24.03.2012

Şor-biznesimizdə yorğalıq

гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),песочница,epic FAIL,рок звезда
Ancaq bizdə oxuyun!

Sofya Sadıqlı yenə Azərbaycan şor-biznesindən yazdı!

Şouxanamızın Polat Əlamdarı- Faiq Ağayev

Bu günlərdə şouxanamızın bottokslu müğənnisi Faiq Ağayev burda otura-otura Türkiyəyə etiraz notası göndərib. Notanın sözləri üç sözdən ibarət olsa da hədəfə çox möhkəm dəyib. Faiq Türkiyənin erməni əsilli müğənnisi Sezen Aksuya etiraz edib. Bundan ötrü qaşlarını xüsusi olaraq göylərə qaldırıb və şəkil də çəkdirib. 

Yəni bu nota haqqında yazıyla vermək üçün çəkilmiş şəklin sizlərə ekskluziv çatdırmasıdır. Yəni Faiq elə bir manısdır ki, əsl Polat Əlamdar kimidir. Əslində Faiq bizim şouxanamızın Polat Əlamdarıdır və mən onun Polatlığı ilə fəxr edirəm. ta gəldim ki sizə deyim Faiq burden Türkiyəyə, erməni əsilli və erməni sifətli Sezen Aksuna bir nota göndərib. Notada bu üç söz var: “Etmə də, Sezen...”. Vəssalam. İndi deyir, ermənilər ha çalışır ki bir şey əldə etsinlər amma alınmır. Yəni Sezen Faiqin bu notasından necə stress keçiribsə and içib erməni sifətinə ki, özünü öldürəcək. Amma bu sallaq dodaq Sezen gözləyir ki Polat Əlamdarın dünyanın yarsını qıran tapançasını ələ keçirib özünü məhz onunla vursun. Bütün bu çaxnaşmaya səbəb də Sezen Aksunun xalq mahnımız olan “Sarı gəlin”I erməni dilində oxuması olub. O, “Kök” adlı albomunda “Sarı gəlin”I erməni dilində ifa etdiyini deyib. Albomda yer alacaq mahnıların əksəriyyətini Sezen Aksu erməni xoru ilə birlikdə ifa edəcək. Sezenin bu qərarı Azərbaycan manıslarının narazılığına səbəb olub. İndi bu manıslarımız etiraz əlaməti olaraq toylarda “Oyna, ay xalam qızı!” mahnsını ifa etməyəcəklər. Manıs arvadlar da “Əmim oğlu” mahnısından imtina edəcəklər. İndi ölsün Sezen Aksu. Ona hələ bu da azdır. Faiq Ağayev, yəni bizim şouxanamızın Polat Əlamdarı Sezeni lap partlatmaq üçün hələ bir az da qabağa gedərək deyib: “Məndə olan məlumata görə, Sezen Aksu erməni əsillidir. Əsl adı Suzannadır”. Allah ölənlərinə irəhmət eləsin, bunu bir saatdır de dana. Mıs, mıs deyincə elə sözünün Mustafasını de.

Nazpərinin görməmişliyi

Deyirəm, varlı olmağnan, dünyanı gəzməynən dünyagörüşü formalaşmır. Dünya görüşü oxumaqla, elmlə formalaşır. Bizim şouxanamızın bəzi ulduzcuqları var ki, pula pul demirlər. Amma ağızlarnı açıb danışanda adamı bir ürək bulanması tutur ki, bilmirsən hara qaçasan. 8 Mart günü Nazpəri Dostəliyeva oğlanlarından aldığı hədiyyə haqqında dərhal produsserini məlumatlandırıb ki, o, da səviyyəsiz xəbər saytlarına bu barədə müfəssəl məlumat verib. Axı kimə nə dəxli var Nazpərinin oğlunun ona neçə ədəd gül almasının. Xəbər saytı isə bu məlumatı baş xəbər kimi verir: “Estrada müğənnisi Nazpəri Dostəliyevaya 8 Mart Beynəlxalq Qadınlar Günündə orijinal gül buketi hədiyyə edilib. Bu barədə məlumatı sənətkarın meneceri Mikayıl Hüseynovdan aldıq: “Bir saat öncə Nazpəri xanımın oğlanları ona 501 qırmızı qızıl güllərdən buket bağışladılar. Açığı, oğlanlarından həmişə sürpriz hədiyyələr aldığı üçün bu hədiyyə heç də təəccüblü deyil. Sadəcə, nə üçün güllərin sayının o qədər olduğunu deməkdə çətinlik çəkir. Yəqin, sürprizin məğzi bayram süfrəsi arxasında əyləşəcəkləri zaman açıqlanar”.

гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),обезьяна,горилла,велосипед,трюк,циркачQocalıqda yorğalıq...

Qoca vaxtına qədər manıslıq edib, amma hələ də əməkdar artist kimi dəhşətli ad daşıyan Firuzə İbadova seksi pozada çəkdirdiyi şəklinin altında qəribə xəbər yerləşdirib: “Azərbaycan şou-biznesində özlərini ulduz kimi təqdim edən müğənnilər qalmaqalla gündəmə gəlirlər. Bəzi həmkarlarım özlərini güclə camaatın gözünə soxurlar. Ancaq bilmirlər ki, xalqın gözü tərəzidir. Onu da deyə bilərəm ki, musiqidən başı çıxmayan insanların vaxtına çox az qalıb. Onlara məsləhət görərdim ki, özlərini yormasınlar”. Maraqlıdır, belə yerdə deyiblər də “Utanmasan oynamağa nə var ki”. İndi bu Firuzə də bu yaşında silikonlarından, bootoksundan utanmır, qalxıb hələ xalq dərs də keçir.

иди сюда,песочница,гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),милая девушкаAygün Kazımova kişisiz qalıb

Şouxanamızın əsas ulduzu Aygün Kazımova 8 Martda xoşbəxt ola bilməyib. İfaçı bayram axşamı tanışlarından birinin ad günündə iştirak edəcəyini deyib: “Orada yalnız qadınlar olacaq. Bu bayramı ilk dəfə yalnız qadınların əhatəsində keçirəcəyəm. Özümə də maraqlıdır, görəsən, kişilərin olmayacağı məclisdə necə əylənəcəyik?”.
Amma bu bir günlük “matəmi” aşırmaq da olar prinsipcə. Çünki Aygünün qarşısında diz çökənlər, ona bənzəmək istəyənlər dayanmadan artır. Buna da deyəsən fanat ordusu deyirlər. Safura Əlizadə də özünü Aygünə bənzətdiyini axır ki etiraf edib. Hər nə olsa, səsi olmasa belə Aygünün münsif olduğu “Yeni Ulduz” müsabiqəsində hər dəqiqə ondan tərif eşitdiyini unutmur e, bu Səfurə. Yəni Aygünün hesabına irəli getdiyini, tanındığını indi ona belə qaytarır. Bu günlərdə onların hər ikisi birgə Moskva səfərində olub: “Aygün Kazımova o zamandan, söz verdiyi kimi, mənə hər zaman dəstək olur. Bizi nəinki iki sənətçi, iki dost telləri bağlayır. Məsləhəti əsirgəmir. Moskvada da mənə böyüklük elədi. Ona görə də Aygün xanım olan yerdə özümü daha rahat hiss edirəm. Bir də mən özümü Aygün xanımın davamçısı hesab edirəm. İnanıram ki, bu sözü doğrulda biləcəm”. Lütfən, Səfurə ilk gündən Aygün xanımın davamçısı olduğunu ifasında əks etdirə bilməsə də yarıçılpaq geyimlərində yaxşıca vurğulaya bildi.

Axır ki…

Axır ki, şouxanamızda bir baxanda ürəyi açan nəyəsə rast gəldik. Bu isə Elşad Xose ilə Oksana cütlüyüdür. Bir-birlərini əsl aşiqlər kimi sevən bu cütlük hər fədakarlığa dözərək evlənəcəkləri günü artıq bəlli ediblər.
Toyuna sayılı günləri qalan reper Elşad Xose sevdiyi xanım rəqqasə Oksana Rəsulovaya nikah üzüyü hədiyyə edib.
Oksana üzükdən çox razı qalıb və deyib ki, bu, Elşadla məhəbbətinin ülvü rəmzinə çevriləcək. Bundan başqa, Elşad 8 Mart qadınlar günü münasibəti ilə Oksanaya 23 sayda qırmızı qızılgül bağışlayıb: “Elşadla qərar verdik ki, üzüyü 8 Martdan iki gün əvvəl alaq. Vaxt məhdudiyyətimiz olduğundan belə etdik. Bu səhər isə mənə çoxlu qızılgül bağışladı. Biz biri-birimizi dost kimi tanımışıq və bu münasibət iki il davam edib. Sonra dostluq sevgiyə çevrildi. Düzdür, sevgimiz hədsiz və qarşılıqlıdır, amma romantik yemək süfrəsi, şamlar və bu kimi romantikalara bağlı insan deyilik. Söz olaraq isə gerçək hisslərimizi ifadə edə bilirik”. Bir sözlə ağıllı və realist cütlükdür, xoşbəxt olsunlar.
гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),убивашка,hugo,Лучшее 
Sofya Sadıqlı

Комментариев нет:

Отправить комментарий