Əgər mənim barəmdə nə isə eşitmiş olsan-hərçənd mənim əhəmiyyətsiz və qaramat adımın məkan və zamandan keçməklə bir elə uzağa getməsi şübhəlidir-ola bilsin, mənim necə insan olduğumu və xüsusən haqlarındakı dedi-qodu, yaxud heç olmasa zəif şaiyə sənə gəlib çatmış əsərlərimin taleyini öyrənmək istəyərsən.Adamların barəmdəki mühakiməsi müxtəlif olacaq,çünki demək olar, hər kəs həqiqətin deyil, istəyinin təlqin etdiyi kimi danışır və nə tərifin, nə də təhqirin ölçüsü yoxdur.Mən də sizin sürüdən olub, nə bir elə yüksək, nə də alçaq mənşəli olmayan yazıq,öləri insan idim. Mənim nəslim (kesar Avqustun özü haqda dediyi kimi) qədimdir. Təbiətim etibarilə qəlbim nə səmimilik, nə də sadəlikdən xali deyildi, bəlkə də yoluxucu vərdiş onu korladı. Yeniyetməlik məni aldatdı, gənclik yayındırdı, amma qocalığım məni islah etdi və xeyli əvvəl oxuduğumun həqiqiliyinə təcrübə ilə inandırdı ki
, gənclik və ehtiras boş şeydir; daha doğrusu,bunu mənə bəzən zavallı ölərilərin boşuna qürurundan dolayı,gec də olsa, öz günahlarını başa düşüb özlərini dərk etməsi üçün yolundan azmasına yol verən bütün yaş və zamanların Yaradanı öyrədib. Mənim cismim gənclikdə o qədər də güclü olmasa belə, hədsiz zirək idi, xarici görkəmim gözəlliyi ilə seçilməzdi, amma çiçəklənmə illərində xoşa gələ bilərdi; sifətimin rəngi təzətər, ağ ilə əsmər arasında, gözlər canlı,görmə uzun zaman ərzində qeyri - adi dərəcədə iti idi, amma altmış yaşdan sonra gözlənilənin əksinə olaraq, o qədər zəiflədi ki, ikrahla da olsa, gözlüyün köməyinə müraciət etməli oldum.Qocalıq bütün həyatım boyu tamamilə sağlam bədənimə üstün gəldi və onu tanış nasazlıqlar ordusu ilə mühasirəyə aldı.
Mən var-dövlətə onu arzulamamaq üçün deyil,onun ayrılmaz yoldaşları olan zəhmət və qayğılara ikrah etdiymə görə həmişə dərindən nifrət etmişəm. Sərvət hesabına təmtəraqlı yeməklər imkanı qazanmağa çalışmamışam, kasıb qida və sadə yeməklə qidalanaraq Apitsinin nəfis naharlı bütün ardıcıllarından daha şən yaşamışam.Necə deyərlər, xudmani məclislər (mahiyyətcə isə sadəliyə və xoş niyyətə düşmən olan içki məclisləri) mənə heç vaxt xoş gəlməyib; bu məqsədlə başqalarını çağırmaq,bir o qədər də özümün dəvətləri qəbul etməyim mənə məşəqqətli və faydasız görünüb.Amma yeməyi dostlarla birlikdə yemək elə xoş idi ki, heç bir şey onların gözlənilməz gəlişi qədər mənə məmnunluq gətirmirdi və heç vaxt yeməyi həmsüfrəsiz həvəslə yeməmişəm.Təmtərağa hər şeydən artıq nifrət etmişəm, yalnız ona görə yox ki, o,iyrəncdir və itaətin əleyhinədir,həm də ona görə ki, sıxıntılı və rahatlığa düşməndir.Həm özlüyündə ziyanlı olduğu və sadəliklə uyuşmadığından, həm də ahəngli və rahat həyata düşmən olduğundan hər növ şirnikmədən uzaq dayanmışam.
