06.05.2011

BİN LADEN VARİANTI KÖHNƏLDİYİ ÜÇÜN OBAMA "CHANGE" ETDİ

ABŞ yeni "xoxan" texnologiyasına keçir

Yəqin ki, "Uzaq sahillərdə" filminə baxmısınız. "Şeytandır, iblisdir axır ki, Mixayılovun özüdür" ifadəsi yəqin ki, yadınızdadır. Bin Laden dünyada kəşfiyyatçı kimi tanınmasa da, amma, ABŞ-ın əlində "xoxan" olmasına heç kimin şübhəsi yox idi. Neçə illərdir ki, ABŞ müsəlman ölkələrinin gündəmini müəyyən etmək məqsədilə Bin Laden variantından çox istifadə etdi. Torpaqlar işğal edildi, insanlar qırğına verildi və daha nələr. Sonda da Obama həqiqi "change"ini edərək dünyaya Bin Laden variantının sona çatdığını elan etdi. Neçə illər idi ki, dünya ictimaiyyəti Obamanı "change" etməməkdə ittiham edirdi, bu da baş verdi. "Uzaq sahillərdə"ki cənab Şults Mixaylonu tanıdı. Gönümüzdəsə Obama – bin Ladeni. Yəqin ki, "change"in növlərindən biri də Obamanın Ladeni tanıması oldu.

Amma həqiqətdə nə baş verə bilər? Obamanın bu açıqlaması əslində ABŞ-ın yeni "xoxan" texnoloji variantına keçməsi kimi də qiymətləndirilə bilər. ABŞ-ın siyasəti köklü olaraq heç bir zaman dəyişə bilməz. Yalnız zahiri siyasəti müxtəlif yönlü dəyişə bilir. Əgər doğrudan da bu dəyişiklik olacaqsa, dünyada yeni böhranın gözləntiləri ola bilər. Çünki Bin Laden variantında minlərlə günahsız insan məhv edildisə, İraq, Əfqanıstan işğal edildisə, Pakistanda müəyyən ərazilər bombardman edildisə, yeni variant çox dəhşətli ola bilər. Bin Laden variantı artıq dünyanın sürətlə inkişaf edən texnologiyasına uduzmaqda idi. Və ona görə də ondan imtina edildi.

Amerikanın dünya üzrə yürütdüyü siyasət artıq hamıya bəllidir. Yeni dünyada köhnə variantla gediş ABŞ-ın mövqelərini itirməsilə nəticələnə bilərdi. Məhs ona görə də Obama "change" etməyə mərcbur oldu. Ağ Ev yaxşı-yaxşı düşünüb. Çünki, Bin laden variantı artıq ABŞ-a dəstək verən müsəlman ölkələrini də əməlli-başlı boğaza yığmışdı. Kərzayi kimi üzüyola prezidentlər də artıq ABŞ-a bəyanatlar verməyə başlamışdı. Hətta dünyanın bütün bölgələrində ABŞ-ın mövqeləri laxlamasa da, cüzi də olsa silkələnmələr baş verməkdə idi. Və bu proseslər ABŞ-ı düşünməyə vadar etdi. Nəticədə "change" baş verdi. 

Hadi Müntəzir, deyerler.org

Комментариев нет:

Отправить комментарий