10.05.2011

Çuşka şeirləri- 9

Vitoşun yeni proyekti: Camışların göz yaşı

                                Rusiyada yaşayan eloğlumuz

                                          aldı görək
                                          XALAYA
                                            nə dedi?

Ey mələk, qıncanma, bir sualım var,-
Qəribəm, yanında qalım, olarmı?
Sədəfli sazımı basım bağrıma,
Qılların eşqinə çalim, olarmı?

Mən arvaddan, arvad məndən ayrılıb,
Ruh yaşarmı, de bədəndən ayrılıb?
Gecənin bir çağı səndən ayrılıb-
Çöllərə düşməyə halım olarmı?

Ay niyə tutulur, söylə, ey nigar,-
Səni hicran boğar, yoxsa intizar?!
Bəlkə ürəyində bir dərdin də var,
Mən sənin dərdini alım, olarmı?

Комментариев нет:

Отправить комментарий