24.09.2013

“A BALA, İNDİ HƏYASIZLARIN ZAMANIDIR!”

Hafiz Mirzə

(Bu dünya nə vaxtacan belə gəlib, belə də gedəcək?)

Nənəm mən əskərlikdən gələn gün rəhmətə getdi. Ağır xəstə idi, amma canını tapşıra bilmir, elə hey qapıya sarı boylanırdı. Mən gəldim, mənə “xoş gəlmisən”  dedi, rahatladı və az sonra dünyasını dəyişdi. Uşaqlıqda hər gün evimizin arxasına, onun yaşadığı evə gedərdim, o da hər gün mənə “Xoş gəlmisən” deyərdi. Onun nə­zə­rində hər görüş, lap sabaha çıxmaq da dünyaya yenidən və xoş gəlmək demək idi. Amma özü  er­təsi günə sağ çıxmadı və deməli, növbəti günü xoş gəlmədi, dünyanı əzab-əziyyət içində tərk etdi. Yadımdadır, əskər­lik­dən əvvəl başımdan çox bö­yük mövzulara qarışanda,
hansısa ölkəni, xalqı, pre­zi­denti qı­nayanda və nə­nəm­dən cavab istəyəndə o, “A bala, indi dünyada həya­sızların za­ma­nı­dır!” deməklə möv­zunu qapayırdı. O çağlardan indi 40 ilə yaxın vaxt keçir. Hər­dən dünya si­ya­sə­ti­lə bağlı təəccüblü və heç cür cavab tapa bilmədiyim suallar qar­şısında, xüsusən də son vaxtlar ABŞ-in Suriyaya müharibə hədələri ilə bağlı olaylar qarşı­sında gi­rinc qalanda rəhmətlik nənəm yadıma düşür və sanki onun səsi qulaq­la­rımda do­la­şır. Həqiqətən də indi dünyada həyasızların zamanıdır. Amma təəc­cüblü ora­sıdır ki, həyasızların zamanı bitmir ki, bitmir. Sanki bu dünya elə belə gəlib, hə­mi­şə də belə gedəcək. Heç inanmaq olmur ki, Allah bu dünyanı elə əvvəldən bu cür ya­ra­dıb. “Tarix-Nadir”in yeni versiyasını şəxsən redaktə etmiş adam kimi buna tam əminəm ki, nə vaxtsa “tələ yiyəsi” gələcək  və onda bütün həyasızları divara da­­ya­ya­caqlar. Amma hələ ki, nə Gələn var, nə də divar, həyasızlar isə dünyanı əməlli-başlı barmaqlarına sarıyıblar.
Dünyanın növ­bə­­­növ həyasızlarını gördük­də adam is­tə­yir öz milli həyasızları­mızı qoyub başına dolansın. Söhbət beynəlxalq dərəcəli həyasızlıqlardan gedir. Vaxtı ilə Avropada anasının əmcəyini kəsən o qədər oğru-quldur gedib Amerikaya yığışdı ki, oranın ta­mam zayını çıxart­dılar. Oğru-quldurda, bic-vələ­də­zü­nada  hə­ya-abır nə gəzir? Xristian din xadimləri arasında da nə qədər tü­lün­gü vardı Vatikan xris­tian­lığı yaymaq bəhanəsilə əslində oralara sürgün elədi və guya ki, Avropanı tə­mizlədi. Həmin emissarlar həqiqi xristian ol­say­­dılar, Avro­pa­dan gəlmələr yerli hin­dulara və Amerika təbiətinə qarşı genosid törət­məz­dilər. Sonra Amerikaya Afri­ka­nın bic övladları da gəldi. Bunlar Avropa vələ­də­zü­na­larına fırıldaq gəlməyi ba­car­mış “məbəd cəngavərləri”, onların törə­mə­ləri və “frae­mas­sonlar” idi. Onlar da özlərilə yəhudi əxlaqını və düşüncə tərzini gətirib, qədim türk torpaqları sayılan qitənin içinə tamam zad elədilər. ABŞ dövlətinin ilk prezidenti Corc Vaşinqtondan tutmuş hazırkı qarabala Obamaya qədər hamısı mason lojalarının təmsilçiləridir. Mason isə yaranışından gizli güc, qüvvə, iradə, hakimiyyət, dünya ağalığı iddiasın­da olub. Həyasızlığın dərəcəsinə bax: Dünya ağalığı- Allahlıq iddiası!Onlar üçün əbədi dost və əbədi düşmən deyil, həmişə maraqlar öndədir. Məhz onlar siyasəti fa­hişə arvada çeviriblər. Bu anqlo-saks-masonlar 300 ildən çox­dur ki, dünyanı rəx­nələr, ədavət və şeytani hikkələr hesabına qarışdırır, hamını bir-birinə qarşı