29.03.2012

Əsl sevgi haqqında Virtual Sufinin e-düşüncələr...


Aydın Xan Əbilov


Gecikmiş Baharın sevgi etiraflarından... (((


* Öz fikrin olsun: düşüncə insan ruhunun sözüdür!
* Sevgisal bir hal yaşayıram: bəzən illərcə görmədiyim bir kəsi ürəyin istəyir... Belə hallar yəqin adamın ruhu sevgiyə hamilə olanda baş verir...

* Söhbət mənim platonik eşqimdən gedirsə, o sevgini kreativ - yaradıcı nəsnəyə çevirirməyə çalışıram, hər zaman. Bioloji-fiziki deyil, psixoloji-mənəvi-ruhi məhəbbətlə daha çox maraqlanıram və heç marağımda da deyil ki, sevgi subyektim qarşılıqlı hisslərlə mənə məlhəm münasibət bəsləyir, ya yox...
* Hər Bahar əvvəlcə bayramı, sonra təbiəti, göyü-günəşi, ardıyca da dənizi, dağları, meşələri, heyvan və quşları, ağac və çiçəklərii sevirəm, ən sonda isə sevgimi toparlayıb insanlara eşq bəsləyirəm ruhumda...
* Sakitcə yaşamaq mümkün olmadığı kimi, səssizcə də sevmək olmur: odur sevgi lirikası, eşq dastanları, məhəbbət romanları, intim mahnılar yaranır... 
* Hər eşq oyunundan sonra ruh ağacımın yaddaş budaqlarında sevgi quşu məhəbbət yuvası qurur. O yuvaların bəzilərinin içində seviş, bir çoxunda kədər, qəm və ya sevinc, bir neçəsində nifrət, əksəriyyətində kədər, ya da sadəcə xoş xatirələr balalayır o sevgi quşu...
* Məni qınamağa tələsməyin: sevdiyim hər kəsin ruhuna bir eşq toxumunu basdırıam: bəziləri məhəbbət gülü, digərləri isə nifrət qanqalı cüyərdir ondan...
P.S. İstədiyim şəxsi sevə bilərəm, özü də məhəbbətdə öz ruhuma heç bir qadağa qoyammaram: sadəcə bu eşqlərin də cinsi olur məndə - kişilərə sıx dostluq, xanımlara isə... özünüz başa düşürsüz də... )))
Sevgi bir div, udar səni də, məni də...


Virtual sevgilərimə... )))


Bizdə eşqi dilə gətirməzlər, mələyim,
Onu baxışlarımdan oxu, 
təbəssümümdən sez...


Mən sənə SEVİRƏM demədim,
Onu ruhumdan qapaydın,
gülüşümdən oğurlayaydın...


İstəyimi ilk görüşdəcə ovcumdakı əllərin
Məhəbbət tərindən anlamadı?
Nəfəsimin hərarətindən duymadımı?


Səsiz axan zaman sevgimizə şahid,
Həyat da sevinərdi yerimizə,
Ətrafdakıların tənəsi bəs etmirdimi?


Sevgi kəlməsiz də dillimiz topuq çalardı,
Bəyaz siman öpüşdən allananda,
Baxışlar süzüləndə, dizlər əsəndə, sanmadınmı?


Sevgi bir div, hamı kimi bizi də udur,
Əksər vaxtlarda olduğu kimi,
Kimlərisə sonradan geri qaytarır, həzm etmir...


İndi mən sənə necə sübut edim ki,
Hər zaman sevmişəm divanətək səni
Bəlkə də qəmli ayrılığımız sevgimə şahiddir?..

Комментариев нет:

Отправить комментарий