Çoxlarının tutulduğu "kurtlar vadisi" xəstəliyi məndən yan keçsə də, yeni sezonda qıraqdan da olsa bu xəstəliyi seyr etmək qərarına gəldim.
Əslində bu seriala Polat fantastikası üçün baxanlar deyil, dünya olaylarından və siyasi gedişatlardan xəbərdar olanlar bilir ki, bu serial israilin türkiyə üzərində siyasətinin aynasıdır. Bu xəstəlik bəzən həqiqətləri yansıtsa da, amma əksər hallarda isə türkiyəni olduğundan başqa cür göstərməyə (maskalanma siyasəti) çalışır. Bu serial AKP-yə, türk dünyasında və məxsusən müsəlmanlar arasında bağlılıq yaradan böyük güclərdən biridir.
Diqqət edin Ərdoğana, müsəlmanların sevgisi lazım olduğu və İstanbulun İmam Huseyn (ə) meydanında Kərbəla şəhidlərindən danışdığı bir zamanda, Ömər baba İmmam Huseyn (ə)-dan sitatlar gətirərək rövzəxanlıq edir, polat da kərbəlanı dastan adlandıran bir kitabdan ayrılmırdı.
Təbii ki, eyni siyasətlə, bütün bəşəriyyətə düşman olan sionizmə guya nifrət etdiyi göstərmək üçün, Ərdoğanın davosdakı klounluğu etdiyi bir vaxtda isə canavarlar diyarında "antiisrail" kadrlar çəkilirdi.
Ərəbcəyə tərcümə olunaraq Orta şərqdən tutmuş demək olar ki, bütün türk dünyasında sevilərək izlənən "kurtlar vadisi" serialı yeni mövsümdə izləyicilərin ixtiyarına verildi. Öncədən də zənn etdiyim kimi, ilk seriyadan İsrailin siyasəti canlandırmağa başladı. Belə ki, ənənəyə sadiq qalaraq indi də Suriyanı əməlli başlıca vurmağa başladılar.
Öncədən qeyd etmək istəyirəm ki, Kadrlara diqqətlə nəzər saldıqda Bəşər Əsədi elə qəddar canlandırdıqlarının şahidi oluruq ki, həqiqətlərdən xəbərsiz insanın ilk olaraq beynində canlanan şey, "orta şərqin yeganə nicat yolu Bəşəri devirmək" olacaqdır.
Belə ki, dioloqlarda Bəşər Əsədin Kimyəvi silahdan kistifadə edərək xalqı qırdığı, Bəşər Əsəd devrilməzsə sonradan bu silahlar vasitəsilə israilə hücum edəcəyi ( diqqət!!! Amma əvvəlki serialarda israilin əleyhinə çıxışlar edirdilər) və vəhhabilərdən ibarət olan Əl-qaidə terror qruplaşmasını kimyasal silahlarla təmin edərək regionda təhlükə yaradacağı boş beyinlərə yürüdülür. İsrail məhvə məhkum olsa da, Bəşərin Əl-qaidəyə yardım etməsi necə də gülünc doğurur. Halbuki, adı çəkilən terrorçu qruplaşma bu gün İsrailin dəstəyi ilə bütün Suriya xalqına qarşı vuruşur.
Diqqətimi çəkən ikinci bir kadr isə, Bəşərin əsgərləri adı altında göstərilənlərin qəddarlığı və guya Əsdi “Allah” adlandıraraq Suriyada əsir alınmış Kara və ətrafındakılara Bəşər Əsədin Şəkilinə zorla səcdə etdirmələri göstərilir. Bu arada çoxlarının zehninə bu sual gəlmir ki, Karanın Suriyada nə iti azmışdı? Kurtlar vadisi xəstəliyinə tutulanların dərdlərinə dərman olaraq düşündükləri yeganə şey isə Karanın, Əsədin geniralını necə "sındırma"sıdır. Halbu ki, nə Bəşər ordusundan belə alçaqlıq görünməmiş nə də AKP və israildə belə kişilik var.
Sonda isə Bütün həmvətənlərə tövsüyəm budur ki, bu vadidə qoyun masqası taxmış qurtların xəstəliyindən özlərini qorusunlar.
Комментариев нет:
Отправить комментарий