13.12.2010

NATO-nun gizli qolu- “Stay-behind”

Anar Ramizoğlu
“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi 

 NATO-nun bu gizli qüvvələri ölkələrin daxili işlərinə qarışmış, onlara sərf etməyən siyasətçilərin aradan götürülməsində iştirak etmişlər

 Əks-partizan və ya “Stay-behind” (bu termin İngiliscə "geridə qalanlar" kimi tərcümə edilə bilər) NATO işğalı altındakı ölkələrdə sol təşkilatlara qarşı yaradılan qeyri-qanuni silahlı qüvvələrdir. Soyuq Müharibə əsnasında Sovetlər Birliyinin işğal ehtimalı bəhanə edilərək yaradılan gizli təşkilatlanmalardır və qurulduqları ölkələrdə siyasi həyatı şəkilləndirmək üçün istifadə edilmişlər. Türkiyədəki 12 sentyabr çevrilişi də məhz da bu əhatədə qiymətləndirilməlidir.
 NATO nəzarətində olan ölkə başqa bir ölkə tərəfindən işğal edilmə təhlükəsi ilə üzləşərsə, onda “Stay-behind” gizli təşkilatlanmalar və planlar reallaşdırmalıdır. Əgər işğal reallaşsa, edilən hazırlıqlar yerli müqavimətin başlanğıcı üçün istifadə ediləcək, düşmən cəbhəsi arxasında casuslar fəaliyyət göstərə biləcək. Kiçik diametrli əməliyyatlar olduğu kimi bütün ölkəni ehtiva edən əməliyyatlar da nəzərdə tutulmuşdur.
 Soyuq Müharibə dönəmində NATO və CIA bir çox Avropa ölkəsində stay-behind qüvvələri yaratmışlar. Bu bir növ kapitalist ölkələrinin Varşava Paktı idi; ölkəsinin işğalı vəziyyətində və ya ölkədəki kommunist partiyaların demokratik şəkildə seçilməsi vəziyyətində işə salınaraq təhlükəyə qarşı çarpışmalıydı. Bu gizli orduların istifadə etməsi üçün İtaliya, Avstriya, Almaniya, Hollandiya və digər ölkələrdə gizli silah anbarlarının yaradıldığı da məlum olmuşdur. Bu tip NATO əməliyyatlarından ən məşhuru Qladio əməliyyatıdır ki, 24 Oktyabr 1990-cı il tarixdə İtalya baş naziri Culio Andreotti tərəfindən ifşa olundu.
 Məlum olur ki, Stay-behind qüvvələri gerçək məqsədlərinin xaricinə çıxmış, işğalı önləmək yerinə daxili siyasətə qarışmış, ölkənin onlara sərfəli şəkildə nizamlanmasında aktiv iştirak etmişlər. Ölkəni yarıişğal altında qoyan bu güclər xüsusilə sol siyasətə qarşı aqressiv olmuş, solçu siyasətçilərə qarşı silahlı terror əməliyyatları aparmışlar. İtaliya nümunəsində olduğu kimi bəzi ölkələrdə terror mühiti yaradılmış, Yunanıstan nümunəsində olduğu kimi həddindən radikal sağ hərbi xunta rəhbərlikləri qurulmuş və ya Türkiyədəki 12 Sentyabr 1980-ci il nümunəsində olduğu kimi əsgəri zərbələr endirilmişdir.
 Fəaliyyət göstərdiyi ölkənin ictimai-siyasi həyatını iflic vəziyyətinə salan bu gizli qüvvələr Türkiyədə 1952-53-cü illərdə Səfərbərlik Tədqiq təşkilatı adıyla təşkilatlanmış, sonra isə Baş qərargah Başçılığına bağlı Xüsusi Hərb Dairəsi damı altında, bunun vətəndaş davamı olaraq fəaliyyət göstərmişlər. Bülənt Ecevit 1974-cü ildə dövrün Baş qərargah Başçısı Semih Sancardan Xüsusi Hərb Dairəsinin varlığını öyrənmiş, mətbuatda isə ilk dəfə 1980-cı ildə təşkilatın varlığı barədə məlumat getmişdir. O vaxt Baş qərargah Başçısı Kənan Kainat da Türk əks-partizan stay-behind silahlı qüvvələrinin üzvü idi.
 Beləliklə, NATO-nun gizli əli ilə Auxiliary Units (İngiltərə), Gladio (İtaliya və digər bir çox ölkə), GAL (İspaniya), I&O (Hollandiya), Lochos Oreinon Katadromon, LOK (Yunanıstan), OWSGV (Avstriya), Plan Bleu, La Rose des Vents, Arc-en-ciel (Fransa), ROC (Norveç), SDRA8, STC/Mob (Belçika), Bund Deutscher Jugend- Technischer Dienst, TD BJD (Almaniya), Nihtila-Haahti plan (Finlandiya), Projekt-26, P-26 (İsveçrə), Regional Force Surveillance Units (Australya), İsveçdə Informationsbyran adlı bir stay-behind təşkilatları qurulmuşdur. Təşkilatın 1950-60-cı illərdə 3 mindən 4 minə kimi personalı olmuş, bu personal ABŞ və İngiltərədə kontr-gerilla döyüş təhsili almışdır. 1951-ci ildə Stockholmda olan CIA masasının şefi Vilyam Kolbi NATO üzvü Norveç və Danimarka stay-behind qüvvətlərinin İsveç və Norveç kimi tərəfsiz ölkələrdə öyrədilməsini müdafiə etmişdir.

Комментариев нет:

Отправить комментарий