Özəl mühafizə firmasının sahiblərini 50 min dollara öldürmək üçün sifariş alan 28 yaşlı “Aşot” un detektivsayağı əhvalatı bizdə!
Özəl mühafizə firmasının sahibini onun keçmiş ortağının sifarişi ilə 50 min dollar “qonorara” öldürmək üçün Bakıdan çağırılan killer Kiyevdə tora düşüb. Virtualaz.org kəskin detektiv süjetlərini xatırladan bu ilginc əhvalat barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Əhvalatın məzmunu belədir ki, yunan-Roma güləşi üzrə keçmiş SSRİ çempionu Vladislav Zvariç və onun dostu Konstantin Gerasimenko şərti adı Anatoli Naydenov olan keçmiş ortaqlarının (iş üzrə istintaq başa çatmadığı üçün onun adı olduğu kimi göstərilmir-red.) muzdla Bakıdan tutduğu killerin qurbanlarına çevrilməkdən təsadüf nəticəsində xilas olublar.
Üstəlik detektiv filmlərini xatırladan süjet quraraq həm killeri, həm də onun sifarişçisini tora salıblar.
Belə məlum olur ki, Zvariç və Gerasimenko ilə Naydenov arasında pul mübahisəsi olub. Naydenov onların firmasının hesablarından 100 min dolları “əkişdirib” və cəmi 5 minini qaytarıb. Daha sonra o, keçmiş ortaqlarını aradan götürməyə qərar verib və bunun üçün azərbaycanlı dostunun köməyi ilə bu ilin yanvar ayında Bakıdan killer tapıb. Killer biznesmenləri öldürməyə razılaşsa da o, Kiyevdə heç kimi tanımırmış və təsadüfən Vladislav Zvariçin tanışı, adı Rüstəm olan azərbaycanlı ilə əlaqə yaradıb (killerin Rüstəmlə necə əlaqə saxladığı istintaq sirri olduğu üçün açıqlanmır).
Ukrayna mediası killerin adını şərti olaraq “Aşot” kimi göstərib. Lakin onun erməni olub-olmadığı məlum deyil. Məlum olan odur ki, “Aşot” Azərbaycan vətəndaşıdır, 28 yaşı var, ailəlidir və ailəsi hazırda Bakıda yaşayır.
Yanvarın əvvəllərində Rüstəm Zvariç və Gerasimenkonu “söhbət” üçün restorana çağırır və keçmiş ortaqlarının onları öldürmək üçün sifariş verdiyi haqda informasiyanı çatdırır.
Biznesmenlər buna əvvəlcə inanmırlar və bunu zarafat hesab edirlər. Rüstəm onlara deyib ki, iş ciddidir, killer onun yerlisidir və bir neçə günə Kiyevə gələcək. Deyib sifarişçi artıq onun üçün kirayə mənzil tutub, mənzildə silah gizlədib və avtomobil ayırıb. O bildirib ki, sifarişçi alibi qazanmaq üçün əvvəlcədən sevgilisi ilə birlikdə Maldivə istirahətə gedib.
Biznesmenlər Rüstəmə yenə inanmırlar. Azərbaycanlı dostu onlara deyir: “İnanmırsınızsa, sabah fotoaparat və videokamera götürüb mən deyən ünvana gəlin”.
Biznesmenlər inanmasalar da ertəsi gün deyilən ünvana gediblər. Rüstəm onları avtomobil təmiri sexinə aparıb, ustalarla danışıb və Naydenovun killer üçün ayırdığı “Mercedes”i onlara göstərib. Məlum olub ki, sifarişçi ustalara maşını “sürücüsünün”, yəni killerin götürəcəyini deyərək gedib.
Avtomobilin sandıqçasında isə killerin öldürməli olduğu şəxslərin şəkilləri olan paket qoyulub.
Əhvalatdan məlum olur ki, “Aşot” günaha batmaq istəməyib və tanışı Rüstəmlə “alverə” gedib. Ona təklif edib ki, biznesmenləri daha ucuz qiymətə öldürmək üçün Kiyevin özündə killer tapsın, qalan pulu isə aralarında bölüşdürsünlər. Rüstəm onu əmin edib ki, artıq çeçenlərlə danışıb və işi 20 minə həll etməyi razılaşdırıb. Qalan 30 min isə “Aşot”la ona çatacaq.
Biznesmenlər killeri və sifarişçini tora salıb tutdurmağı qərara alıblar. Rüstəm onlara kömək etməyə razılıq verib. Ancaq Naydenova məlumat çatacağından ehtiyat edərək əvvəlcədən polisə məlumat verməyiblər.
Daha sonra biznesmenlər Rüstəmin “Aşot”la skype danışıqlarını izləyiblər və bunu lentə alıblar. “Aşot” deyib: “Sifarişçi istəyir ki, onları ya evlərinin, ya ofislərinin qarşısında güllələyim. Yəni çox qan və şahidlər olsun”.
