyaya. Evin də bircə oğlu idim. Hələ beşikə idim. Anam mənə laylay deyə-deyə laylanın ritminə uyğun avazla “bircə oğlum iməkləsəydi, bircə oğlum yerisəydi, bircə, bircə, bircə...” oxuyurdu.Doğrudan da, anam dogru deyirmiş.Kaş indi anamı bircə saniyə görə bilsəydim. Kaş indi anamın beşiyimi yırğalayan əllərindən bircə dəfə öpə bilsəydim. Kaş indi... Kaş indi... Amma indi anamın bircə məzarı və məzarının üstündə tozu-torpağı əllərimin sığalına məhkum olur hər gün. Ondan mənə “bircə”ləri və məzarı yadigar qalıb getdi.
İndi bircə arzum budur ki, fikirlərimi sizə çatdıra bilim. Deməli, uşağ idim, ağlım da kəsmirdi. Çünki, hələ heç ən azından altı yaşım tamam olmamışdı. Amma əlində çanta dərsə gedənlərə elə məsumcasına baxırdım ki. Ən böyük arzum idi: bircə mən də məktəbə getsəydim. Nəhayət, getdim. Mən də məktəbli oldum. Amma məni başqa sinif yoldaşlarımdan fərqli olaraq, anam deyil, bacım hər gün dərsə yola salırdı. Axı, anam yox idi ki, məni də yola salsın.
1,2,3,4,5,6,7,8-ci sinif. Artıq bezimişdim oxumaqdan. Bircə bu orta məktəbi bitirsəydim, canımı qurtarardım. Nəhayət, bitirdim. Amma hələ arzularım qabaqdadır. Kənddə universitetdə oxuyan tələbə qonşularım var idi. Onlar hər Bakıdan kəndə gələndə elə qibtəylə baxırdım ki onlara. Çunki, ən böyük arzum idi: bircə universitetə qəbul olsaydım. Xoşbəxtlikdən universitetə də qəbul oldum. Amma yanımda sevinməyə hamı var, bircə anamdan başqa. Nə bilim, bəlkə də anam bizi görür. Sevincimizə, gülüşümüzə şərik olur, bəlkə də. Amma bizlə deyil, öz bircə məzarında və təkcə.
1,2,3-cü kurs. Artıq bezimişdim. Dörd ilə yaxındır ki, universitet həyatı daha bezdirdi məni. Bircə bitirsəydim bu universiteti də, canımı qurtarardım. Nəhayət, universiteti də bitirdim. Amma arzularım hələ çox-çox qabaqdadır. Çünki, ən böyük arzum idi: bircə hərbi xidmətə getsəydim. Mən də əlimdə silah vətənin keşiyində durardım. Anamı, vətənimi qoruyardım. Dostlarımla idim. Evə gedəndə atam mənə: “bala, sənə hərbi xidmətə çağırış vərəqəsi gəlib” dedi. Elə sevindim, elə sevindim ki, uçmağa bircə qanadım yox idi. Çünki, mən də artıq əsgərəm axı. Amma yaxşı ki, elə uçmağa qanadım olmayıb, olsaydı da uça bilməyəcəkdim çünki. Qırılıb yanıma düşəcəkdi. Axı istəmirəm məni anaman başqa kimsə hərbi xidmətə yola salsın. Axı mən Vətəni- Anamı qorumağa gedirəm. Anamı isə artıq illərdir ki, qəbiristanlıq nəzartəçisi qoruyur.
Belə... 7,8,9 ay və artıq bezimişdim hərbidən. Gün ərzində eyni həyat tərzi, eyni yaşayış. Fərqli heçnə yox. Bircə bitirsəydim bu hərbini də, canımı qurtarardım. Nəhayət, bitirdim. Ən böyük arzum idi: bircə işə düzəlsəydim. Amma yəqin ki, anam mənim ən çox işə düzəlməyimi istəyərdi. O ki yanımda yoxdur. Buna baxmayaraq, işə də düzəldim. Amma mənim tay-tuşlarımın hamısı evlidir, mən isə hələ də subay. Ən böyük arzum idi: bircə evlənsəydim. Amma anasız toyun sahibi- bəy necə şad ola bilər ki? Beləcə, mən də evləndim, ailə həyatı qurdum sevdiyim bir xanımla. Aylar keçdi, “uca Rəbbim mənə də bircə övlad nəsib etsəydi”- deyə hər gün düşünürdüm. Axı mənim tay-tuşalarımın hərəsini iki uşağı var. Amma nənə üzünə həsrət qalan nəvə də qəmgin olar yəqin. Nəhayət, övladım da oldu. O da atası kimi, bircə, bircə, bircə... böyüdü. Artıq ovladım da orta, ali məktbi, hərbi xidməti bitirib. Bircə oglumu evləndirsəydim, canımı qurtarardım, yerbəyer eləyərdim. Mən də dost-tanışlarıman geri qalmazdım. Nəhayət, oğlumu da evləndirdim. Amma bu dünya məni yaman sıxdı, yaman əzdi, yaman bezdim bu dünyadan. Sıxıntı bir yandan, qocalıq, xəstəlik də bir yandan. Daha elə bezimişəm bu dünyanın əlindən. Geriyə də yol yoxdur artıq. Günü-gündən vəziyyətim daha da pisləşir. Xəstəlik əzab verir, əlaci da yoxdur canımı qurtarim. Amma elə əzablar çəkirəm ki, istəmirəm evdəkilər də mənə görə əziyyət çəksinlər. Elə buna görə, bircə ölüb getsəydim, canımı qurtarardım bu dünyanın odundan, alovundan...

Комментариев нет:
Отправить комментарий