27.03.2012

ENMƏYİ DƏ VAR


Elman Tovuz


Uyma istisinə yanan ocağın,
Hər odun bir külə dönməyi də var.
Şöləsi üzünə düşən çırağın,
Piltəsi bitəndə sönməyi də var. 


Əzəl nələr olur arzun, amalın!
Zaman dəyişdikcə, dəyişir halın.
Ay ilə yarışa çıxan camalın
Saralmış yarpağa çönməyi də var.

Hələ nə görmüsən, nə çəkib başın!
Hələ sərt üzü var payızın, qışın...
Göylərdə həvəslə şığıyan quşun
Qayıdıb yerlərə enməyi də var.


Tükənər qüvvətin, kəsilər hayın,
Özündən uzağa getməz harayın.
Yağışlı günlərdə kükrəyən çayın
Sısqa bulaq kimi dinməyi də var.


Ay Elman, kim bilər zaman biləni, 
Çəkib yoxuşlara yorma köhləni.
Unutma, həyatın axırda səni
Sınıq araba tək minməyi də var.

Комментариев нет:

Отправить комментарий