Gənclikdə yaxıcı, lakin yeganə və ədəbli məhəbbətdən əzab çəkmişəm və amansız, lakin faydalı ölüm artıq sönən alovu söndürməsəydi, buna davam edəcəkdim.Mən cismani ehtiraslara tamamilə yad olduğumu demək hüququna malik olmaq istəyərdim, amma belə deməklə yalan danışardım;amma əminliklə deyirəm ki, gənclik və temperament alovu məni bu rəzalətə sürükləsə də,qəlbən onu həmişə lənətləmişəm.Bununla belə tezliklə,qırx yaşına yaxınlaşarkən məndə istilik və güc hələ kifayət qədər olarkən mən nəinki həmin çirkin işdən,həm də onun barəsində hər cür xatiratdan,heç vaxt qadına baxmamış kimi tamamilə üz döndərdim,bunu,bəlkə də, ən böyük xoşbəxtliyim sayıram və Allaha minnətdaram ki, hələ sağlamlıq və qüvvəsinin çiçəklənməsindəykən məni mənfur və həmişə nifrət etdiyim köləlikdən xilas etdi.
Amma başqa şeylərə keçirəm.Mən qüruru yalnız başqalarında görmüşəm, özümdə yox; nə qədər kiçik olsam da, özümü daha aşağı sanmışam. Mənim hirsim heç vaxt başqalarına deyil,çox tez-tez özümə ziyan vurub.Cəsarətlə deyə bilərəm-çünki həqiqəti dediyimi bilirəm- təbiətimin hədsiz tündməcazlığına baxmayaraq, incikliyi tez unutmuşam və xeyirxahlığı yadda möhkəm saxlamışam.Nəcib dostluğa münasibətdə yüksək səviyyədə xəsis olmuşam və onu böyük sədaqətlə əzizləmişəm.Amma qarıyanların kədərli qisməti belədir ki, onlar tez-tez dostlarının ölümünə göz yaşı tökməlidirlər.Knyaz və kralların iltifatı və əsilzadələrin dostluğu ilə o dərəcədə şərəfləndirildim ki, bu,hətta qibtə yaratdı.Amma çox sevdiyim belələrinin çoxundan uzaqlaşdım; azadlığa fitri məhəbbətim o qədər güclü idi ki, mən hətta təkcə adı həmin azadlığa əks görünənlərdən bütün qüvvəmlə kənar gəzirdim.Zəmanəmin böyük tacidarları bir-birilə yaışmaqla məni sevir və hörmət edirdilər, niyə-bilmirəm: özləri də bilmirdilər; yalnız onu bilirəm ki, onlardan bəziləri diqqətimi, mənim onlarınkını qiymətləndirdiyimdən daha artıq dəyərləndirirdilər, nəticədə onların yüksək mənsəbi mənə,azca da olsun,tənglik deyil, yalnız xeyli rahatlıq gətirirdi.Mənə hər cür xoş və nicatlı bilikləri mənimsəməyə qabil, amma əsasən əxlaqi fəlsəfəyə və poeziyaya meyilli, bəsirətdən artıq rəvan ağıl bəxş edilmişdi.Zaman keçdikcə poeziyadan soyudum, vaxtilə etina etmədiyim, indi gizli şirinliyini duyduğum müqəddəs elmə aludə olaraq, poeziya mənim üçün ziynət vasitəsi kimi qaldı.Daha böyük şövqlə qədimliyi öyrənməyə qapıldım, çünki yaşadığım zaman heç vaxt o qədər ürəyimdən olmayıb ki, sevdiklərimə bağlılığım əngəl olmasaydı,istənilən digər əsrdə doğulmağı arzulayardım və indikini unutmaqdan ötrü daim qəlbimlə başqa əsrlərdə yaşamağa çalışardım. Odur ki, fikir müxtəliflikləri məni xeyli karıxdırsa da,tarixçiləri həvəslə oxudum;şübhəli hallarda ya faktların inandırıcılığını,ya da nəql edənin nüfuzunu rəhbər tuturdum.Mənim nitqim,bəzilərinin təsdiq etdiyinə görə,aydın,güclü,mənəsə elə gəlir ki, zəif və anlaşılmaz idi.Dost və tanışlarla adi söhbətdə heç vaxt natiqliyin qayğısına qalmırdım, ona görə də səmimi olaraq təəccüblənirəm ki, kesar Avqust bu qayğını üzərinə götürmüşdü.Amma mənə elə görünürdü ki,işin, məkanın,yaxud dinləyicinin başqa şeyi tələb etdiyi yerdə mən çatdırmaqdan ötrü müəyyən səy göstərirdim;qoy bu barədə qarşılarında danışdığım kəslər mühakimə yürütsünlər.Həyatı yaxşı yaşamaq vacibdir, amma necə danışdığıma az əhəmiyyət verirdim:sözün parlaqlığı ilə əldə olunmuş şöhrət əbəsdir.
