02.06.2014

Amerikalı senator Bəşşar Əsədə məktub yazdı


Amerika senatoru: "Suriyalıları xilas edən Suriya Ərəb Ordusu və Hava Qüvvələrinə dərin minnətdarlığımı bildirirəm"

“Mən xarici cihadçılar tərəfindən qaçırılan, cəzalandırılan, öldürülən dini azlıqlar da daxil olmaqla, bütün vətənpərvər suriyalıları müdafiə edən Suriya Ərəb ordusuna və Hava Qüvvələrinə şəxsi təşəkkürümü bildirirəm. Mən aldadılaraq cihadçıları dəstəkləməyə sövq edilən amerikalıların necə böyük əziyyət çəkdiyini izah edə bilmirəm. Ancaq mən onu bilirəm ki, əksər ABŞ rəsmiləri, təlim keçmiş və müasir silahlarla təchiz edilmiş terrorçuların İordaniya Krallığı və Türkiyə sərhədindən ölkənizə keçməsinə razı deyillər”.  


Hörmətli Prezident Əl-Əsəd

Mən Qalamun döyüşlərində xristianları qəhrəmanca xilas edən Suriya Ərəb Ordusuna dərin təşəkkürümü bildirmək istəyirəm. Mən xüsusi ilə, aylarca terrorist-cihadçılar tərəfindən əsr saxlanılan xristianları və digər suriyalıları xilas edən Suriya Ərəb Ordusu və Hava Qüvvələrinə dərin minnətdarlığımı bildirirəm. Yabrud ərazisində cihadçılar tərəfindən insani qalxan kimi istifadə edilən 133 nəfərin xilas edilməsi məndə bu şərəfli ordu haqqında dərin təəssürat oyatdı.
Aydındır ki, Suriyada müharibə Əl-Qaida ilə əlaqəli olan cinayətkarlar tərəfindən aparılırdı. Bunlara Əl-Nusra cəbhəsi və "İraq-Şam İslam Dövləti" (İŞİD) kimi  qruplaşmalar daxildir. Onlar fəxrlə müharibə əsrlərinin, keşişlərin və digər sivillərin öldürülməsi, başlarının kəsilməsi və hətta kannibalizm kimi videoları You Tube portalına yerləşdirirlər. Keçən ay Əl-Nusra cəbhəsinin yerləşdirdiyi videoda  14 yaşlı uşağı boğazından və ağzından vuraraq öldürür, onlar həmin uşağın anasını da bunu izləməyə məcbur edirlər. Sivil bir xalqın belə qanlı cinayətkarların fəaliyyətinə göz yummasını anlamaq çox çətindir.
Aydındır ki, Suriya xalqı pul ilə vuruşdurulan bu xarici silahlıları öz ölkəsində görməkdən yorulub. Sizin xalqınız günahsız suriyalılara təcavüz etmək və onları qətl etmək üçün gələn bu cihadçıların işlədiyi cinayətlərdən çox əzab-əziyyət çəkib. Ancaq, hətta bu gün qərb mediası da etiraf edir ki, Suriyada üsyançılar müharibədə məğlub olublar.
Bu günə qədər çox az amerikalı başa düşür ki, Suriyadakı üsyançılara rəhbərlik edən bizim keçmiş düşmənimizdir – Əl Qaida. Onlar bilmirlər ki, sizin düşmənləriniz də 2001-ci il 11 sentayabr cinayətini işləyən və 3000 nəfərin ölümü ilə nəticələnən terror aktını edənlərə sadiqdirlər.  Bu gün Əl Qaida ilə əlaqəli qruplar burada günahsız sivilləri öldürdüyü kimi, sizin ölkənizdə də bombalı intihar hücumları ilə köməksiz qadınları və uşaqları qətlə yetirirlər.
Paytaxt Dəməşqin işğalı  və şəhər üzərində qorxunc qara rənqli Əl Qaida bayrağının dalğalanması savaşın ən pis nəticəsi olardı. Məhz bu səbəbə görə də, onlara ən müasir silahların verilməsi rədd edildi. Hərbi planlaşdırıcılar bu cihadçıların çox yalançı və güvənilməz olduğunu bilirlər. Onların bu silahları bir gün sivillər üzərinə tuşlamayacağına heç kim zəmanət verə bilməz. Onlara 400 MANPADS silahlarının verilməsi əsl dəlilikdir. Siz bütün xristianları və Dəməşqdəki kiçik yəhudi icmasını müdafiə edərək atanızın izlədiyi siyasi xətti davam etdirirsiz. Siz kilsələri və yəhudi sinaqoqunu müdafiə etdiniz və siz bütün dini icmalara öz ibadətlərində hər bir azadlığı təmin etmisiz. Mən buna görə sizə çox minnətdaram.
Əksinə olaraq, üsyançılar işğal etdiyi hər yerdə əsl qatil və vandal kimi davrandılar. Onlar günahsız insanlara təcavüz etdilər, onları qaçırdılar və başlarını kəsdilər. Onlar kilsələrə qarşı çox böyük hötmətsizlik etdilər. Bu terrorçular xristianlar və yəhudiləri aşağılayaraq onlar üzərinə nifrət oyandıran vergi qoyurdular. Mən dua edirəm ki, Suriya Ərəb Ordusu bu cihadçıları tamamilə ölkədən təmizləyəcək və əvvəlki kimi bütün dini azlıqlar Suriyada sülh içində yaşayacaqlar. 
Dua edirəm ki, Suriya silahlı qüvvələri terrorçulara qarşı müharibədə qeyri-adi cəsarət və şərət nümayiş etdirməyə davam edəcək. Xahiş edirəm, bütün Suriya xalqını heç bir fərq qoymadan xarici cihadçıların ölüm təhlükəsi ilə üzləşən bütün dini azlıqları müdafiə edən Suriya Ərəb Ordusu və Hava  Qüvvələrinə dərin təşəkkürümü çatdırın. 

Hörmətlə, Virciniya senatoru, Richard H. Black. 

Hazırladı: Sübhan Padarsoy   azadxeber.net

Комментариев нет:

Отправить комментарий