Elçin Bayramlı
Tərkibində xərçəng yaradan maddə olan "Coca-Cola"
İçkiləri ilə insanlar uzun illərdir zəhərlənirlərmiş
"Baku Coca-Cola Bottlers Ltd" şirkəti istehsal etdiyi məhsulların tərkibini açıqlamaqdan israrla yayınmaqda davam edir. Bu səbəbdən də, şirkətnin ölkəmizdə istehsal etdiyi "Coca-Cola" "Fanta", "Sprite", "Freska", "Bonaqua" içkilərinin tərkibi barədə əldə heç bir informasiya yoxdur.
ZƏRURİ QEYD- ABŞ-ın Kaliforniya ştat məhkəməsinin bir neçə gün öncə qəbul etdiyi qərarına görə, "Coca Cola" və "Pepsi Cola" içkilərinin tərkibindəki karamel boyasında olan "5-metilimidazol" maddəsi insan orqanizmi üçün çox təhlükəli maddə, yəni kanserogendir.
Qeyd edək ki, ABŞ-ın Elmin Uğurlarının Cəmiyyətin Maraqları üçün İstifadə Cəmiyyəti ötən ilin fevralından bəri ammonium-sulfat tərkibli karamel boyalarından istifadənin yasaqlanmasına çalışır. Xərçəng xəstəliyi yaradan bu maddədən istifadə "cola" həvəskarlarını dəhşətli təhlükə altına qoyub.
Pembertonun resepti başqa cür imiş?
Əldə olan məlumatlardan görünür ki, rəhmətlik Pembertonun "Coca-Cola"sının tərkibi özünün icad etdiyi "Coca", Afrika qozu "Cola"nın ekstraktından, müxtəlif efir yağlarının qarışığından, sudan və karbon qazından ibarət olub.
Göründüyü kimi ən azı, yaranış mərhələsində "Coca-Cola"-nın resepti heç kimə sirr olmayıb. Bu halda məntiqi sual yaranır: Bəs indi nə üçün bu, insanlardan gizlədilir?! Məhz bu məqam haqlı şübhələrin baş qaldırmasında həlledici rol oynayır və böyük ehtimalla düşünmək olar ki, indiki "Coca-Cola" ilə Pembertonun "Coca-Cola"sının reseptləri arasında ciddi fərqlər var! Əcəba, bu fərq nədən ibarət ola bilər?
İçkinin tarixçəsindən görünür ki, onun bütün "sirri" məhz Pembertonun "icad" etdiyi "Coca" komponentindədir. Şübhə yoxdur ki, günümüzə gəlib çatana qədər bu komponentin tərkibi ciddi dəyişikliyə uğrayıb və bu, heç də içkinin keyfiyyətinin yaxşılaşmasına və sanitariya-tibbi təhlükəsizliyinin möhkəmlənməsinə xidmət etmir!
Belə düşünməyə dolayı əsaslar var. Məsələn, bəllidir ki, ərzaq sənayesində işlədilən təbii qida xammalları, son illər geniş tətbiq olunan sintetik xammallardan xeyli bahadır ki, istifadə edildiyi halda məhsulun maya dəyərinin xeyli yüksəlməsinə gətirib çıxarır.
"Coca-cola"nın təhlükəli sirri
Günümüzdə "Coca-Cola" əmtəə nişanlı içki dünyanın əksər ölkələrində istehsal olunur. Maraqlıdır, görəsən, planetimizdə nə qədər "Cola" ağacı bitməlidir, onların "şirə çıxımı" hansı məhsuldarlıqda olmalıdır ki, hazırkı qlobal istehsal həcmini təmin edə bilsin?!
Hazırda Yer kürəsinin əksər bölgələrində gecə-gündüz, sayı-hesabı bilinməyən "Coca-cola" "çay"ı axır! Görəsən, bu transmilli şirkət fantastik həcmdə "Cola" şirəsini haradan alır?! Belə məlum olur ki, hazırda "Cola" ekstraktı da sintetik komponentlərlə və ya genetik modifikasiya edilmiş, yəni, gen mühəndisliyi üsulu ilə yaradılmış bitkilərin "şirəsi" ilə əvəzlənib!