Mən hörmətli, az varlı, yaxud həqiqət deyilərsə, kasıb, əslən florensiyalı, lakin vətəndən qovulmuş valideyinlərdən-Aretsoda, sürgündə,Xristin doğumilə başlamış axırıncı eranın 1704-cü ilində, bazar ertəsi, 20 iyulda dan yeri ağararkən doğulmuşam.
Beləcə qismən tale, qismən də mənim iradəm sonrakı həyatımı təsnif etdi.Həyatımın ilk ilini, onu da bütünlüklə yox, təbiətin məni dünyaya gətirdiyi Aretsoda, sonrakı altı ili Antsizdə- atamın malikanəsində,Florensiyanın on dörd min addımlığında keçirmişəm.Anamın sürgündən qayıtmasından sonra, səkkizinci ili Pizada,doqquzuncu və sonrakıları Alplararxası Qalliyada-Ronanın sol sahilində keçirmişəm;Romanın baş keşişinin Xrist kilsəsini uzun müddət rüsvayçı sürgündə saxladığı bu şəhərin adı Avinyondur.Doğrudur, bir neçə il əvvəl V Urban kilsəni sanki öz qanuni yerinə qaytarmışdı. Amma bu iş, məlum olduğu kimi, heç nə ilə bitdi-məni xüsusən ağrıdan o oldu ki, papa hələ sağlığında bu xeyirxah işə tövbə etmişdi.Bir qədər çox yaşasaydı, o, şübhəsiz, mənim məzəmmətimi eşidərdi, çünki mən qələmi əlimə almışdım ki, o,gözlənilmədən öz şərəfli məqsədini həyatı ilə bərabər tərk etdi.Bədbəxt öz evində, Pyotrun mehrabı qarşısında necə də xoşbəxt ölə bilərdi! Çünki ikisindən biri idi: ya onun ardıcılları Romada qalacaqdı, onda xeyixah işin təşəbbüsü ona məxsus olacaqdı, ya da onlar oradan gedərdilər-onda onların günahı nə qədər təsirli olsaydı, onun xidməti daha görkəmli olardı.
