23.05.2011

Ay bəri bax, bəri bax!

Vitoşun yeni proyekti: Camışların göz yaşı

                              Çuşka şeirləri- 11

Burcuda-burcuda gedən dilbərim,
İnsaf elə, ay bəri bax, bəri bax!
Günəş tək nur saşdın, ay sübh-səhərim,
İnsaf elə, ay bəri bax, bəri bax!

Məskən salıb seks səndə, caz səndə,
Necə qəzəlləşib işvə səndə, naz səndə.
Məni məftun edən alagöz səndə-
İnsaf elə, ay bəri bax, bəri bax!

Dimdik durdu qəlbim səni görüncə,
Lalə rəngli ipək donda dal incə,
Dalına baş qoyum aşiq olunca,
İnsaf elə, ay bəri bax, bəri bax!

Ruhumu cismimdən aldın- apardın,
Bir baxışnan arvadı məndən qopardın.
Səndən umacağım bir pay- o dalın
İnsaf elə, ay bəi bax, bəri bax!

Aşıq səni görcək dərddən sırındı,
Gecə-gündüz qıçlarına sarındı.
Əs külək, qaldır al donu indi-
İnsaf elə, ay bəri bax, bəri bax. 

Комментариев нет:

Отправить комментарий