26.01.2013

Ziyalılıq etalonu

Asif Həsənli

Anarı  tənqid etməyin yolu üç şərtdən keçir

Son vaxtlar Anarı tənqid etmək elə bil ki, dəb halına düşüb. Təsəvvür yaranır ki, bu, kiminsə tərəfindən yaradılmış “qara piar” kompaniyasının tərkib hissəsidir. Bir nəfər tənqid edir, bir müddət keçəndən sonra başqası eyni məzmunda yazı yazıb mətbuata ötürür, daha sonra yeni bir adam tapılır və əvvəlki yazılardan heç nə ilə fərqlənməyən məqalə dərc etdirir.
Müəlliflərə gəldikdə, görürsən ki, cəmiyyət üçün tam yararsız olan birisi məntiqsiz kimsə belə yazı yazmağı sifariş versin və heç kim də cürət edib mənə nəsə bir sifariş verə bilməz. Ikincisi, Anarın mənim müdafiəmə heç bir ehtiyacı yoxdur. Üçüncüsü, əsərlərimin çox düşüncələri ilə diqqəti cəlb etmək fikrinə düşüb.  
Amma çox vaxt tərsinə olur, V.Hüqonun sözləri ilə desək, Blüxerin əvəzinə Qruşin peyda olur, yəni möhtəşəm qələbə əvəzinə biabırçı məğlubiyyət gəlir.
Bəs həmin yazıların uğursuzluğa düçar olmasının səbəbi nədir? Gəlin araşdıraq və məntiqli nəticə çıxardaq.
Əvvəla, onu qeyd etməliyəm ki, bu yazını haqsız tənqidlə hesablaşmayan, təhqirlərə qarşı susa bilməyən vicdanımın səsi ilə yazıram. Mən heç kimin sifarişini qəbul edən adam deyiləm ki, hissəsi elmi tədqiqata və analitik təhlillərə söykəndiyindən, bu məsələni də analitik təhlil etməyi qərara aldım və müstəqil tədqiqat apararaq yekun nəticəyə gəldim.
Anatomiyasına və fiziologiyasına görə, əlbəttə ki, Anar başqa insanlardan heç də fərqlənmir və buna görə mən “Anarı tənqid etmək olmaz” fikrindən tamamilə uzağam. Başqalarında olduğu kimi Anarın da yaradıcılığında hər hansı qüsurlar, həyatında buraxdığı səhvlər və s. ola bilər və bu səbəbdən sağlam tənqidə əsaslanaraq həmin nöqsanları göstərmək heç də təhqir sayıla bilməz. Amma mətbuatda elələri peyda olur ki, nə yaradıcılığa toxunur, nə vəzifəsinə aid konkret faktlar ortaya qoyur, nə də ki hər hansı obyektiv fikir söyləyir. Nəyin bahasına olursa-olsun sadəcə və sadəcə Anarı tənqid etməyi özünə şərəf bilir. Təbii ki, onlar bu şərəfə çata bilmir, çünki Anarı tənqid etmək üçün gərək belə bir haqqa sahib çıxa biləsən. Bu haqqa sahib çıxa bilməyəndə Blüxer-Qruşin məsələsi nəticəyə sahib çıxır. Bəs hansı haqla Anarı tənqid etmək mümkündür?
Apardığım analitik təhlillərin nəticələrinə görə Anarı yalnız üç halda tənqid etmək olar, yalnız bu halda aşağıdakı şəxslər Anarı tənqid etmək haqqına sahib çıxa bilərlər:
1. Atası Rəsul Rza, anası Nigar Rəfibəyli qədər tanınmış, hörmətli və nüfuzlu şəxslər olsunlar!  (Belə adam varsa, çıxsın ortaya).
2. Şəxsiyyəti, ziyalılığı, təmkini, hörməti və nüfuzu Anarın səviyyəsindən üstün və ya bərabər olsun! (Buna ancaq ziyalılar qiymət verə bilər).
3. Yaradıcılığı Anarın yaradıcılığından daha mənalı, uğurlu və zəngin olsun! (Hər kəs özü özünə yox, başqasına qiymət vermək şərtilə).
Mən zənn etmirəm ki, bu vaxta qədər Anarı tənqid edənlərin içərisində nəinki bu üç məsələdə, heç üçündən birində də ondan üstün olan tapılsın.
