16.05.2011

AVROSİYASƏT

Xaricdə təhsil alan bacı və qardaşlarım. Sizdən dönə-dönə xahiş edirəm, 19 yazıb 1514-ə göndərin. Dünyanın hər yerində eyni qiymət çıxır



Xaricdə təhsil alan bacı və qardaşlarım. Sizdən dönə-dönə xahiş edirəm, 19 yazıb 1514-ə göndərin. Dünyanın hər yerində eyni qiymət çıxır. Azərbaycanda 0.60 AZN, Türkiyədə 1.20 TL   və s.  Xahiş edirəm tam dəstək olun, ildə bir dəfə olan şeydir, gücümüzü göstərməliyik, ermənilərdən güclü olduğumuzu göstərməliyik. Azərbaycan hər şeyə qadirdir, lazım gəlsə erməniləri əzib tökərik, sadəcə Rusiya buna imkan vermir. Təsəvvür edin, 1-ci yerə çıxırıq, gələn il Azərbaycanda keçirilir. Görün ölkə üçün nə qədər xeyirdir. Avropadan insan axını olacaq, həm türizm cəhətdən qazanıb ölkə büdcəsinə xeyir verəcəyik, həmdə qonaqlar görəcəklər ki, Azərbaycanın Avropaya inteqrassiya məsələsindəki uğurları necə sürətli şəkildə inkişaf edir.

Nə olur olsun 1-ci olmalıyıq. Axı 1-ci olsaq, ölkədə işsizlik azalacaq, maaşlar, təqaüdlər artacaq, repressiyalara son qoyulacaq, saxta seçkilər,  sərbəst toplanma, söz azadlığı, demokratiya bizim olacaq, erməni işğalında olan torpaqlarımız geri qayıdacaq, təhsildə rüşvət olmayacaq, taxta həkimlərimiz hamısı savadlanacaq, məscidlər bağlanmayacaq, hicablılar təhsillərini problemsiz alacaq, əsgərlərin valideynlərinin ürəyi rahat olacaq və s. Saymaqla bitmir ölkənin problemləri. Hər il milyonlarla manatları bu cür verlişlərə sərf edirlər, gic-gic bayramlar keçirdib milyonlar xərcləyirlər. Halbuki, həmən pullarla ölkədə neçə baş külfəti dolandırmaq olar.
Cabbar Savalanlı, Elnur Məcidli, Tural Abbaslı və s. gənclər bu günləri keçmişimizə, gələcəyimizə, bizə görə həbs edilib. Onlar bizim xoşbəxt, insan kimi yaşamağımız üçün hal-hazırda həbsdədirlər. \
Qədeşbala

Xahiş edirəm, oturun məntiqlə düşünün. Dondurulmuş beyninizin buzlarını əridin, baxın görün bu cür elit proqramlar bizim ölkəyə yaraşır yoxsa yox?
P.S. Dünən Bakı küçələrində yevrovıjın qeyd etmək istəyən qızlar və oğlanlar öz paltarlarını soyundular küçələrdə lüt-paça oldular. Bu yevrovıjın Bakıya gətridiyi ilk uğur idi. Bundan əlavə bayramı qeyd edənlərdən biri 6 may aksiyasında dindarlarla rinqə çıxmışdı. Dünən bizim müğənnilərimiz isə TV-lərdə çıxıb ağız dolusu dedilər ki, artıq şəhidlərimizin intiqamı alındı. Siz Allah nə qədər gülünc gündəyik bir baxın. Gələn il isə yevrovıjın Bakıda keçiriləcək yenə milyardlar dollar pul xərclənəcək. Bunu da qeyd edim ki, erməni müğənniləridə gəlib Bakıda birincilik üçün yarıçacaqlar. Gözünüz aydın olsun.

Tural Həsənli

Комментариев нет:

Отправить комментарий