09.06.2014

AVRASİYA BİRLİYİNİN TƏHLÜKƏSİZLİYİ KQB-YƏ TAPŞIRILDI


Bir neçə gün bundan öncə yaradılan Avrasiya İqtisadi İttifaqının təhlükəsizlik və kəşfiyyat orqanlarının fəaliyyəti Rusiyadan idarə olunacaq.
Verilən məlumatına görə, hələlik detalları açıqlanmayan bu qərarla bağlı artıq ekspertlər iddialarla çıxış ediblər.

Onların sözlərinə görə, əsas məqsəd Avrasiya İttifaqına üzv olan ölkələrdə fəaliyyət göstərən müxalif qurumları nəzarət altına almaq və onların Qərblə əlaqələrinə diqqət etməkdir. Aİ təsisçiləri Qərb xüsusi xidmət orqanlarının sözügedən ölkələrin daxilinə sızmaq və dövlətə qarşı hər hansı mübarizənin idarəçiliyini əllərinə almaqdan ehtiyatlanırlar. Belə ehtimal var ki, ABŞ və Qərb açıq mübarizədə bacarmadıqlarını xüsusi xidmət orqanları vasitəsilə həyata keçirmək, Rusiya və müttəfiq ölkələrin müxalifəti vasitəsilə rəqib ölkələri daxildən parçalamaq istəyirlər. Bu ehtimalı (və yaxud kəşfiyyat məlumatını) önləmək üçün artıq Avrasiya İttifaqı tədbirlər görür.
Bir neçə gün bundan öncə Minskidə çıxışında Rusiya Federal Təhlükəsilik Xidmətinin rəhbəri Aleksandr Bortinikov da təşkilata üzv digər ölkələrdə dövlət çevrilişinə cəhd edən şəxslərə qarşı amansız mübarizə aparacaqlarını dilə gətirdi. Analitiklərin fikrincə, bu mesaj Qərbə ünvanlanmışdı və onların planlarından xəbərdar olduqları anlamına gəlirdi.
Avrasiya İttifaqının təhlükəsizlik orqanı fəaliyyətinin Moskvanın məşhur Lubyanki küçəsində cəmləşəcəyi və kəşfiyyat məlumatlarının bir yerə toplanaraq, təhlil ediləcəyi, atılan addımların koordinasiyası nəzərdə tutulur. /axar.az/

Комментариев нет:

Отправить комментарий