düş­mən­çiliyə, müharibələrə, inqilablara sürükləyir və nəticədə zə­if­lədir,.. Və bu zəif­lə­miş xalqlar, döv­lətlər üzərində hakimiyyət qur­maq daha asandır axı. Son 300 il ər­zində dünyanı mü­hüm bölgələrində baş vermiş bütün inqi­lab­larda, dövlət çev­riliş­lərində, qiyam­larda, müharibələrdə masonun iy­rənc barmağı var. Xristianlığı və İslamı parçalayaraq bir-bi­ri­nə qarşı qoyan, İslam ölkələrinin in­ki­şa­fına ciddi ən­gəl­lər törədən də onlardır. Son yüz illik ərzində onlar İslam və digər Asiya və Afrika ölkələrindən zəka sahib­lərini müx­təlif adlarla sümürərək ABŞ-a apar­mış və həmin ölkələri inkişafdan sax­la­mış­lar. Bu ənənə indi daha sü­rətlə inkişaf etdirilir. Amma həyasızcasına iddia edirlər ki, guya Şərq geridə qalıb və İslam təfəkkürü bəşə­riyyətə faydalı heç nə vermir.  Vaxtı ilə dəniz qul­durları-pi­rat­ların varisləri indi də postsovet məkanı olmuş ölkələrdə ideya oğurluğu ilə məş­ğul olurlar.  Olsun ki, han­sısa bir mövzuda qrant elan edirlər. Bu zaman qalib gəl­mək üçün yüzlərlə  ideya  təqdim edilir. Müsabiqədə 1-2 zəif ideya üçün bir çim­dik və­sait buraxılır, yer­də qalan yüzlərlə ideya isə həyasızcasına mənimsənilir. Xarici do­nor­dan qrant alan qeyri-hökumət təşkilatları özü üçün şellənir ki, pul əldə edib və gu­ya ki, çox mü­hüm iş görüblər. Əslində indiyədək hansısa qeyri-hö­ku­mət təş­kila­tının höku­mət­­dən daha əhəmiyyətli işlər gördüyünü nə eşitmişik, nə də şahidi ol­mu­şuq. Biz azərbaycanlılar elə bir xalqıq ki, bizi təəccübləndirmək heç asan mə­sələ deyil. Dünyada qeyri-səlis məntiq nəzəriyyəsini də haqlı olaraq bizim ictimai-elmi şüurumuz Lütfi Ələskərzadənin şəxsində dünyaya təqdim etdi. Yəni, 2+2 heç də həmişə “4” eləmir, “3” və ya “5” də edə bilir. Həm də bunu o, ABŞ-in göbə­yində - Kaliforniyanın Bergli universitetində oturaraq sübut elədi. Amma biz yenə dün­yanın qeyri-səlis gərdişinə heyrət edirik. Bunun adına qeyri-səlis həyasızlıq mən­tiqi deyərlər. ABŞ prezidentinin kres­losunda oturmuş B.Obamanın Su­riyaya hü­cum etmək barədə Konqres qar­şısında məsələ qaldırması da buna oxşayır. Bu öl­kə­nin əvvəlki kreslo bəyi C.Buş Əfqanıstan narkotikası üzərində beynəlxalq haki­miyyəti əlinə almaq üçün orada Sovetin qurduğu hökuməti  taliblərin (tələ­bələrin) əli ilə devirmişdi. Sonra “Taliban” hərəkatını da devirmək istədi. Çünki “ta­liblər” hakimiyyəti ələ alandan sonra ABŞ-dan üz döndərmişdilər. Öz tor­paq­larının milli narkotikasını kiminləsə bölüşmək istəmirdilər. Amma dünya həya­sızlarının lider dövləti bununla barışmadı, özünün yaratmış olduğu “Taliban” hərəkatına qar­şı mübarizəyə qalxdı və onu devirdi. Əfqanıstanı məhv etməkdən ötrü özünün Nyu-York şəhərində 2 göydələn binasını vurub dağıtmaqdan və minlərlə insanın ölü­mü­nə bais olmaqdan da qalmadı. Guya ki, bu binaları özünün dünyanın 1№li  terror­çusu elan etdiyi Hüsamə Bin Laden Əfqanıstanda oturaraq partlatmışdı Halbuki, Hüsamə Bin Laden də elə onun öz  ada­mı idi, onu da özü yaratmış, şişirdib özü onu dağ başına qoymuşdu. ABŞ özünün digər ölkələrdə törətdiyi terror aksiyalarını ki­minsə adına yazmalı idi, ya yox? Bin Ladeni də qurbanlıq qoyun olaraq bundan ötrü yaratmışdı. Təki Əfqanıstana qarşı rəsmən müharibə aparmağa və həm də ABŞ-in milyardlarını müharibə adı ilə silməyə bə­hanəsi olsun. Bin Laden həqiqi İslam mücahidi və bu qədər geniş im­kan­lara malik  birisi olsaydı, o, Avropanın istənilən ölkəsini çoxdan məhv edər və ya İslamın bayrağını çoxdan  Qüdsdə dal­ğa­landırardı.  