16.05.2011

DAHA BİR DİNDARA CİNAYƏT İŞİ AÇILDI

Bu haqda məlumatı Azadxeber.az saytına Çingiz Novruzovun yaxınları məlumat verib


Nərimanov Rayon Baş Polis İdarəsindən həbs edilən dindarın qohumlarına verilən məlumata görə, artıq Çingiz Novruzova cinayət işi açılıb. Dindarın yaxınlarının verdiyi məlumata görə, onun hansı maddə ilə ittiham edildiyi haqda Nərimanov Rayon Baş Polis İdarəsi heç bir məlumat verilmir.

Qeyd edək ki, "Hicaba azadlıq" şüarı ilə keçirilən aksiyadan 7 gün sonra həbs edilən Çingiz Novruzov may ayının 13-ü saat 13-00 radələrindən etibarən Nərimanov Rayon Baş Polis İdarəsində saxlanılır.

Комментариев нет:

Отправить комментарий