Amma bu şikayət hədsiz genişdir və burada yersizdir. Beləliklə burada, küləklərin həyəcana gətirdiyi çayın sahilində valideynlərimin nəzarəti altında uşaqlığımı, sonra bütün gəncliyimi bihudəliyimin hakimiyyətində keçirdim. Həm də uzun müddətli yayınmalarla, belə kı, bu müddətdə mən tam dörd il Karpantrada, kiçik və şərqdən Avinyona ən yaxin şəhərcikdə xidmət etdim və bu iki şəhərdə qrammatika, dialektika və ritorikanın ibtidasını yaşımın imkan verdiyi, yaxud, daha dəqiqi, adətən məktəbdə keçilən qədər mənimsədim -bu da, əziz oxucu, başa düşdüyün kimi, azdır. Qanunları öyrənmək üçün digər dördilliyi keçirdiyim Monpelyeyə, sonra üç il ərzində mülki hüququn tam kursunu dinlədiyim Bolonyaya köçdüm. Çoxları düşünürdü ki, başladığımı davam etdirsəydim, bu işdə böyük nailiyyətlərə çatardım. Amma mən valideynlərimin qəyyumluğundan azad olan kimi bu məşğuliyyəti tamamilə atdım, ona görə yox ki, qanunların hakimiyyəti ürəyimdən deyildi-zira, onların əhəmiyyəti, şübhəsiz olduqca böyükdür və onlar mənim valeh olduğum Roma qədimliyi ilə doymuşdur -ona görə ki, onların tətbiqi insan vicdansızlığı ilə təhrif olunur. Şərəfsizliklə istifadə olunanın öyrənilməsinin dərinliyinə getmək məni çiyrindirirdi, vicdanla isə, istəsəydim də, bacarmazdım məramımın təmizliyi isə zəruri olaraq bilməzliyimə istinad edilərdi.
Beləliklə, iyirmi iki yaşımda evə, daha doğrusu uşaqlığımın sonundan yaşadığım Avinyon sürgününə qayıtdım. Orada artıq məşhurluq qazanmağa başlamışdım və tanınmış adamlar mənimlə tanışlıq axtarırdılar-niyə, etiraf edirəm, indi bilmirəm və buna təəccüb edirəm, amma o vaxt buna heyrət etmirdim, belə ki, gənclik qaydası ilə özümü hər cür ehtirama tamamilə layiq sayırdım. Məni tez-tez ziyarət edən, yaxşısı budur, belə deyim, öz gəlişi ilə Roma kuriyasını bəzəyən şanlı və tanınmış Kolonna ailəsi tərəfindən xüsusilə mükafatlandırılırdım, onlar məni əzizləyir və şərəfləndirirdilər ki, buna indi bəlkə layiqəm, onda isə, şübhəsiz, layiq deyildim. O zaman Lombez yepiskopu, bərabəri olan insanı, çətin ki, gördüyüm və görəcəyim məşhur və misilsiz Cakomo Kolonna, məni Qaskona apardı. Burada, Pireneylərin ətəklərində sahibin və onun yaxınlarının füsunkar mühitində mən, demək olar, səmavi bir yay keçirdim, belə ki, indi də o zamanı köks ötürmədən xatırlaya bilmirəm. Ordan qayıtdıqdan sora mən uzun illər onun qardaşı kardinal Covanni Kolonnanın, sahibin deyil, sanki atanın, yanında yaşadım, hətta, daha artıq, zərif sevgili qardaşla, həqiqi, öz şəxsi evimdə özümlə yaşadığım kimi yaşadım. Bu zaman məni Fransa və Almaniyanı gəzib-dolanmaq kimi yeniyetməlik ehtirası bürüdü. Yola çıxmağıma bəraət qazandırmaq üçün himayəçilərim qarşısında səbəblər gətirsəm də, əsas səbəb çox şey görmək kimi ehtiraslı istək idi. Bu səyahətdə mən ilk dəfə Parisi gördüm və bu şəhər barədə gəzən hekayətlərdən nəyin doğru və nəyin yalan olduğunu tədqiq etmək mənə maraqlı idi. Oradan qayıdaraq görməyi coşqu ilə arzuladığım Romaya yola düşdüm və burada həmin ailənin böyük qəlbli başçısı Stefano Kolonnanı çox sevdim, ona o qədər əziz idim ki, sanki mənimlə onun istənilən oğlu arasında heç bir fərq yoxdur. əla insanın mənə münasibətdə məhəbbət və rəğbəti onun son günlərinə qədər dəyişmədi, mənim ona məhəbbətim isə hələ də yaşayır və mən özüm sönməyincə sönməyəcək. Oradan qayıtdıqdan sonra əzəldən qəlbimə xas olan hər şeyə, xüsusən mənfur Avinyona ikrah və nifrətə tab gətirmək gücündə olmadığımdan mən hər hansı sığınacaq, necə deyərlər, dayanacaq axtarmağa başladım və Avinyonun on beş min addımlığında, bütün bulaqların çariçəsi Sorqanın başlandığı yerdə Bağlı adlanan xırdaca, lakin xəlvət və rahat vadi tapdım. Bu yerin gözəlliyinə valeh olaraq, otuz dörd yaşımın keçdiyi bir vaxtda öz əziz kitablarımla birlikdə ora köçdüm.