Sonra da həya­sız­casına Bin Ladeni axtarmağa başladı, başına pul qoy­durdu, adına yeni-yeni şayiələr yapışdırdı, İslamın düşmən obrazını yaratdı,.. Amma bir gün ayıldı ki, özünün yaratdığı “Əl –Qaidə” terror təşkilatının bu lideri nə vaxtsa bu oyundan çıxar və bütün hə­qiqətləri dünyaya car çəkər. Amma kül Bin Ladenin başına, bu cür kartdan isti­fa­də edib tövbəsini yapmadı. ABŞ isə Bin La­deni elə özünün Pakistanda gizlət­diyi ye­rə hücum elədi və İslamdan uzaqlaşmış bu   adamı arvadlarını gözü qarşında gül­lə­lə­­yərək öldürdü. Öldürüb meyidini götürdü. Deyilənlərə görə dənizə tullayıb. Hal­buki, əgər üzü ağ olsaydı, Bin Ladeni öldürməz, ittiham edərdi. Ona baxıb Qərb ölkələri də son illər növbənöv həya­sızlıqlar törət­mək­­dədirlər. Məsələn, hər il payızda, qışda yeni bir növ qrip və ya köhnə xəs­tə­lik­lər barəsində şayiələr yayırlar: “Quş qripi”, “Donuz qripi”, “mal qu­duz­luğu”, “eko­lo­ji fəlakət” “İranda vəba” və ən nəhayət “Korolina” virusu! Həm də gu­ya ki, bu  son vi­rus Səudiyyə Ərə­bistanında tapılmışdır. Müqəddəs Həcc sə­fəri ərəfəsində mü­səlmanların qarşısını kəsmək üçün bundan daha  yaxşı hansı bə­ha­nə ola bilər ki? Ötən il həyasızcasına Səudiyyə Ərəbistanında guya ki, “donuz qripi” virusu yayılmasını dünya media şə­bə­kəsinə yaymışdılar. Səudiyya Ərə­bistanı sələfilər- vəhabilər olsa da İslam tə­ma­yüllü sayılır. Bu isə onların donuzla hər hansı formada ünsiyyətini qeyri-mümkün edir. Onlar bunu anlayanda artıq gec idi. “11 sentyabr” oyunbazlığından sonra islamafobiya rəiyyətlə yanaşı din xa­dimlərinin də başını xarab etdi və onlardan biri əsil uzunqulaq missiyasını yerinə yetirərək və həyasızcasına “Quran-Kərim” yan­dır­mağa qalxdı. Onlar heç öz pey­ğəm­bərlərinə qarşı sədaqətli ola bilmirlər. Mişel Nostradamus adlı bir fırıldaqçıdan qondarma “peyğəmbər” formalaşdırıblar. Guya ki, dünyada cərəyan edən bütün hadisələr onun  senturi və katrenlərində yazıldığı kimi baş verir. Əs­lində isə bu fı­rıl­­daqçı satanistin senturilərinin və katrinlərinin çoxu sonradan  onun adına əlavə olu­nub. Həm də dinsiz-imansız, həyasızlar üçün əsas yazının özü yox, onun öz­lərinə sərf edən formada yozumlarıdır. Guya Nos­tra­damus belə yazıb deyə dünyanı özlərinə sərf edən formada yönləndirməyə çalı­şır­lar. Bu həya­sızlardan bir soruşan olmadı ki, bəs dünya 1999-cu və ya 2012-ci ildə dağı­lacaq, məhv olacaqdı! Fiziki cəhətdən dünyanın dağılması yalan çıxdıqdan sonra bu həyasızlar dünyanı mənəvi cəhətdən dağıtmağa, məhv etməyə başladılar. Artıq dünyada “mavilik”, lisbiyanlıq, homoseksuallıq bir ictimai hərəkat halını almışdır. Gənclər musiqini çox sevirlər deyə onların kumir hesab etdikləri mü­ğən­nilərə maliyyə və piar dəstəyi verməklə öz tərəflərinə çəkirlər. Gənclər öz kumir­lərinin “maviliyi” sonradan üzə çıxsa da onu ata bilmir, əksinə, ona oxşamağa çalı­şırlar. Nəticədə indi dünyanı kişilik ba­xım­­dan vecdən düşməsə də, bunu bir mə­dəniyyət təzahürü kimi qəbul edənlər bü­rü­­mək­dədir. “Evroviziya” indi tam onların