30.09.2013

Ən ma­vi də­ni­zin kənarındakılar

Aydın Dadaşov

Məqaləsinin güdazına gedən ədəbiyyatşü­nas-filosof, və 50 il əv­vəl öy­rən­di­yi xalq mah­nımızı unutmayan rus aktyoru.

1936–cı il­də Y.V.Çə­mən­zə­min­li­nin tər­cü­mə­sin­də «Ça­pa­yev» fil­mi­nin rus di­lin­dən Azər­bay­can di­li­nə çev­rilməsi ilə dublyajın əsa­sı qo­yul­du və mil­li dil­də bə­dii əsər­lə­rin sse­na­ri­ləş­di­ril­mə­si üçün zə­min ya­ran­dı. «Mos­film» və  «Azər­fil­min» bir­gə is­teh­sa­lı olan, ki­no­re­jis­sorlar; Lev Ku­le­şo­vun tə­lə­bə­si, səs­li film sa­hə­sin­də təc­rü­bə­si olan Bo­ris Bar­ne­tlə (1902-1965) ÜD­Kİ-nin be­şin­ci kurs tə­lə­bə­si, Sergey Eyzenşteynin yetirməsi, ilk azərbaycanlı peşəkar kinorejissor Səməd Mərdanovun birgə çəkdikləri «Ən ma­vi də­ni­zin kənarında» (sse­na­ri müəl­li­fi K.B.Mints. 1936) fil­mi ki­no ta­ri­xi­mi­zin ilk səs­li ek­ran əsə­ri sa­yıl­dı. Fil­m­də hadisələrin cərəyan etdiyi Azərbaycan mühitinə, personajlarına etinasızlıq bir çox ziyalılarımızı məyus etsə də,
dövrün keşməkeşlərinə göz yummaqla arzu edilən şən, qayğısız, xoşbəxt insan həyatının gözəlliyinin tərənnümü kimi bədii yalan müəlliflərin əsas məqsədinə çevrilir.
1 iyun 1936-cı il tarixli «Ədəbiyyat» qəzetindəki «Pis ssenaristin oy alıb gəldiyi yerdə» məqaləsində baxdığı filmin ilk epizodunun məzmununu: «Qara çadralı bir türk qadın, özündən başqa insan olmayan bir yerdə çadrasına bərk-bərk bürünüb oturmuş, ağzında uzun tənbəki çubuğu tüstüləyir, ruzigar qadının yamaqlı tumanını oynadır, qadının cılız baldırları görünür» cümləsi ilə sadalamaqla, bu filmdə Azər­baycanın məsxərəyə qoyulmasına qarşı çıxan ədəbiyyatşü­nas-filosof Məmmədkazım Ələkbərli «XVIII əsrdə yaşayan kürdlər kimi enli şalvarının tuman bağını  ədəbsiz-ədəbsiz  yelləndirən,  artıq muzey eksponatına çevrilmiş başmaq geyinib, başına onu lotu bambılıya bənzədən papaq qoymaqla sarsaq türk obrazı yara­dan» (Ələkbərli М.Ə.Pis senaristin oy alıb gəldiyi yerdə.Ədəbiyyat q. 01-06- 1936) Yusifi öz dilini gülünc şəklə salmaqda, siyasi diktəyə tabe olan müəllifləri isə milli siyasəti anlamamaqda, azlıqda qalan xalqları mədəniyyətsiz cahil, görməyə çalışmaqda təqsirləndirməsi, repressiyalara qədərki dövrdə hələ ki, ziyalıların ictimai fikrə təsir iqtidarında olduğunu təsdiqləyir. Nəzərə almaq lazımdır ki, film ekranlara çıxdıqdan az sonra məhz bu məqalənin təsiri və Səməd Mərdanovun təkidi ilə haqqında söhbət gedən ilk epizod filmdən çıxarıldı. 
