Moskvanın ev dəllalı tərəfindən mərhum həyat yoldaşının mənzili mənimsənilən Sədaqət Kamal Rusiya prezidentinə müraciət edib
Rusiya prezidenti Vladimir Putinin administratorluğundan azərbaycanlı jurnalistə məktub gəldi
ANS PRESS-in məlumatına görə, Rusiyada dünyasını dəyişən həyat yoldaşının Moskvanın mərkəzindəki mənzilinə sahib çıxa bilməyən Sədaqət Kamalın müraciəti cavabsız qalmayıb.
Keçən il həyat yoldaşını itirən Sədaqət xanım Putinə müraciətinin səbəbini belə açıqladı: "Mən 1985-ci ildən, mərhum həyat yoldaşım Məmmədov Savalan Hüseyn oğlu isə 60-cı illərdən etibarən təhsiliylə bağlı Moskvada məskunlaşdıq. Bizim oğlumuz da Moskvada anadan olub. Oğlumun atasının 1-ci həyat yoldaşı olmuş (nikah 1969-1978) Rusiya vətəndaşının hədəsiylə mən öz Vətənimə - Azərbaycana qayıtmağa məcbur oldum. Lakin biz ayrılmadıq, boşanmadıq. Bir neçə il öncə 72 yaşlı yoldaşımın ağır xəstəliyindən sonra mənə onun boşanma iddiası gəldi. Bunu ev dəllalarının əməli olduğunu anladım və iddiaya rəsmi surətdə etiraz etdim. Bildirdim ki, məqsəd bizi boşatdırdıqdan sonra onun ölümünə nail olmaqdır. Çünki Rusiyada belə hallar tez-tez baş verir, tənha insanların mənzilləri ev dəllaları tərəfindən mənimsənilir. Hüquq mühafizə orqanlarına bu xüsusda müraciət etdim. Düz demişdim. 2012-ci ilin noyabrında ölən yoldaşımın ölümü məndən gizlədildi. Mənzilə etdiyim zənglərə cavab almadığıma görə prokurorluğa müraciətimə cavab gəlmədi. Mənzil kommunal olduğu üçün qonşu da mənə cavab verə bilərdi. Lakin məqsəd yoldaşımın ölümünü gizlətmək idi. Bu ilin aprelində Moskvaya yollandım. Məni mənzilimə buraxmadılar. Notariusda mənə məlum olmayan vərəsəlik işı açılıb, hüquq mühafizə orqanları tərəfindən saxta sənədlər tərtib olunub ki, mərhum yoldaşından boşanıb,oğul da onun deyil. Hətta onun basdırıldığı yeri də məndən gizlətdilər. Məcbur olub geri döndüm. Bu günə kimi Moskvadaykən müraciət etdiyim təşkilatlardan lazımı cavab ala bilmirəm. Ancaq öldürülmüş həyat yoldaşımın, mənzilim və orada olan əmlakım, ən vacibi isə şərəf və ləyaqətimin (sənəd tərtib ediblər ki, oğlumun atası deyil mərhum. Məni şantaj edirlər ki, geri çəkil yoxsa bunu da edərik. Bir müsəlman qadınının belə bir ittihamı edə bilənlərdən qorxduğunu bilərək.) uğrunda mübarizəmi dayandırmayacağam. Artıq 1 il tamamdır k, Moskvaya gedib oradakı ev dəllalrından dövlət orqanlarına etdiyim müraciətlər səmərəsiz qalıb. Nəhayət məcbur oldum ki, şikayətimi şəxsən ölkə başçısına edim. Qeyd edim ki, nəticəsi məni təəccübləndirdi və həm də sevindirdi. Rusiya prezidenti Putinə yazdığım şikayət ərizəsinə dərhal cavab aldım. Ümid edirəm ki, müraciətlərimin nəticəsi müsbət olacaq. Moskvada ev dəllaları ilə əlbir olub saxta sənədlər tərtib edən özbaşına məmurlar cəzalandırılacaqlarmı? Hələ bu, sual altındadır. Fakt isə odur ki.mən haqqımın tapdalanmasına heç vaxt yol verməmişəm və bu xüsusda mübarizəmdən məni heç bir qüvvə yayındıra bilməyib."
Комментариев нет:
Отправить комментарий