03.03.2012

Bakcell-ə etiraz edirik!

“N!DA” Vətəndaş Hərəkatından yeni kampaniya: “Bakcell’in “Yapcell” kampaniyasına etiraz edirəm!


Bakcell mobil operatoru hakim Yeni Azərbaycan Partiyası üzvlərinə ayrıca tarif paketi təklif edir. Bu haqda elan “Yeni Azərbaycan” qəzetində yerləşdirilib. Elanda deyilir ki, YAP üzvləri üçün aylıq abunə haqqı 55 qəpik, ölkə daxili zənglərin 1 dəqiqəsi 5 qəpik, partiya üzvləri arasında danışığın qiyməti isə 2 qəpikdir. Digər abonentlər üçün isə standart paketdə bir dəqiqə danışığın qiyməti 8 qəpikdir.

Bakcell bununla “İstehlakçılar haqda” qanunun tələblərini pozub. Şirkətin başqa müştəriləri siyasi diskriminasiyaya məruz qalıblar. Şirkət bu addımı ilə biznes qurumu olmaqdan çıxaraq faktiki olaraq siyasi tərəfə çevrilib. Bu, dövlətin qanunlarının tapdalanmasıdır və hakim partiyanın öz mövqeyindən sui-istifadə edərək biznesini genişləndirdiyini, korrupsiyaya, rüşvətə şərait yaratdığını sübut edir.


N!DA Vətəndaş Hərəkatı olaraq Bakcell mobil operatorunun bu diskriminasiya yaradan hərəkətini pisləyirik. Buna görə də Bakcell mobil operatoruna qarşı vətəndaş etirazı başladırıq. Hamını hər gün saat 19.00-21.00 radələrində Bakcell’in müştəri xidmətinə zəng edərək öz etirazını bildirməyə dəvət edirik!

Комментариев нет:

Отправить комментарий