Orada bir çox illər ərzində nə etdiyimi anlatsaydım, hekayətim hədsiz uzanardı. Qısa desəm, mənim nəşr etdirdiyim, demək olar, bütün əsərlər orada ya yazılmış, ya başlanmış, ya da düşünülmüşdü- onlar isə o qədər çoxdur ki, bəziləri hələ də məni məşğul və narahat edir. Çünki mənim ruhum cismim kimi gücdən ziyadə bacarıqla seçilib, odur ki, fikirdə yüngül görünən, amma icrada çətin alınan bir çox işləri boşlamışam. Burada ərazinin öz xarakteri çobanı məzmunlu “Bukolik nəğmə”ni, eləcədə o vaxt kiçik Kavalyon yepiskopu olan, indi isə yüksək Sabin kardinal yepiskopu vəzifəsini tutan, həmişə böyük insan olan Filippə həsr olunmuş xəlvət həyat barədə iki kitabı yazmaq fikrini mənə təlqin edib. O, mənim köhnə dostlarımdan yeganə həyatda olanıdır və məni Amvrosi Avqust kimi yepiskop borcu ilə deyil, qardaşcasına sevib və sevir. Bir dəfə, Müqəddəs həftənin cümə günü həmin dağlarda gəzişərkən anlaşılmaz səbəblə lap uşaqlıqdan adı mənə əziz olan böyük Afrikalı Stsipion barədə qəhrəmanlıq üslubunda poema yazmağın yenilməz istəyi məni ağuşuna aldı. Elə o vaxt böyük həvəslə bu işə başlayaraq, başqa qayğılarla yayındırılmaqla, tezliklə onu bir kənara qoydum; buna baxmayaraq, predmetinə uyğun olaraq “Afrika” adlandırdığım poema məşhur olana qədər çoxları tərəfindən sevildi. Bilmirəm bunu mənim, yoxsa onun bəxtəvərliyinə yazmaq lazımdır. Bu yerlərdə təmkinlə yaşadığım zamanda bir gündə qəribə şəkildə Roma senatı və Paris universiteti kanslerindən iki məktub aldım - onlar bir-birini üstələyərək, məni dəfnə cələngi ilə təltif etməkdən ötrü biri Romaya, digəri Parisə dəvət edildi. Gənclik şöhrətpərəstliyi ilə şadlanmaqla, öz xidmətlərimi deyil, özgə dəlillərini ölçüb-biçərək, bu qədər məşhur insanların layiq gördüklərinə özümü layiq bilib, yalnız kimə üstünlük vermək barədə qısa müddət tərəddüd etdim. Bu barədə məktub vasitəsilə yuxarıda xatırlanan kardinal Covanni Kolonnadan məsləhət istədim, çünki o elə yaxında yaşayırdı ki, axşamdan keçmiş ona yazaraq, növbəti gün günorta üçə cavabını ala bilərdim. Onun məsləhətinə əməl edərək, mən Romanın nüfuzunu hər hansı digərindən üstün tutmaq qərarına gəldim, onun məsləhətilə razılaşdığım iki məktubum indi də saxlanılır. Beləliklə, mən yola düşdüm və, baxmayaraq ki, öz əsərlərimi gənclik adəti ilə təkəbbürlə mülahizə edirdim, amma barəmdə özümün, yaxud məni dəvət edənlərin dəlillərinə istinad etməyə utanırdım, belə ki, onlar məni təklif olunan şərəfə layiq bilməsəydilər, şübhəsiz, həmin dəlilləri gətirməzdilər. Odur ki, mən əvvəlcə Neapola getməyi qərara aldım və idarəçiliyi qədər şanlı elmi olan böyük kral və filosof Robertin yanına gəldim ki, əsrimizin hökmdarları arasında elmlərin və xeyrin yeganə dostu adlandırıla biləcək şəxs kimi barəmdə öz fikrini desin. Mənə verdiyi bunca yüksək qiymət və səmimi qəbula indiyədək təəccüb edirəm və sən də, oxucu, düşünürəm ki, bilsəydin heyrətlənərdin. Mənim