28.03.2012

Əhməd müəllim - əsl kənd ziyalısı, bir əli intellektdə, bir əli torpaqda...


Hər Bahar Bayramını qocalarımın və bioloji doğmalarımın yanında keçirməyə üstünlük verirəm. Bu il də elə oldu, fəqət insanlar qəmli, təbiət kədərli, halım sevincli olmadı... Doğmalarımdan - ailədəki 8 bacı-qardaşdan yalnız qonaq gəlmiş böyük qardaşım Rizvan və bacım Ülkər vardı, bir də songəlnimizlə qardaşım balaları Zülfüqar və Ruslana... Qopqoca atam, onu hələ də divanəcəsinə sevən anam (Boynuna aldı ki, indi sinin-yaşın bu vaxtında tək qalmaq çətindir, siz hamınız gedirsiz, kişi yanımda olanda heçolmasa qorxmuram... ), simalarında Bayram sevincindən çox, güzəran acısı yağan qohum-qonşu... Hətta Ana Təbiət də məni öz gizlinləri və gözəllikləri ilə maraqlandıra bilmədi... 2012-ci ilin Mart - Novruzundan yanız bunlar qaldı... 
P.S. Oğlanlarım Ayxan və Nihad üçünsə şellənməyə-sevinməyə əla vürsət oldu. Mənim uşaqlığım isə hətta xoş və şirin xatirələrimə belə qayıtmadı... (((


Aydin Xan Ebilov

Комментариев нет:

Отправить комментарий