Nurçuların Azərbaycanın mühüm dövlət qurumlarından olan Dövlət Gömrük Komitəsinə kök salmaları ölkənin milli təhlükəsizliyinə böyük təhdid yaradır
Marka.az saytı Nurçuların Azərbaycanda fəaliyyəti ilə bağlı araşdırma aparıb. Həmin yazını sizə təqdim edirik:
Bir neçə müddətdir ki, Azərbaycan mediasının gündəmini zəbt edən əsas mövzu nurçularla bağlıdır.
Jurnalistlər tərəfindən aparılan araşdırmaların nəticəsində ortaya çıxan faktlar deməyə əsas verir ki, Fətullah Gülənin "Hizmət" hərəkatının üzvü olan nurçu təriqətli insanlar bu gün ölkəmizin dövlət aparatında mühüm vəzifələrə yiyələnməklə, öz məkrli məqsədlərini həyata keçirməkdədirlər.
Bir müddət əvvəl isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Fətullah Gülənin əsas adamı sayılan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov işdən qovuldu.
Lakin aparılan tədqiqatlar, həmçinin özəl mənbələrdən daxil olan məlumatlar belə deməyə əsas verir ki, nurçular təkcə Prezident Administrasiyasında deyil, həm də dövlətin mühüm qurumlarında, tanınmış dövlət xadimlərinin ətrafında özlərinə yer tutublar.
Belə ki, özəl mənbələrdən daxil olan məlumatlara görə, nurçuların güclü mövqelərə sahib olduğu bir qurum da Dövlət Gömrük Komitəsidir.
Məlumata görə, bu təriqətin Dövlət Gömrük Komitəsində (DGK) əsas nümayəndəsi Bakı Baş Gömrük İdarəsinin rəsi müavini Elçin Şirinovdur və o, artıq uzun müddətdir ki, Fətullah Gülənin "Hizmət" hərəkatına xidmət edir.
O, tutduğu vəzifədə həyata keçirdiyi bütün işləri məhz imamı saydığı Gülənlə razılaşdırır, bundan başqa, Azərbaycan gömrüyündən keçərək ölkəyə daxil olan bütün məhsullar, mallar barədə öz ağasını vaxtı-vaxtında məlumatlandırır.
Diqqətəlayiq bir məqam da ondan ibarətdir ki, Elçin Şirinov tutduğu vəzifədə daha ehtiyatlı hərəkət edir, mətbuata qarşı gizli qalmağa üstünlük verir. Bütün işlərini məxfi şəkildə həyata keçirir və ağası Gülənlə də gizli əlaqə qurur. O, tutduğu mühüm vəzifədən istifadə etməklə əldə etdiyi külli-miqdarda maliyyə vəsaitlərini Fətullah Gülənin "Hizmət" hərəkatının balansına köçürür.
Nurçuların Azərbaycanın mühüm dövlət qurumlarından olan Dövlət Gömrük Komitəsinə kök salmaları ölkənin milli təhlükəsizliyinə böyük təhdid yaradır.
Bu məsələdə digər vacib məqamı da qeyd etmək lazımdır.
Bildiyimiz kimi, uzun illər ərzində Azərbaycanın Dövlət Gömrük Komitəsinə hazırda fövqəladə hallar naziri postunu tutan Kəmaləddin Heydərov rəhbərlik edib.
Bir neçə il əvvəl Gömrük Komitəsinin sədri vəzifəsindən çıxarılaraq, yeni yaradılan Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin olunan Kəmaləddin Heydərov bununla belə, əsas gəlirlərinin daxil olduğu komitəni də nəzarətdən çıxarmayıb.
DGK-nin rəhbəri vəzifəsinə öz adamı saydığı Aydın Əliyevi gətirən nazir Heydərov bu günədək ölkədə Dövlət Gömrük Komitəsinin qeyri-rəsmi rəhbəri kimi tanınır. Gömrük komitəsində, eləcə də komitəyə daxil olan bütün strukturlarda kadr dəyişikliyi fövqəlnazirin birbaşa göstərişi ilə həyata keçirilir.
Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elçin Şirinovun nurçularla sıx əlaqədə olan bir şəxs kimi hallanması isə artıq Fətullah Gülənin adanları sayılan "fövqəlnazirin" ətrafında da özlərinə yer tutmasından danışmağa əsas verir.
Bundan başqa, qeyd edək son zamanlar mediaya sızılan məlumatlara görə, Fövqəladə Hallar Nazirliyinin tərkibindəki hərbiləşdirilmiş strukturların daxilində bir sıra yüksək vəzifələrə nurçu təriqətinə mənsub şəxslər sahib olublar və hərbi spesifikasiyanı nəzərə alaraq, bu qüvvələr ölkədəki sabitliyə və dövlətçiliyə çox ciddi təhlükə yarada bilərlər.
Daxil olan məlumatlara görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyi, nəzarətinə daxil olan Dövlət Gömrük Komitəsində nurçuların güclü mövqelərə yiyələnmələri barədə siqnallar alsa da, onlara qarşı hər hansı bir tədbir görməkdən çəkinir.
Bu istiqamətdə araşdırmaları davam etdirəcəyik.
interpress.az

Комментариев нет:
Отправить комментарий