gəlişimin məqsədini öyrənərək o, qeyri-adi dərəcədə sevindi, qismən gənc şəxsin etibarından zövq alaraq, qismən də, ola bilsin, can atdığım şərəfin onun şöhrətinə zərrə qədər əlavə gətirəcəyi haqq- hesabı ilə sevindi, belə ki, mən bütün ölərilərdən bircə onu layiqli hakim seçmişdim. Bir sözlə, müxtəlif şeylər barədə çoxsaylı söhbətlərdən və vəcdə gəlib böyük hədiyyə olaraq özünə ithaf olunmasını xahiş etdiyi, imtina edə bilmədiyim və istəmədiyim “Afrika”mı ona göstərməyimdən sonra, nəhayət, xatiri üçün gəldiyim işə görə müəyyən gün təyin etdi. Həmin gün o məni günortadan axşamadək saxladı; amma sınaq dairəsi getdikcə genişləndiyindən və vaxt qalmadığından, bunu daha sonrakı iki gündə davam etdirdi. Beləcə, üç gün mənim nadanlığımı təhqiq etdi və üçüncü gün dəfnə çələnginə layiq bildi. O, çələngi mənə Neapolda təklif etdi və bir çox təkliflərlə mənim razılığımı almağa çalışdı. Amma mənim Romaya olan məhəbbətim böyük kralın tərifli israrları qarşısında üstünlük qazandı. Beləliklə mənim sarsılmaz qətiyyətimi görüb, Roma senatına məktub və müşayiətçilər verdi, onların vasitəsilə barəmdəki fikrini böyük lütfkarlıqla izhar etdi. Bu cür hökmdar qiyməti o zaman çoxlarının və xüsusən özümün qiymətimizlə üst-üstə düşürdü; indi isə nə onun, nə özümün, nə də belə fikirləşənlərin mülahizələrimizi bəyənmirəm; ona həqiqətə riayət etmək deyil, daha çox mənə məhəbbəti və gəncliyimə iltifatı rəhbərlik edirdi. Hər halda mən Romaya yola düşdüm və orada, layiq olmasam da, lakin nüfuzlu qiymətə əsaslanaraq, hələ səriştəsiz şagird olaraq, həmin təntənəli məclisdə iştirak etmək nəsib olmuş romalıların böyük şadyanalığı altında dəfnə çələngini qəbul etdim. Bu hadisə barəsində həm şeirdə, həm də nəsrdə məktublarım da var. Dəfnə çələngi mənə heç bir bilgi vermədi, amma çoxlarının qibtəsini doğurdu; amma bu barədəki hekayə də burda yerin imkan verdiyindən daha uzun ola bilərdi. Beləliklə, mən oradan öz aralarında dolanmayan, amma mənə yüksək dərəcəli xeyirxahlıq və iltifatla yanaşan imkanlı senyorlar Korredjoların yanında bir müddət yaşadığım Parmaya yola düşdüm. Bu knyazlıq onların hakimiyyəti altındakı idarəçiliyə insanların yaddaşında rast gəlməyib, hesab edirəm ki, əsrimizdə rast gəlməyəcək də. Mən payıma düşən şərəfi unutmurdum və buna layiq olmadığımı düşünəcəklərindən narahat olurdum. Bir dəfə dağlara qalxaraq Entsa çayından keçməklə gözlənilmədən Redjo dairəsindəki Selvapiana çatdım və burada ərazinin qeyri-adi görünüşünə valeh olaraq dayandırdığım “Afrika”nı davam etdirməyə başladım; sanki sönmüş ruhi hərarət yenidən alovlandı; mən həmin gün bir qədər yazdım, növbəti günlərdə də gündəlik olaraq az-az yazdım və Parmaya qayıdıb, sonradan pulla aldığım və indi də mənə məxsus xəlvət və sakit ev taparaq qısa müddətdə böyük yanğıyla bu əsəri sona çatdırdım ki, buna indi özüm də heyrət edirəm. Oradan Sorqi bulağına, Alplararxası tənhalığa qayıtdım.