Bununla bağlı bir sıra faktlar mövcuddur. Məsələn, "Qrinpis USA" şirkəti tərəfindən istehsal prosesində genetik modifikasiyalı inqridiyentlərdən istifadə edən şirkətlərin siyahısında "Coca-Cola", "Pepsi-Cola" istehsal edən şirkətlərin də adları var.
"Соса-Соla"nın tərkibində gizli kompanentin olmasını firma özü də gizlətmirdi. Məhsulun etiketində şəkər, fosfat turşusu, kafein, karamel və karbonatdan başqa bugünə qədər naməlum olan bir maddənin də varlığı qeyd olunur.
Aparılan araşdırmalardan bəlli olub ki, bu ekstrakt təbii "karmin" boyası və ya "koşenil" ərzaq əlavəsidir. "Koşenil" əlavəsi qırmızı boya böcəyindən əldə edilir. Yeyinti sənayesində onu karmin turşusu da adlandırırlar və E-120 beynəlxalq indeksi ilə tanınır.
Psixoloji reklam təcavüzü
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da "Coca-cola" özünün ənənəvi aqressiv reklam siyasətini bütün gücü ilə davam etdirməkdədir. Maraqlı bir nüans da bu reklamların əsasən gənc auditoriyaya ünvanlanmasıdır.
Adi halda ağlı başında olan normal şəxs tərkibini bilmədiyi şübhəli mayeyə pul verməz və onu içməz! Lakin, gənclərin və yeniyetmələrin bilik səviyyəsi, həyat təcrübəsi az olduğundan bu kateqoriya hədəf qrupu kimi seçilib.
Mili genefondumuza ağır zərbələr vuran "Coca-cola", Pepsi-cola və s. bu kimi içkilərdən imtina etməyə əsas verə biləcək faktlar indiyədək də az olmayıb. "Cola" içkilərinin qatı paraşokdan və süni kimyəvi maddədən hazırlandığını şirkətin Bakıdakı zavodunda çalışanlar da təsdiq edir.
Fakt odur ki, ustalar paslanmış vintləri açmaq üçün üzərinə "Coca-Cola" və "Pesi-Cola" tökürlər. Bir fincan "cola"nın içərisinə atılmış ətin 5-10 dəqiqədən sonra nə hala gəldiyini görmək üçün uzağa getmək lazım deyil. Lakin, ölkəmizdə hətta öz körpələrinə bəh-bəhlə "cola" içirdən valideynlərə çox rast gəlirik...
"Cola" içkilərinin gizli missiyası var?
Son araşdırmalara görə, "Coca-cola"nın mütamadi istifadəsi zəiflik və əzələlərin iflic olmasına da səbəb olur. Belə ki, İngiltərə xəstəxanalarının birində aparılan araşdırma nəticəsində "Coca-cola"dan istifadə edən şəxslərin qanında potasium maddəsi aşkar edilib. Həkimlər qanda potasiumun əmələ gəlməsinə səbəb olan sözügedən içkinin insan bədəninə bir çox mənfi təsirlərinin olduğunu sübut etdiklərini bildiriblər.
Araşdırmada iştirak edən mütəxəssislər 4-5 litr "Coca-cola" içən avstraliyalı kəndlinin ağçiyər xərcəngi xəstəliyinə tutulduğunu müəyyən ediblər. Həkimlər "Coca-cola"dan istifadə edən şəxslərdə şəkər, mədə-bağırsaq, diş və sümük xəstəliklərinə daha çox rast gəlindiyini deyiblər.
Bir sıra alimlər iddia edirlər ki, bu içkilər qlobal eksperiment xarakteri daşıyır. İnsanlarda sonsuzluq, impotensiya və s. ağır xəstəliklərə gətirib çıxarır, genetik səviyyədə mutasiyaya rəvac verir. Bir sıra ölkələrdə satışı qadağan edilən belə içkilərin "tabe olmayan" ölkələrdə nədən daha çox və daha ucuz satıldığı da maraqlıdır.
publika.az
Комментариев нет:
Отправить комментарий