Elə isə, 1-ci şərti analiz edək: Əvvəla, Rəsul Rzanın yaradıcılığına diqqət yetirək. Elə gəlin “Lenin” poemasından danışaq. Bu zaman dərhal deyəcəksiniz ki, o, sovet dövrünü təlqin edib. Düzdür, sovet dövrünü və hətta sovet dövlətinin banisini! Amma unutmaq olmaz ki, o zaman sovet dövləti bizim ümumi Vətənimiz idi. Dövlətə və dövlətçiliyə sadiq olmaq məgər hər bir vətəndaşın borcu və şərəfli vəzifəsi deyildirmi?  Rəsul Rza da dövrünün başqa şair və yazıçıları ilə yanaşı bu dövlətə sadiq idi və dövlətçilik ideyasının və vətənpərvərlik ruhunun güclü olması onun yaratdığı əsərlərdə özünü qabarıq şəkildə göstərməyə bilməzdi. Elə bu səbəbdəndir ki, Anar dövlətçilik ideyasının genetik kodunun daşıyıcısı kimi bu gün yaşadığı dövlətə öz sədaqətini nümayiş etdirir və öz sözü, əməli və yaradıcılığı ilə göstərir ki, dövlətə bağlılıq necə olmalıdır.
Nigar Rəfibəylinin özünü görməyənlər və yaradıcılığını oxumayanlar bir şeyi yaxşı bilirlər ki, bəy nəslindən olan qadınlar nə qədər kübar, nə qədər xeyirxah, mərhəmətli və zəngin əxlaq sahibi olurlar. Məncə, bundan artığını deməyə ehtiyac yoxdur.
Bu iki dahi şəxsi misal çəkməkdə məqsədim heç də vəzifəsi və ya titulu olmayanları aşağılamaq deyildir. Hər kəs insandır, hüquq və vəzifələrinə görə hamı bərabərdir. Amma bir faktı da unutmaq olmaz ki, Anar bu iki böyük ziyalının ailəsində böyüyüb tərbiyə alıb.
2-ci şərti izləyək: Anarın şəxsiyyətinə gəldikdə, ilk növbədə, onun hər şeyə təmkinlə yanaşması diqqət çəkir. Anarın siması sanki onun sakit təbiətindən və hədsiz təmkinindən xəbər verir. Ziyalılığın ən vacib şərtlərindən biri məhz  səbr və təmkindir.  Səbirsiz və təmkinsiz adam boşboğaz olar, boşboğaz adamınsa danışığında səhv çox olar. Səhvi çox olan adam isə təbii ki, cəmiyyətdə hörmət qazana bilməz. Anarı 1-ci zirvəyə qaldıran budur!
Insanın hörməti onun pulu, vəzifəsi, var-dövləti ilə ölçülmür.  O qədər insanlar tarixin zibilliyinə atılıblar ki, hansı ki, pulunu balta kəsməzdi! Bu gün 5-10 manata başqasını tənqid etməyin özü də insanlıqdan uzaqdır, halbuki belə yazarlar çoxdur. Anar isə pula, var-dövlətə, eyş-işrətə meyl etsəydi, bu səviyyədə hörmətə sahib olmazdı. Bu xüsusiyyət isə onu 2-ci zirvədə saxlayır.
Anarı 3-cü zirvəyə qaldıran onun alicənablığıdır! İnsanlığa hörmət ən böyük amalıdır. Dostları, tanışları və iş yoldaşları ilə səmimi və mehriban davranır, heç kimin qəlbinə dəymək istəmir. Rəhbəri olduğu və 2 minə yaxın üzvü olan Azərbaycan Yazıçılar Birliyi bəlkə də ölkədə yeganə qurumdur ki, heç bir şikayət və ya hər hansı bir narazılıq yoxdur. Bəli, bu, onun və yaxın kollektivinin gərgin əməyinin məhsuludur ki, bu məhsulun barı hələ uzun müddət xalqımızın töhfəsi olacaqdır. Bunu başa düşməmək və qəbul etməmək olar, amma həqiqətdən qaçmaq olmaz!
Qeyd olunan bu keyfiyyətlər Anarın şəxsiyyətini formalaşdırır və onu deməyə əsas verir ki, Anar bir ziyalı olaraq fəxr ediləsi Azərbaycan vətəndaşıdır və Azərbaycanlıdır!
