04.06.2014

İsrail ordusunun girovu olmuş Zəki Kaya ilə müsahibə

“Mavi Mərmərə” hadisələrindən 4 il ötür, hazırda Türkiyədə məhkəmələr davam edir

İslamazeri.az internet qəzeti Qəzzaya humanitar yardım aparan və İsrail əsgərlərinin hücumuna məruz qalan "Azadlıq Karvanı"nın "Mavi Mərmərə" gəmisində olan Türkiyənin Dənizli vilayətinin sakini ağsaqqal Zəki Kayadır. Qeyd edək ki, Zəki Kaya İsrail əsgərləri tərəfindən Aşdod həbsxanası, sonra Qüds zindanında saxlanılan könüllülərdən biridir. Müsahibəni təqdim edirik.   

- İsrail təcavüzkarlarının hücumu zamanı “Mavi Mərmərə” gəmisində siz də var idiniz. Necə bir hiss idi orada olmaq, orada o hadisələri yaşamaq?   
- Əvvəlcə sizə “Mavi Mərmərə” hadisəsinə göstərdiyiniz həssasiyyətə görə təşəkkür edirəm.
Bildiyiniz kimi, Qəzzada yaşayan məzlum qardaşlarımızı bir az da olsa, maddi və mənəvi dəstəklərimizi vermək üçün biz müsəlmanların üzərinə məsuliyyət və vacibat hasil oldu. İslam Peyğəmbərimiz Həzrəti Məhəmməd (s) bir hədisində qeyd edib ki, “əgər dünyanın bir yerində bir müsəlmanın ayağına tikan belə batarsa, onun ağrısını və acısını bütün müsəlmanlar çəkməlidir.” Mən də “Mavi Mərmərə” gəmisinin bu məqsədlə yola çıxdığını eşitdim və tərəddüdsüz bu mübarək səfərdə iştirak etdim.   

- İşğalçı İsrail rejimin gəmiyə basqını zamanı törətdiyi cinayətləri bizə deyə bilərsinizmi?
- Biz yəhudi-sionist əsgərlərinin gəmiyə müdaxilə edəcəklərini düşünürdük. Amma onların bizi öldürməyə gəldiyini düşünə bilmədik. Çünki biz beynəlxalq sularda yolumuza davam edirdik. Onlar uzaq başı bizi yolumuzdan dayandıracaq və Qəzzaya getməyimizə mane ola bilərdilər. Amma onlar vəhşicəsinə, həmişə olduğu kimi öldürməyə gəlmişdilər. Humanitar yardım gəmisinə həm havadan, həm də dənizdən atəş açdılar. Sanki müharibə edən bir ordu kimi sualtı qayıqlarla, hərbi dəniz qüvvələrinə aid katerlərlə və havadan vertolyotla atəş açdılar. Hadisə zamanı 10 qardaşımız şəhid oldu, yüzdən çox qardaşımız isə yaralandı. Bizə hər cür işgəncə və təhqirlər etdilər. Allahın və mələklərin lənəti sionist, qatil və cani İsrailin üzərinə olsun!  

- “Mavi Mərmərə” hadisəsi ilə əlaqədar olaraq Türkiyədə məhkəmələr oldu. Siz bununla bağlı məhkəmənin verdiyi qərarları necə dəyərləndirirsiniz?
- Sizin də bildiyiniz kimi, məhkəmələr hələ də davam edir. Son məhkəmədə işğalçı İsrail rejiminin 4 komandirinə həbsetmə cəzası verildi. Bu dünyada yəhudi İsrailə verilən tək örnəkdir. Bundan əlavə olaraq, biz haqqımızı beynəlxalq cəza məhkəməsində də müdafiə edirik. Əgər işğalçı İsrail rejimi və onun dostu ABŞ o məhkəmələrə müdaxilə etsə, oradan çətin ki, bir qərar çıxar. Biz haqlıyıq. Ədalətin də haqqın tərəfində olması lazımdır. Amma bu iylənmiş sistemlərdə təəssüf ki, ədalətin haqlının yanında olması deyil, qüvvətlinin yanında olmasını görürük.   

- Bir neçə gün bundan əvvəl sizin də məhkəmələrə dəvət olunduğunuzu eşitdik. Əgər sizin üçün hansısa problemi yoxdursa, məhkəmədə danışdıqlarınız barədə bizlərə məlumat verə bilərsinizmi?

- Bəli mən məhkəmədə ifadəmi belə verdim: “Biz bir yardım gəmisi idik. Məzlumlara ehtiyacı olan dərman və digər preparatları aparırdıq. Üstümüzdə silah yox idi. Onlar bizə xəbərdarlıq etmədən üstümüzə atəş açdılar. Biz onlardan bəzilərinin silahını alıb dənizə atdıq. İstəsəydik onlardan aldığımız silahlarla onlara atəş aça bilərdik. Amma biz onlar kimi qatil və cani deyildik. Bizim bütün əşyalarımız və pullarımızı əlimizdən aldılar. Bizə işgəncə verdilər. Mən bunların cəzalandırılmlarını tələb edirəm!” Dediklərim məhkəmədə verdiyim ifadənin xülasəsidir.   

- Məhkəmə qərarları sizin fikrinizcə Dünya Birliyinə mövzu ilə əlaqədar olaraq hər hansı bir təsir göstərə biləcəkmi?
- Bildiyiniz kimi BMT-də işğalçı İsrail rejimi əleyhinə yüzlərlə qərar qəbul edilib. Amma qərarların heç biri tətbiq olunmayıb. BMT-də ancaq ABŞ-ın sözü keçir. Yəni haqq haqlının yanında deyil, güclünün yanında durur. Ona görə də məhkəmə qərarlarının bir təsirinin olması məncə çətin məsələdir.

- Sizcə Azərbaycanda yaşayan müsəlmanlar azad Fələstin üçün hansı işlər görə bilər? 
- Allaha həmd olsun, azərbaycanlı qardaşlarımız hicab üçün mübarizə aparıb, bəziləri bu yolda zindanda şəhid olub və bir çoxu bu gün hicab uğrunda zindan həyatı yaşayır. Mən bu mübariz qardaşlarımızın Fələstin xalqı üçün də mübarizə aparacağına inanıram. Həmçinin bizim salamlarımızı hicab və bütün islamçı məhbuslarına da çatdırmanızı xahiş edirəm. Çünki bütün müsəlmanlar qardaşdır. Biz maddi və mənəvi bütün dəstəklərimizi bütün məzlum müstəzəflərə vermək məcburiyyətindəyik. Son olaraq, əsrin böyük imamı Ruhulla Musəvi Xomeyninin dediyini qeyd etmək istəyirəm. İmam Xomeyni deyirdi ki, “hər müsəlman bir qab su töksə İsraili sel basar və yox olar.” İsrailsiz bir dünyada və azad Qüdsdə görüşənədək! Allaha əmanət olun!

islamazeri.az

Комментариев нет:

Отправить комментарий