Xeyli zaman keçdikdən sonra, şöhrətimi ətrafa yayan şaiyənin sayəsində mən nadir məziyyətli şəxs, öz zəmanəsinin italyan hökmdarlarından oxşarı olmayan kiçik Cakomo Karraranın iltifatını qazandım. Mən Alp dağlarının arxasında və İtaliyanın harasında oldu yaşayarkən o, səfir və məktublar göndərməklə bir çox illər ərzində öz arasıkəsilməz xahiş və təklifləri ilə məni əhatə etməkdən yorulmurdu və dünyanın böyüklərindən heç nə gözləməsəm də, onu yoluxmaq və belə görkəmli və mənə tanış olmayan insanın qeyri-adi israrının səbəbini bilmək qərarına gəldim. Beləliklə, gec də olsa, Parmadan Veronaya gedən yolda ləngiyib Paduyaya getdim. Burada həmin şanlı xatirəsi olan şəxs məni sadəcə insani mehribanlıqla deyil, səmalarda müqəddəs ruhların qarşılandığı kimi elə sevinclə, elə qiymətəgəlməz məhəbbət və zərifliklə qarşıladı ki, onları sözlə tam təsvir etməyə əmin olmayaraq, susmaqla gizlətməyə məcburam. Yeri gəlmişkən, mənim erkən gənclikdən kilsə həyatına bağlılığımı bildiyindən, yalnız özü ilə deyil, həm də öz şəhəri ilə sıx bağlamaqdan ötrü məni Paduyanın kanoniki təyin etməyi tapşırdı. Əgər onun həyatı uzanmalı olsaydı mənim sərsəriliyimə və səyyahlığıma son qoyulardı. Amma təəssüf! Ölərilər arasında uzunömürlü heç nə yoxdur və nə isə şirin bir şey baş verirsə, o tezliklə acı sonluqla bitir. Natamam iki ildə onu mənə, vətənə və dünyaya saxlayaraq, Allah onu öz yanına çağırdı, çünki nə mən, nə vətən, nə də dünya- bunu məhəbbətdən kor olaraq demirəm – ona layiq deyildik. Baxmayaraq ki, onu nadir ağıl və alicənablığı olan, atasının nümunəsinə əməl edərək, mənə sevgi və ehtiram göstərən oğlu əvəz etdi, amma mən yaşların eyniliyilə xüsusən yaxınlaşdıran şəxsi itirməklə bir yerdə qala bilməyərək, min dəfə gördüyümü yenidən görmək istəməyərək, xəstələr kimi yer dəyişməklə öz kədərimi təskin etməkdən ötrü yenidən Fransaya qayıtdım.
Ruscadan tərcümə: Məhəmməd Salur

Комментариев нет:
Отправить комментарий