“İşçilər arasında təbliğat apararkən xüsusilə Azərbaycan cəmiyyətinin əsrlərdir sahib çıxdığı köklü ideoloji məsələlər müxtəlif böhtan və iftiralar altında təhqir olunur”
AzadXeber.net saytının verdiyi xəbərə görə Sumqayıtda yerləşən və şəhər əhalisinin böyük bir hissəsinin çalışdığı “Gilan” Tekstil Parkında vəhhabi əqidəli gənclər tüğyan edir. Müəssisə işçilərinin verdiyi məlumata görə, sayları kifayət qədər olan və müxtəlif növbələrdə işə çıxan vəhhabilərin işləri-gücləri yalnız digər işçilər arasında təbliğat aparmaqdan ibarətdir.
“Təbliğat apararkən xüsusilə Azərbaycan cəmiyyətinin əsrlərdir sahib çıxdığı köklü ideoloji məsələlər müxtəlif böhtan və iftiralar altında təhqir olunur. Telefonlarına topladıqları video və audio materialları digər işçilərin telefonlarına təkidlə köçürürlər. Eyni halda Suriyaya gedərək orada döyüşən azərbaycanlı vəhhabiləri “mücahid” və “şəhid” kimi təqdim etməyə çalışırlar. Düzdür ki, qarşılarını almağa çalışırıq. Lakin saylarının çoxluğu istər-istəməz müəyyən problemlər yaradır. Deyəndə ki, siz vəhhabisiz, onlar bunu da inkar edir və sələfi, əhli-sünə əl–cəmaət olduğunu söyləyirlər. Amma biz çox gözəl bilirik ki, onların sünni məzhəbli qardaşlarımıza heç bir aidiyyəti yoxdur,” – deyə işçilərin verdiyi məlumatda qeyd edilir.
Məlumatda o da qeyd edilir ki, müəssisəsinin rəhbərliyi səviyyəsində problemlə bağlı heç bir qabaqlayıcı tədbir görülmür: ”Ümid edirik ki, aidiyyəti qurumlar və müəssisə rəhbərliyi yaxın zamanlarda gənclərimizin və milli mənəvi dəyərlərimizin məhvinə yönəlik vəhhabi əqidəsinin Sumqayıt kimi böyük şəhərin əsas istehsalat müəssisələrindən birində təbliğinin qarşısını alacaq”. /ahlibeyt.ru/
Комментариев нет:
Отправить комментарий