04.12.2010

Demokratiyanın məzmunu

Sayman Aruz
Dünya Azərbaycanlı Yazarlar Qurumu
dayaq.org

  Müasir dövrün filosofu Karl Bayer demişdir: Demokratiya heç bir vəchlə xalqın höküməti deyil, ola da bilməz və olmamalıdır. Demokratiyanın xalqın, yəni kütlənin höküməti olmasını insanlara, xüsusilə uşaqlara öyrədilməsi, düzgün fikir olmadığına görə, təhlükəlidir. İnsan əsil mətləbi anladıqdan sonra aldandığını başa düşür və bu hiss insanı terora da çəkə bilər. 
  Bu arada mən Karl Bayerin sözlərinin son hissələri ilə razı deyiləm. Həqiqətin dərk edilməsi həyatın sonrakı mərhələlərində insanların küskünlüyünə və terora üz tutmasına səbəb olacaqsa, bu qəbil insanların sayı, terorist olmayanlardan çox olacaqdır. Çünki bizim özümüz. Bütövlükdə dünya, xülasə, zaman və məkan, şərait və imkanlar, həqiqətlər, hər bir şey dəyişkəndir. 
  Kamil insan o kəsdir ki, hər bir zaman təkamül və dəyişiklik yolunda hərəkət etsin, hərəkət zamanı dəyişsin, yeniləşsin. Bu artıq bir həqiqətdir ki , demokratiya heç bir vəchlə, xalqın höküməti deyil, ola da bilməzvə olmamalıdır. 
  Çünki xalq ümumi bir məfhumdur. Demokratiya xalqın höküməti olduğu halda, Hindistanda yaşayan bir milyard hindistanlını hökümət başında hesab etmək olar? Belə olan surətdə, bu bir milyard insan hansı digər bir milyard azlığa hakimlik edir? Höküməti seçən xalq atomla bağlı siyasət, kosmosla bağlı uzunmüddətli prqramlar və ya intellektlə bağlı böyük xərclər tələb edən şəbəkələrin yaradılması və bu kimi çətin məsələlər barədə qərarlar qəbul edə bilərlərmi? Qətiyyətlə demək olar ki, yox. Belə olduğu halda demokratiya xalqın hakimiyyəti deyil, xalqın bir hissəsinin nümayəndələrinin hökümətidir, özü də bütün xalqın nümayəndələrinin deyil, çünki cəmiyyətin bəzi insanları tərəfindən nümayəndəliyi irəli sürülmüş və xüsusi şərtlərlə təbliğat kompaniyasına qoşulmuş namizədlər seçkilərdə qələbə çala bilmədiklərindən hakimiyyətdə deyillər. Buna görə, xalqın bəzi nümayəndələri hakimiyyətdə deyillər. 
  Əslində, demokratiya qanunların aliliyi və istibdadın yolveriməz olması deməkdir. Amma qanunun aliliyi insanların mövqeyi nəzərə alınmadan demokratiya sayıla bilməz. Misal üçün, Hitler əksəriyyətin demokratik rəyi əsasında hakimiyyət başına gəlsə də, Almaniyada xalqın əsas mövqeyinin göstəricisi olan reyxstaqı bağlayan andan, bu ölkədə mövcud olan demokratiyaya son qoydu. İnsanlar adətən, həlli çətin olan siyasətlərin nəticələrini bir müddət sonra görürülər. İnsanların mövqeyini özündə əks etdirən təşkilatlar olan sistemlərdə sonrakı seçkilərdə, siyasətçilər yenidən seçilə və ya onların namizədliyi rədd edilə bilər. 

Комментариев нет:

Отправить комментарий