06.05.2011

"Polisin belə zorakılığı həm sərbəst toplaşmaq haqqında, həm də polis haqqında qanuna ziddir"


Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı dinc aksiya keçirilmişdir. Aksiyaçılar hicabın qadağasına qarşı şüarlar səsləndirmişlər. Aksiyanın dinc xarakterli olmasına baxmayaraq, polis onlara qarşı zorakılıq etmiş, çoxlu sayda insanı həbs etmişdir. Böyük sayda insana qarşı qeyri-insani rəftar tətbiq edilmiş, zorakılıq göstərilmişdir.
Hüquqşünas Ənnağı Hacıbəyli baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Sərbəst toplaşmaq azadlığı haqqında qanuna uyğun olaraq vətəndaşlar İcra hakimiyyətini əvvəlcədən xəbərdar edərək istənilən yerdə aksiya keçirə bilərlər. Lakin icra hakimiyyətinə xəbərdarlıq edilməsə belə, bu, qanuna zidd deyil. Hər bir halda Avropa Məhkəməsinin qərarlarına və presedent hüquqlarına görə, toplantı yalnız o vaxt qanunsuz sayılır ki, orada zorakılıq nümayiş etdirilsin. Lakin bugünkü aksiyada vətəndaşlar sərbəst toplaşmaq azadlığından istifadə ediblər. Polisin hərəkətləri tamamilə qanunsuzdur - istər həbslərlə bağlı, istərsə də zorakılqla bağlı hərəkətləri. Şəkillərdən də görünür ki, hətta bir neçə nəfərin sifətindən qan axır. Bu da polisin kifayət qədər güc tətbiq etməsini göstərir. Bu isə həm polis haqqında qanuna, həm də sərbəst toplaşmaq haqqında qanuna ziddir". 

Комментариев нет:

Отправить комментарий