Beləliklə də­niz­də tu­fa­na  düş­müş, də­niz­çi­lə­rin güc­lü  dal­ğa­lar­la  mü­ba­ri­zə­si­ni  əks  et­di­rən  kadrlarda  qar­şı­dur­ma­nın iki gün   da­­vam  et­mə­si  ti­tr­lər­də  gös­tə­ril­dik­dən  son­ra xi­las  edi­lən­ iki gən­cin  ada­ya  çı­xa­rıl­ma­sı il­kin  ha­di­sə­ni  sə­ci­yyə­lən­di­rir. Ada­da­kı  ba­lıq­çı  tor­la­rı,  yel­kən­li  gə­mi­lər və ba­lıq ovu mə­ra­si­mi  mü­hi­tin  mən­zə­rə­si­ni  ya­rat­sa da, əsas diq­qə­tin yal­nız üç apa­rı­cı per­so­naj­la­ra yö­nəl­mə­si nə­zər­dən qaç­mır.. Özü ilə  bir­lik­də  xi­las  et­di­yi  ta­ra xü­su­si qay­ğı gös­tər­mə­sə də, əlin­dən ye­rə  qoy­ma­yıb rus­ca  çə­tin­lik­lə da­nı­şan Yu­sif­lə (Lev Sverdlin), Al­yo­şa­nın  (Ni­ko­lay Kr­yuç­kov) gön­də­riş  və­rə­qə­lə­ri­nin  ya­zı­la­rı su­da  po­zul­sa  da, on­la­rın  üç  ay müd­də­ti­nə  ada­da­kı ba­lıq­çı­lıq kol­xo­zu­na ezam olun­ma­la­rı mə­lum olur. Hər iki dos­tun ba­lıq­çı­la­rın bri­qa­di­ri Ma­şa­ya (Ele­na Kuz­mi­na)  vu­rul­ma­sı  rus xalq  mah­nı­la­rı fo­nun­da ko­mik  məqamlarla   təq­dim olu­nur. Me­xa­nik Alyoşanın  sevgilisinə hədiyyə almaq naminə özü­nü xəs­tə­li­yə vur­ma­sı  ilə ba­lıq­çı­la­rın pla­nı ye­ri­nə ye­tir­mə­sin­də va­cib olan ma­tor­lu  qa­yıq­dan  im­ti­na  edil­mə­si  is­teh­sal  po­se­sin­də  dur­ğun­luq  ya­ra­dır.
 Fi­lm­dəki üç əsas personajdan ye­ga­nə azər­bay­can­lı  Yu­si­fin  «kö­pək  oğ­lu»  sö­zü­nü iş­lət­mə­si mil­li mənsubiyyəti  lüzumsuz mətn he­sa­bı­na  gös­tə­rir. Sa­pı qı­rı­la­raq də­ni­zə düş­müş  mun­cu­ğun  əvə­zi­nə, özünü xəstəliyə vurub işdən yayınaraq  şə­hər­dən    ye­ni­si­ni  alıb­ gə­tir­mək­lə Ma­şa­nın  rəğ­bə­ti­ni  qa­zan­maq  is­tə­yən  Al­yo­şa­dan  fərqli  ola­raq «dər­di­mi  da­ğa  de­səm,  dağ əri­yər» mə­sə­li­nin, bo­ğa­zı­nı çə­kib «mən  ölüm» söy­lə­yən  Yu­sif mil­li  gös­tə­ri­ci­si­ni mətndə bə­yan et­mək­də da­vam edir. Əsas dra­ma­tur­ji ha­di­sə­də kol­xoz­da ye­ganə  me­xa­ni­ki olan Al­yo­şa­nın  iş­dən  ya­yın­ma­sı­nın  ic­ti­mai bə­la ki­mi yığıncaqda mü­za­ki­rə­si döv­rün ru­hu­na uy­ğun gə­lir. «Filmdə Azərbaycan xalqının üçüncü nümayəndəsi yığıncaq zamanı ağzına su alıb oturmuş, adamdan çox kukla təsiri bağışlayan, meşşan tamaşaçıların zövqünə uyğun motal papaqlı və kim olması aydınlaşmayan bir adamdır» yazmaqla qənaətində haqlı olan Məmmədkazım Ələkbərli isə bir müddət sonra məhz belə bir iclasın fitvası ilə xalq düşməni sayılmaqla məhv edildi.
İclasda dos­tu Yu­si­fin çı­xı­şın­dan  son­ra  özü­nə  bə­raət  qaz­an­maq  is­tə­yən Al­yo­şa­nın  gö­zü  qa­ba­ğı­na  Ma­şa­nın kən­di­ri­ni  qır­dı­ğı mun­cu­ğu­nun  dö­şə­mə­yə  sə­pə­lən­mə­si vi­zual­lı­ğı ar­tır­maq­la  ya­na­şı, cə­miy­yə­tə yad ün­sür say­dı­ğı mən­fi per­so­na­ja  nif­rə­tin  tə­za­hü­rü­nə çev­ri­lir. İc­las­dan son­ra gə­mi­də Yu­sif­lə  Ma­şa­nın  ya­xın­laş­ma­sı fo­nun­da  gü­zəş­tə ge­dən Al­yo­şa­nın  kə­na­ra çə­kil­mək­lə  tum  çırtlaması (hə­lə repressiya döv­rü de­yil)  rəğ­bə­tin yal­nız siya­si mo­tiv üzə­rin­də qu­rul­du­ğu­nu təs­diq­lə­yir. Ma­şay­la  