07.04.2012

Bu sevgidən nə qalacaq görəsən?


Xatirə Xatun


Gəldik çatdiq bu sevdanin sonuna
Bu sevgidən nə qalacaq görəsən?
Bu sevdanin əvvəli nə ,sonu nə
Bu sevgidən nə qalacaq görəsən?


Odu sönməz,dolansa ay ,il--qalar
Çay qurusa yatağinda lil qalar,
Ocaq sönsə,əvəzində kül qalar--
Bu sevgidən nə qalacaq görəsən?


Bu oyundu -uduzanı ,udanı,
(Var cığalı, aldadanı ,atanı)
Bu dəryadi -boğulanı, batanı
Necə bölək sənə, mənə çatanı 
Bu sevgidən nə qalacaq görəsən?

Enişi var ,yoxuşu var bu yolun
Güllü yazi ,sərt qişi var bu yolun
Ən sonunda göz yaşi var bu yolun
Bu sevgidən nə qaıacaq görəsən?


Pozammadiq tale bizə yazani 
Tez yetişdi esqimizin xəzani
Hey gəzirəm bu yuxunu yozani
Bu sevgidən nə qalacaq görəsən?

Комментариев нет:

Отправить комментарий