07.04.2014

Doğrudanmı, Kəlbəcəri qəhrəmanlıqla müdafiə etmişik?

"Doğrudanmı, Kəlbəcəri qəhrəmanlıqla müdafiə etmişik?" (VİDEO)Almanlar 6 ay mühasirədə saxladıqları Stalinqrada ona görə bata bilmədilər ki, əhali burdan çıxmaq üçün tükünü belə tərpətmədi

Kəlbəcərin işğal günündə həmkarım Ləman Ələşrəfqızının hazırladığı reportaj bəzi Kəlbəcərlilərin narazılığına səbəb olub. Sosial şəbəkədə bir qrup insan isə hətta həmkarımın ünvanına sərt tənqid hədlərini aşaraq təhqirlər də ünvanlamaqdan çəkinməyiblər. Onlar müxtəlif iddalar irəli sürür və Kəlbəcərin işğalı zamanı baş verənlərə müxtəlif formalar verməyə çalışrlar. İddiaları nəzərə alaraq elə həmin müəllif Ləman Ələşrəfqızı sizə ANS-in arxivində olan faktları təqdim edir. Bu həqiqətdir, diqqətlə baxın, kadrlar sizə çox şeyi deyəcək.

Yaman yerdə axşamladıq, burda deyiblər. Kəlbəcərli bəzi “urapatriotlar” Kəlbəcərin işğalı ilə bağlı hazırladığım süjetdə özlərinin təhqir olunduğunu düşünür və ANS-i üzr istəməyəcəyi təqdirdə məhkəməyə verəcəkləri ilə hədələyirlər. Bir dəqiqə, qardaşlar. Süjetin müəlifi mənəm və mən də nəzərinizə çatdırım ki, uşaq deyiləm. Kəlbəcərin işğalı mənim jurnalistikada təhsil aldığım və mətbuatda ara-sıra yazılarla çıxış etdiyim dövrlərə təsadüf edir. Üstəgəl, süjetimdə də xatırlatdığım kimi dost-doğma qardaşım məhz Murov yüksəkliyini qoruyurdu. Topçu idi. O, nələr danışmırdı. Onun danışdıqları o zaman mənə yuxu kimi gələ bilərdi. Amma ANS-in arxivi elə bir yerdir ki, oradakı kadrlara baxanda adamın yuxusu qaçır. Sözün əsl mənasında. Buyurun baxın və yaddaşınızı bir az da təzələyin.
Kəlbəcər bizim boynumuzdakı yük deyildi ki, onu qorumaq üçün Nəcməddin Sadıxov və yaxud bir qeyrisi üstünə düd vurmamış efirə verə bilməyəcəyimiz söyüşlərlə boynumuzdan belə itələyirdi. Onu qorumaq hər bir azərbaycanlının, hər bir döyüşçünün borcuydu. Bu məsələdə kəlbəcərliləri istisna saymamışam və saymıram da. Bilirəm ki, kəlbəcərlilər arasından da döyüşən çoxlu mərd oğullar olub. İnanıram ki, bu gün onlar heç bu dırnaqarası patriotların arasında da deyillər. Onlar zamanında vuruşublar və sözlə vuruşmağı yəqin ki, özlərinə sığışdırmazdılar. Amma təəssüf bəziləri tapılır ki, Kəlbəcərsiz keçirdiyimiz 21 ildən sonra da "məndə sığar iki cahan, mən bu cahana sığmazam" eyforiyasındadır.
Nə baş verir, əziz həmvətənlər? Bəlkə tarixi dəyişmək istəyirsiz? Bəlkə düşünürsüz ki, Kəlbəcər hələ də bizim əlimizdədir? Kəlbəcər 21 ildir ki, ermənidə olduğunu yaddan çıxartdığınızı zənn etməsəydim, heç bu sualı da soruşmazdım. Doğurdanmı, sizə elə gəlir ki, Kəlbəcəri qəhrəmanlıqla müdafiə etmişik? Ruslar Stalinqradı müdafiə etdikləri kimi? 2-ci dünya müharibəsinin məğlubiyyətinin əsas səbəbi bu şəhər olmadımı? Almanlar 6 ay mühasirədə saxladıqları Stalinqrada ona görə bata bilmədilər ki, əhali burdan çıxmaq üçün tükünü belə tərpətmədi. Biz isə bir misqal dilimizi tərpətməklə həmişə ağrımayan başımıza yaylıq bağlamağa çalışmışıq. Çox zilə qalxmayın, qardaşlar. ANS-in arxivi belə kadrlarla doludur. Yəni, biz ağzımızı açsaq, çoxlarının ağzının dadı qaça bilər.(anspress.com)

https://www.youtube.com/watch?v=12miT_ake5U

Комментариев нет:

Отправить комментарий