Anar ziyalıların və ziyalılığın etalonudur! Elə bir etalon ki, bütün parametrlərinə görə insanlığın  uca zirvəsində dayanaraq ziyalı təbəqəsinin elitar mədəniyyətinə parlaq işıq saçır! Belə ziyalılıq hər adama nəsib olmadığından çoxlarında qısqanclıq, həsəd, bəzi hallarda isə paxıllıq yaradır!
Çünki ziyalı deyəndə çoxları elə başa düşür ki, ali təhsilin olmasa da bir-iki mənasız kitab yazıb çap etdirdin, deməli ziyalısan. Və ya diplomu alıb cibinə qoyan kimi oldun ziyalı!
Xeyr, cənablar!  Nə bu, nə də o biri ziyalı deyil. Əsl ziyalı, ilk növbədə, elementar mədəniyyət qaydalarını mənimsəməli, cəmiyyətlə etik davranmalı, mənsub olduğu millətin yüksək əxlaqi dəyərlərini nümayiş etdirməli, insana xas olan müsbət mənəvi keyfiyyətlərə malik olmalıdır.  
 3-cü şərtə baxaq: Anarın yaradıcılığına diqqət edəndə görürsən ki, onun həyata baxışları əsərlərində də öz əksini tapıb. Nəsr əsərləri öz mövzusuna, məzmununa və ideyasına görə xüsusilə fərqlənir. Bu əsərlər özünəməxsus bir üslubda yazıldığına görə sadə insanlar tərəfindən daha çox sevilir və yadda qalır. Düzdür, poeziyasında müəyyən qüsurların olmasını dilə gətirənlər var, amma bu qüsurları tapmaq, açıb göstərmək, təhlil etmək hər tənqidçi-şairin işi deyil. Buna görə də Anarın yaradıcılığını tədqiqat olunmadan müzakirəyə çıxarmaq,  “əsəri zəif hesab etmək”, “elə deyil belə olmalıdır” demək və s. kimi mülahizələr üzə bilməyən adamın dənizdə çimməsinə bərabər bir şeydir. Axı, heç kəs özünü çoxbilmiş, savadlı göstərməməlidir. Dünyanın ən böyük dahi filosoflarından biri olan Sokratın özü deyib ki, “mən hələ heç nə bilmirəm”. Deməli, dünyada o qədər sirri açılmamış, çətin, mürəkkəb məsələlər var ki, bunu açmaqda elm də aciz qalır.  Amma cəmi bir-iki kitab əlinə alan və əxlaqsız şeirləri ilə gündəmə gələn nadanın birisi cəhalət dünyasından çıxa bilmədiyi halda özünü hamıdan ağıllı, savadlı hesab edirsə, indi görün Anarla bu adamın arasında nə qədər məsafə var və ümumiyyətlə, belə adamla Anar kimi alicənab, gözəl bir insanı müqayisə etmək insafdırmı?!
Anarın aləcənablığı, mədəniyyəti, ziyalılığı da elə ondadır ki, hər mənasız yazılara cavab vermir! Bu da onun həqiqi mənada böyüklüyünü göstərir!
Nəticə:  Beləliklə, bu üç şərtə görə belə qənaətə gəlmək olar ki, Anarı hər adam tənqid edə bilməz, tənqid  etmək üçün gərək buna mənəvi haqqın olsun. Yəni, ən azından, yuxarıda qeyd edilən üç məsələdə Anardan üstün olasan, əgər üstün deyilsənsə, heç olmasa, ona bərabər olasan! Yox, əgər buna bərabər də deyilsənsə, onda “üzə bilməyən adam dənizdə boğular”, “elə ən yaxşısı sahildə çobalamaqdır”, “mənim dərin-dərin dəryalarda nə işim var?” – deyə el məsəlini yada salmalısan! Bu el məsəlini də “qulaqardı”na vursan, demək, nə eli tanıyırsan, nə də özünü. Özünü tanımayan Allahını da tanımaz! Allahı tanımayanlara isə kafir deyərlər. Allah bizi kafirlərdən qorusun!

Комментариев нет:

Отправить комментарий