Əziz yoldaşlar və həmvətənlər! Bir neçə gün öncə youtube portalında Azərbaycan Kommunist Partiyasının ünvanına hədə dolu çarx yerləşdirilib. Hədə-qorxunun səbəbi AKP-nın Rusiya prezidentinə ünvanladığı məktub olub. Hədə-qorxunun konkret kim tərəfindən ünvanlandığı aydın görünməsə də, özünü Azərbaycan Nasional Sosialist Cəbhəsi adlı bir topluluq tərəfindən ünvanlanıb. Adından məlum olduğu kimi Nasional Sosialistlər əsasən irqçiliyi və millətçiliyi tərənnüm edən bir topluluq və təşkilatdır. Tarixdən məlumdur ki, Nasionalistlər Kommunistlərə əzəli düşmən və rəqib kimi baxırlar. Onların Azərbaycandakı davamçılarının da belə hərəkəti normal haldır. Biz kommunistlər üçün belə hədələr birinci dəfə deyil. Biz bunu normal qarşılayırıq. Özünü düşmən sayan biri əlbəttəki düşmən mövqeyini bildirməlidir.
Nasionalistlər ənənələrinə sadiq qalaraq biz Kommunistlərlə düşmənçilik etsələr də, biz onlardan fərqli olaraq heç kimlə düşmənçilik etmirik. Biz öz ideyamıza sadıq qalaraq, siyasi və ideoloji baxışından asılı olmayaraq bütün insanları özümüzə dost, yoldaş və qardaş hesab edirik.
Qısaca olaraq Nasionalistlər haqqında bir xatırlatma etmək istəyirəm.
Nasional-sosialist partiyası 1919-45 illərdə Faşist Almaniyasında fəaliyyət göstərmiş partiyadır. İlk dəfə Münhendə yaradılıb. İdeya əsasını antidemokratizm, ifrat antikommunizm, şovinizm və irqçilik təşkil edib. Partiyanın liderləri A. Hitler, G, Gerinq, İ, Gebbels və s. olub. İkinci Dünya müharibəsində alman faşizmi darmadağın edildikdən sonra Nasional Sosialist partiyası ləğv edildi, bir çox lideri müharibə canisi kimi mühakimə olundu.
O vaxtdan illər keçsə də bir çox ölkələrdə Nasistlər öz keçmişlərinə sadiq qalaraq nasist ənənəsini davam etdirirlər. O cümlədən Azərbaycanda da belə bir ənənəyə sadiq qalan qüvvələr var. Onlar irqçilik və millətçilik adı altında fəaliyyət göstərirlər.
Sonda onu qeyd etmək istəyirəm ki düşmənçiliklərə və hədə-qorxulara baxmayaraq AKP-sı öz fəaliyyətini davam etdirəcək, Müstəqil Sosialist Azərbaycan uğrunda apardığı mübarizə yolunda öz ideyalarından əl çəkməyəcəkdir.
Azərbaycan Respublikası Kommunist partiyasının üzvü Rəhim Həsənov

Комментариев нет:
Отправить комментарий