Rüstəm “Aşot”u bu ideyadan daşındırmağa çalışır, ona deyir ki, artıq işi Kiyev qruplaşması ilə həll edib və çeçenlər bu qətli daha ucuz qiymətə həyata keçirəcəklər. “Aşot” razılaşıb.
Ertəsi gün Rüstəm onunla yenidən skype əlaqəsi yaradır və deyir ki, çeçenlər artıq biznesmenləri oğurlayıb və zirzəmidə saxlayır: “İndə nə etsinlər?”
“Aşot” isə öz növbəsində informasiyanı skype üzərindən sifarişçiyə çatdırır. Naydenov buna inanmır, deyir ki, iki peşəkar idmançını oğurlamaq üçün azı 10 idmançı lazımdır. Rüstəm “Aşot”u inandırır ki, guya çeçenlər milis forması geyibmiş və biznesmenlər qorxularından onlara müqavimət göstərə bilməyiblər. “Aşot” bu informasiyanı da sifarişçiyə çatdırır.
Naydenov bu dəfə inanır və “Aşot”la biznesmenləri necə öldürməyi müzakirə edir. “Sifarişçi onların başını istəyir. Niyə? Müqəvva düzəldəcək?” - killer deyir.
Daha sonra Naydenov nədənsə şübhələnir və bir neçə gün əlaqəyə çıxmır. Rüstəm “Aşot”la əlaqə saxlayıb deyir ki, çeçenlər pullarını istəyir. Yoxsa biznesmenlər onlara 50 min dollar verməyə razıdır və killerlər bu pulu alıb girovları buraxacaqlar.
İnandırmaq üçün Rüstəm biznesmenlərin ağızlarına skoç vurulmuş və boruya bağlanmış vəziyyətdə çəkilmiş videolarını göndərir. Naydenov üç gün sonra yenidən əlaqəyə çıxır və “Aşot”a əmr edir ki, biznesmenləri dərhal öldürsünlər, cəsədlərini də basdırsınlar.
Bəs pul nə vaxt göndəriləcək? Sifarişçi deyir ki, pulu ancaq onun etibarlı adamı cəsədləri gördükdən sonra göndərəcək.
Rüstəm və dostları əvvəlcə qərara alırlar ki, mühafizə firmasının iki əməkdaşını hansısa zirzəmidə ölü kimi yerləşdirsinlər, yanlarına pişik cəsədi qoysunlar. Hesablamalara görə, Naydenovun adamı “cəsədləri” görəndə və kəskin iyi hiss edəndə onlara yaxınlaşmağa və yoxlamağa qərar verməyəcəkdi.
Beləliklə, Naydenov etibarlı adamını -azərbaycanlını işi yoxlamaq üçün Kiyevə göndərir. Rüstəm onu aeroportda qarşılayır, sifarişin yerinə yetirildiyini deyir və biznesmenlərin “ölmüş” vəziyyətdə şəkillərini göstərir. Həmin şəxs “cəsədləri” yoxlamadan deyir ki, heç yerə getmək fikrində deyil: “Deyəcəyəm ki, hər şeyi gördüm!”
Lakin Naydenov ona inanmır, pulu vermək üçün qətlin videogörüntülərini tələb edir. Rüstəm videoroliki verməyə razılaşır, əvəzində Naydenovun adamından 15 min dollar avans alır.
Daha sonra biznesmenlər kinostudiyada qrimçi işləmiş yaşlı qadının və onun rejissor ərinin köməyi ilə əsl qətl səhnəsi çəkirlər. Səhnə tam inandırıcı alınır və Rüstəm “kinonu” Bakıya, killerə göndərir. O isə öz növbəsində kadrları Naydenova ötürür. Bu dəfə sifarişçi tam inanır və pulun qalan hissəsini də göndərir. Bütün sübutlar toplanandan sonra Rüstəm və biznesmen dostları Kiyev Şəhər Milis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin rəisinin yanına gedirlər.
Əməliyyatçılar bu dəlillərin kifayət etmədiyini deyirlər və killerlə sifarişçini yaxalamaq üçün plan qururlar. Plana görə, “yoxa çıxmış” biznesmenlərin arvadları milisə ərlərinin yoxa çıxdığı haqda ərizə yazırlar. Bu ərizə əsasında Naydenov milisə çağırılır, onun ortaqları ilə mübahisəsi çoxlarına məlum imiş. Naydenov “heç nə bilmədiyini” deyir. Bu ərəfədə killer pulu almaq üçün Kiyevə uçub və onu aerportdaca yaxalayıblar.
“Aşot” ilkin ifadəsini verib, lakin Naydenovun vəkili onunla təcridxanada görüşməyə yol tapıb. Bu görüşdən sonra “Aşot” ifadə verməyib. Bildirilir ki, susmağın əvəzində Naydenov onun ailəsinə Bakıda mənzil alıb. Hazırda iş üzrə istintaq davam edir.
virtualaz.org

Комментариев нет:
Отправить комментарий