gə­lə­cək  to­yu­nu təs­vir  edən Yu­si­fin  əli­ni  qu­la­ğı­nın  di­bi­nə  qo­ya­raq «Uca  dağ­lar  ba­şın­da» ad­lı xalq mah­nı­sı­nın: «Uca  dağ­lar  ba­şın­da  bir sü­rü qo­yun,  uzaq­dan  bax­maq­la  mən   ne­cə do­yum»  mə­tn­li oxu­ma­sı  per­so­na­jın mil­li  mən­su­biy­yə­ti­ni  par­laq  şə­kil­də  sə­ciy­yə­lən­di­rir. Qa­sır­ğa­lı də­niz­də dostlarının Ma­şa  üçün  sa­vaş­dı­ğı  məqamda    gə­mi­yə  su­yun dol­ma­sı  mə­kan  zi­ddiy­yə­ti­ni də qa­bar­dır. Də­ni­zə  dü­şən  Ma­şa­nın  hə­ya­tı  uğ­run­da  mü­ba­ri­zə  bir nə­ti­cə ver­mə­dik­də ya­ra­nan ma­təm mə­qa­mın­da,  ar­tıq  eza­miy­yət  mü­ddə­ti­  bi­tən Al­yo­şa ilə Yu­si­fin  şə­hə­rə  qa­yıt­maq­la­rı­nın göz­lə­nil­mə­si  zid­diy­yə­ti  ge­niş­lən­di­rir.
Ada­da­kı  göz­lə­ni­lən məh­sul  bay­ra­mı üçün bə­zən­miş klub­da  ke­çi­ri­lən ma­təm mə­ra­si­min­də çı­xış  edən  ba­lıq­çı­nın kə­də­ri fo­nun­da, su­da  qərq ol­muş  Ma­şa­nın  be­lin­də­ki xi­la­set­mə kə­mə­ri­nin  kö­mə­yi  ilə  üzüb sa­hi­lə çıx­ma­sı  göz­lə­nil­məz­lik ya­rat­maq­la fa­bu­la­nı zən­gin­ləş­di­rir. Ma­təm­dən se­vin­cə ke­çi­din su­ya  baş  vu­rub  xır­da  ba­lıq­lar  gö­tü­rən  qa­ğa­yı­lar­la, rəqs edən­lə­rin pa­ra­lel mon­ta­jı can­lan­ma­nı attraksionların mon­ta­jın­da ya­ra­dır. Xi­las­kar zənn edi­lə­rək əl­lər  üs­tə atı­lıb-tutu­lan,  baş­dan  aya­ğa  tə­zə ge­yim­li Yu­si­fin  Ma­şa­nın Al­yo­şay­la  get­di­yi­nə hə­ya­can­lan­sa da, adam­lar­dan xi­las ola bil­mə­mə­si ko­miz­mi ar­tı­rır. Rədd  edi­lən Al­yo­şa­dan son­ra Yu­si­fə okean­da  gə­mi­də  xid­mət  ni­şan­lı­sı­nın  fo­to­şək­li­ni  gös­tə­rə­rək  baş­qa­sı­nın  sev­di­yi­ni, sə­da­qə­ti­ni  qo­ru­ya­ca­ğı­nı  söy­lə­yən Ma­şa  kom­ni­zi­mi da­vam  et­di­rir. Ar­tıq qa­yıq­la açıq də­ni­zə çı­xan Al­yo­şa­nın ar­dın­ca ayaq­qa­bı­la­rı­nı  as­dı­ğı  ta­rı­nı da  gö­tü­rüb qa­çan Yu­si­fin  yel­kə­ni  qal­dır­ma­sı,  də­niz­çi  nəğ­mə­si­ni  oxu­ma­sı və dal­ğa­lı  də­niz­də çı­xan  gü­nə­şin  fo­nun­da  qa­ğa­yı­la­rın uçu­şu film­i ta­mam­la­yır.
Ki­no­şü­nas Nel­li Hacınskayanın «Ən ma­vi də­ni­zin kənarında» haq­qın­da­kı: «Qəh­rə­man­lar­dan bi­ri­si azər­bay­can­lı ol­sa da, bu­nun­la da, bü­tün mil­li gös­tə­ri­ci­lər tü­kən­di­yin­dən film Azər­bay­can ki­no sə­nə­ti­nə aid ol­ma­dı» (Гаджинская Н.Ш. Киноискусства страны огней. М., 1971. с.26) fik­ri əs­lin­də so­vet ki­no­su kontekstindən kə­nar­da qa­lır.  Çün­ki xü­su­sən otu­zun­cu il­lər­də bü­tün hal­lar­da mil­li­li­yə qar­şı çı­xan so­vet ki­no­sun­da məq­səd mil­li­li­yin əl­də e­dil­mə­si ola bil­məz­di. Ki­no­da mil­li tə­fək­kü­rün önə çə­kil­mə­si əsas gö­tü­rül­dü­yün­dən əsər­də­ki üç per­so­naj­dan bi­ri olan Yu­sif aktyorun, Me­yer­xol­dun tə­lə­­bə­si Lev Sverdlinin tim­sa­lın­da mil­li mən­su­biy­yə­tin­dən ası­lı ol­ma­ya­­raq azər­bay­can­lı­lı­ğı qo­ru­du. İlk pe­şə­kar təh­sil­li kinorejis­so­ru­muz  Sə­məd Mər­da­no­vun filmdə  sorejissorluğu, mil­li ruh­lu mət­nin, mah­­nı­la­rın ifa­sı­na tə­sir­siz ötüş­mə­miş­di.