inhisarındadır. Onlar artıq bir sıra döv­lət­­lərdə öz­lə­rinin nigahı barədə qanun da qəbul etdirmişlər. Avropa Birliyinin mavi rəngli bayraq daşıması da heç təsadüfi deyil. Öz kişiliyini bu qədər alçalt­mağa könüllü şəkildə razı olanlardan ləyaqət, şərəf, qürur gözləməyə dəyərmi? Dünya ağalığı iddiasında olan Beynəlxalq güclərə də elə bu cür  bivec toplum sərfəlidir. Buna mane olan yeganə ciddi qüvvə İslam­dır. “11 sentyabr” şousu ilə ABŞ-da insanların bir qismini İslama qarşı qaldıra bildirdilər. Bu yaxınlarda YouTube-də hansısa bir ölkənin tele-kana­lında, birbaşa studiyada İslamın əleyhinə danışan bir qadının o andaca ürək tutması ilə ölməsinə tamaşa etdim. Qərb insanı yenə də ağıllanmır. İslama qarşı kafirlik əməllərinə görə onu hansı cəzalar gözlədiyini düşünmür. Hind oke­anın­da 2004-cü ildə baş vermiş 9,3 ballıq zəlzələdən əvvəl də, sonra da çox zəlzələlər və buna görə də sunami fırtınaları baş verib. Nəticədə İndo­ne­ziya, Mavritaniya və digər müsəlman ölkə­lərində ümumdünya əxlaqsızlıq yu­vaları sayılan sahilyanı istirahət kompleksləri məhv olur, Dünyanın digər yer­lə­rindən burada biabırçı keyf və əyləncəyə gələn minlərlə kafir birbaşa Cəhənnəmə vasil olur. Amma həya­sız­lıq­la­rına bax ki, oralar yenə düzəldilir və ora yenə də bö­yük axınla gəlirlər. İslam isə birbaşa Avropaya sarı uzanır. Avropanın həyalı insan­ları İslamı qəbul edir və nicat tapırlar. Həyalı insan isə hər yerdə və hər dində var. Az qala Roma Papası XVI Benedikt də İslamı qəbul edəcəkdi. Məhz o ali və­zifədə,  bü­tün həqiqətlər onun qarşısında olarkən bu insan yenə saxtakarlığa xidmət edə bilmədi. Bəlkə də günlərin bir günü Vatikan meydanında xalqa müraciət edər­kən bütün həqiqətləri qəflətən  bə­yan edəcəkdi. Amma Beynəlxalq güclər vax­tında du­yuq düşdülər və tarixdə ilk də­fə Roma Pa­pası istefa verdi. Yaxşı və haqq olan yer­dən, ən böyük vəzifədən, 200 milyon insanın atası sayılmaqdan öz xoşu ilə  kim əl çəkər ki?  Sadəcə, o kişi ar­tıq bütün oyun­bazlıqları tam açıq gördü, lakin alət ol­maq istəmədi. XVI Benedikt Cənnəti qazana bilərdi. Bundan ötrü qal­malı və Bey­nəl­xalq güclərin təhriki ilə  bu vaxta qədər aparılmış Səlib yürüş­lərinə, Dünya mü­ha­ribələrinə, oporteitə, Kuklus-kalana və son vaxtlar Şimali Afri­ka­da aparılan qar­şı­durmalara görə İslam dünya­sın­dan üzr istəməli idi. Bundan son­ra dün­ya düzəni də­yişəcək, bəşəriyyət doğru hə­ya­ta qədəm qoyacaqdı. Bu baş ve­rər­disə, sonra çox şey­lər və nəhayət qondarma “Afrika baharı” – Tunis, Misir, Li­viya və indi də Su­ri­ya hoq­qa­bazlığı olmazdı. Həya­sızlığın dərəcəsinə bax, sən özün Su­riyada  kimyəvi silah partlat, yüzlərlə suriyalını qətlə yetir, sonra da bunu Bəşər Əsə­din törətdiyini bəyan edib, guya ki, suriyalıların insan haq­larını müdafiə et­mək­dən ötrü Suriyaya müharibə elan elə və havadan zərbələr en­dir­mə­yə hazırlaş!
Məncə bu dünyanı bitirsə-bitirsə elə bu həyasızlıq bitirəcək. Həya-abırın nə olduğunu bütün dünya anlayan və əməl edən kimi isə bəşəriyyət tamam başqa və doğru istiqamət gö­türəcək. Onda bu dünyaya gələn hər bir körpə nənəm demişkən, xoş gələcək, hə­yatdan köçərkən isə nənəmdən fərqli olaraq xoşluqla gedəcək...ruhu duaçı qalsın deyə.

Комментариев нет:

Отправить комментарий