04.06.2014

Luqanskda könüllülər hərbi hissəni ələ keçirdi


Luqansk könüllü  qüvvələrin nümayəndəsi Luqanskda yerləşən hərbi hissəni ələ keçirdiklərini bəyan edib.
Məlumata əsasən, hərbi hissədə olan bütün hərbçilər təslim olub. “Hərbçilərin hamısı təslim olub. Hazırda onları hərbi hissənin təlim meydanında sıraya düzmüşük, onların barəsində hansı addımların atılacağına dair müzakirə aparılır”, deyə mənbə bildirib.

Könüllülərin  sözlərinə görə, əsgərlər arasında çoxlu sayda yaralı var.
Ukrayna Milli Qvardiyasının məlumatına görə, könüllülər arasında 10-dək silahlı yaralanıb, bir neçə nəfəri ölüb.
Qeyd edək ki, bir neçə saat əvvəl 300-dək könüllü ordu Ukrayna Milli Qvardiyasının milis alayını mühasirəyə alaraq hərbçilərdən təslim olmalarını tələb ediblər.  
Ukraynanın rəsmi qurumları hələlik məlumatı təsdiqləməyib. /ahlibeyt.ru/

Комментариев нет:

Отправить комментарий