Səməd Mərdanovla Moskvada Tretyakov qalereyasında təsadüfən tanış olub müna­si­bət­ləri sonradan dostluğa çevrilən  kinorejissor Mikayıl Mikayılovun yaz­dığı: «Bu gənc rejissor hər sözünü, hər söhbətini sənətlə əlaqələndirirdi. Yüksək zövqə malik idi. Klassik və müasir Azərbaycan ədəbiyyatını müntəzəm surətdə oxuyar, bu və ya digər sənətkar haqqında mühakimələr yürüdərdi. Müşfiqlə dost idi. Bir neçə dəfə onların Nəsimi və Xəyyam haqqında söhbətinə qulaq asmışam»(Mikayılov M,Y, Axtarışlarla keçən ömür.Ədəbiyyat və incəsənət. q. 21-12- 1963) mülahizələri milliliyin geniş təzahürünü təsdiqləyir.
«Ən ma­vi də­ni­zin kənarında» filmində Ma­şa ro­lu­nun ifa­çı­sı Ele­na Kuz­mi­na­nın: «Bar­net xəs­tə­lən­di­yin­dən əsas səh­nə­ni Sə­məd­lə məşq edər­kən iş­dən xü­su­si zövq al­dım» (Кузмина Е.А. Отом что помню. М., 1976. с 229) qə­naə­ti də, bu­nu sü­but edir. Filmin sorejissoru Səməd Mərdanovu bəzən Mərdani soyadı ilə təqdim edən tədqiqatçı M.A.Kuşnirovun yazdıqları isə daha təffərrüatlıdır. Onun: «Xüsusən Mərdanov yaradıcı mühitdə müsbət, xoş, ilhamverici əhval-ruhiyyə yaradırdı. Deyilənə görə Mərdanov qeyri-adi, işini bilən, həssas insan imiş. Nə qədər gülməli olsa da, qafqazlı olmasına baxmayaraq, qızğınlığı qa­sır­ğaya çevrilən Barneti özünün təmkini, səbri ilə o taraz­laş­dırır­mış» ( Кушниров М.А. Жизнь и творчество Бориса Барнета. М., 1971. с.137) cümlələri tutarlı səslənir.
Fil­min ya­ran­ma­sı­nın   əl­li il­li­yi ərə­fə­sin­də­ki təd­bir­də, çə­ki­liş mey­da­nın­da, Lən­kə­ran əra­zi­sin­də­ki Sa­rı ada­sın­da ol­muş ki­no­şü­nas Ay­dın Ka­zım­za­də­nin: «Ni­ko­lay Afa­nas­ye­viç (Al­yo­şa ro­lu­nun ifa­çı­sı N.Kr­yuç­kov) bu mah­nı­nı fil­min yu­bi­ley ge­cə­sin­də elə oxu­du ki, ha­mı­mız hey­ran qal­dıq. Axı öm­rü bo­yu Ru­si­ya­da ya­şa­yıb ya­rat­mış gör­kəm­li rus aktyoru azər­bay­can­ca mah­nı oxu­yur­du. Özü də 50 il bun­dan əv­vəl öy­rən­di­yi xalq mah­nı­sı­nı» (Kazımzadə А.Ə. Bizim Azərbaycanfilm.B., 2004. с.45.) xa­ti­rə­si də, özü­nün de­yil, tə­rəf mü­qa­bi­li­nin yad dil­də­ki mət­ni­ni xa­tır­la­maq­la pə­rəs­tiş ya­rat­maq­la, Sə­məd Mər­da­nov­dan əla­və ikin­ci ope­ra­tor Mir­zə Mus­ta­fa­ye­vin, re­jis­sor assi­sen­ti Məm­məd Əli­li­dən əla­və dra­ma­tur­ji funksiya da­şı­ma­dıq­la­rın­dan ek­ran­da gö­rün­mə­sə­lər də, çə­ki­liş qru­pu­nu əha­tə­lən­di­rən mü­hi­tin tə­si­rin­dən xə­bər ve­rir.

Aydın Dadaşovun “Kinoşünaslıq”  dərsliyindən B., 2009.

Комментариев нет:

Отправить комментарий