Hal-hazırda İsveçdə yaşayan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şahin Tağıyevin “vətəninfo”-ya müsahibəsi
- Şahin bəy, Siz bu günlərdə media verdiyiniz açıqlamada eks-spiker Rəsul Quliyevi 3000 min əsgərimizi Kəlbəcərdə məhv etməkdə ittiham etmisiniz. Bu, kifayyət qədər ağır ittihamdır. Sizin əlinizdə bu haqda dəlil və sübut varmı?
- İlk öncə onu bildirim ki, Qış əməliyyatının başlanılmasında mətbuatda dediyim kimi, Rəsul Quliyevin üzərinə böyük məsuliyyət düşür və onun bu hadisələrin baş verməsində çox səhvləri olub. Bu uğursuz əməliyyatın cəzasını çəkənlərdən biri də, Qarabağ döyüşlərinin komandiri Gəray Əsədovdur.
Sonradan bu hadisələrə görə günahsız olaraq, həbs edilən Gərəy Əsədovu İsa Sadıqov və Tacəddin Mehdiyev həbsdən azad etdiriblər. İstintaq sübut etdi ki, Gərah Əsədovun günahı yoxdur.
Bu haqda geniş məlumatım qələmə aldığım xatirələrimlə bağlı kitabımda özü əksini tapacaq. Bir şeyi qeyd edib ki, o zaman Rəsul Quliyev özünü hakimiyyətə yaxşı göstərmək üçün bunları edirdi və maraqlarına uyğun addımlar atırdı. Amma, nəticədə millətimizin qeyrətli və qəhrəman oğulları şəhid oldu. Sizə bir misal çəkəcəm, 1991-ci ildə Rəsul Quliyev Ali Sovetdə Azərbaycanın müstəqilliyi ilə bağlı qanun aktı səsə qoyulan zaman, o bitərəf qalmışdı.
- Digər bir ittihamınız OMON hadisələri ilə bağlıdır. Sizcə, bu hadisələrin baş verməsində Rəsul Quliyevin nə qədər rolu var?
- OMON hadisələrinin başında duran əsas adam Rəsul Quliyevin özü idi. Rəsul Quliyev yazır ki, hökümətdəkilər Rövşən Cavadovdan qorxurdu. Bəli, OMON-dan elə Rəsul Quliyevin özü qorxurdu və çünki, OMON onun cinayətlərini qarşısını alırdı. Fikir verirsinizsə, çəkilişlərin birində Rəsul Quliyev Rövşən Cavadovu prezident sarayına daxil olmağa qoymur və özünü o zamankı rəhbərliyə göstərirdi. Amma konkret olaraq, Rəsul Quliyevlə OMON arasında olan məsələ onun mis ticarəti ilə başladı. OMON onun xaricə çıxarılacaq mis maşınlarını tuturdu və geri qaytarırdılar. OMON-çular imkan vermirdilər ki, onlar misi xaricə çıxartsınlar. Qısa olaraq onu demək istəyirəm ki, Rəsul Quliyev mis ticarətinə görə, OMON-u qurban verdi və hadisələr bu səviyyəyə qədər gəlib çatdı.
- Siz, Rəsul Quliyevin yaratdığı hərəkatı hansı səbəblərə görə, prespektivsiz bir qurum olaraq görürsünüz?
- Mən təəccüblənirəm ki, bu insanlar necə və hansı səbəblərə görə, Rəsul Quliyevə inanırar. Yuxarıda qeyd etdiyim məsələlər onun siyasi obrazını formalaşdırır. Sual edirəm, gedib Əli İnsanovun yanına adam göndərib, onunla görüşməyə səni nələr məcbur edir. Bu məsələlərdən hər şey aydın olur. Əgər, o özünü demokrat sayırsa biraz fikirləşsə, onun üçün daha yaxşı olar. İctimai Palatada kifayyət qədər savadlı gənclər, ziyalılarımız fəaliyyət göstərirlər. Onun yaratdığı hərəkat mənasız və heç bir təsir imkanlarına malik olmayan bir qurumdur.
Söhbətləşdi: Elnur Eltürk

Комментариев нет:
Отправить комментарий