09.05.2011

KOMİTET 300: DÜNYA HÖKUMƏTİNİN SİRLƏRİ (VII-XIII yazı)

İbrahim Sel            
Professional Oxucu Liqası

VII yazı: Cəmiyyətimiz əyləncə və kütləvi tamaşalara (idman yarışları tipli sonsuz teleşoular) əsaslanan informasiya inqilabını yaşayır ki, bunlar öz-özlüyündə getdikcə daha da “faydasız” olan kütlələr üçün növbəti bir narkotika növüdür

 İlk dəfə 1969-cu ildə açıqlanan bu məqsədlərin bir çoxuna ya artıq nail olunub, ya da tezliklə nail olunacaq. Komitet 300-ün proqramında xüsusi maraq doğuran məsələ onun iqtisadi siyasətinin mahiyyətidir. Bu siyasət bütövlükdə Maltusun nəzəriyyəsinə əsaslanıb. Maltus- ingilis kənd rahibinin oğlu, Komitet 300-ün yaradılması üçün model rolunu oynayan “Britaniya Ost-Hind Kompaniyası” sayəsində irəli çıxan və məşhurlaşan bir adamdır.
 Maltus bildirirdi ki, bəşəriyyətin inkişafı müəyyən sayda insanın həyatını təmin etməklə bağlı Yerin təbii imkanları ilə müəyyən olunur, özü də həmin say adlanandan sonra Yerin məhdud resursları sürətlə tükənməyə başlayacaq. Əgər bu resurslar istifadə olunarsa, onları əvəz və ya bərpa etmək mümkün olmayacaq. Bundan çıxış edərək Maltus qeyd edir ki, əhali artımını təbii resursların azalması ilə mütənasib olacaq həddə qədər məhdudlaşdırmaq lazımdır. Deməyə ehtiyac yoxdur ki, elita öz varlığını “faydasız yeyənlərin” sayının gur artımı nəticəsində yarana biləcək təhlükəyə məruz qoymayacaq, deməli seçim praktikasına əl atılmalıdır. Əvvəl də göstərdiyim kimi, “seçim” prosesi artıq başlanmışdır və bu proses “Qlobal 2000 Məruzəsi”ndə qələmə alınan metodlar üzrə həyata keçirilir.
 Komitet 300-ün iqtisadi planlarının bütün istiqamətləri Maltus və Frederik fon Hayekin kəsişməsinə aparır. Frederik fon Hayek- “Roma Klubu”nun sponsorluq etdiyi növbəti bədbin iqtisadçıdır. Avstriyada doğulan fon Hayek uzun müddət Devid Rokfellerin himayəsi altında olmuş və indi onun nəzəriyyələri ABŞ-da kifayət qədər geniş yayılmışdır. Fon Hayekin nəzəriyyəsinə görə ABŞ iqtisadiyyatının əsasını bunlar təşkil etməlidir: a) şəhər qara bazarları; b) tərtökən əmək sistemini istifadə edən Honkonq tipli kiçik sənaye müəssisələri; v) turist ticarəti; q) möhtəkirlərə tam hərəkət azadlığı verilən və narkotika ticarətinin çiçəklənə bildiyi azad sahibkarlıq zonaları; d) sənaye istehsalının dayandırılması; e) Atom Elektrik Stansiyalarının hamısının bağlanması.
 Fon Hayekin ideyaları “Roma Klubu”nun ideyalarına tamamilə uyğun gəlir və görünür, onun Amerikanın sağçı dairələri tərəfindən güclü surətdə dəstəklənməsinin səbəbi də məhz budur. Fon Hayekin mantiyasını indi əyninə yeni, daha gənc iqtisadçı- Ceffri Saks ölçür. Belə ki Fon Hayekin Polşada başladığı işi başa çatdırmaq üçün bura məhz Ceffri Saksı göndərmişdilər. Burada xatırlamaq lazımdır ki, Polşada siyasi sabitliyin pozulmasına gətirən iqtisadi böhranı “Roma Klubu” təşkil etmişdi. Eynilə bu cür, belə deyək, iqtisadi planlaşdırma Rusiyaya da sırınacaq, lakin həmin iqtisadi plan bu ölkədə güclü müxalifətlə qarşılaşacağı təqdirdə qısa zamanda qiymətlərin dotasiya olunduğu köhnə sistem bərpa olunacaq.
 Katolik kilsəsinin dağıdılması və sovet işğalçı ordularının qarşısında yolların təmizlənməsi üçün polyak millətçiliyini alət qismində istifadə etməyi “Roma Klubu”na Komitet 300 əmr etmişdir. “Solidarnost” hərəkatı (Həmrəylik) Komitet 300-ün üzvü Zbiqnev Bjezinski tərəfindən yaradılmış, bu “həmkarkar” üçün adı da o, şəxsən özü seçmiş, eləcə də onun funksionerlərini və təşkilatçılarını təyin etmişdi. “Solidarnost” əsla “həmkarlar” hərəkatı deyildir, hərçənd Qdansk gəmi tərsanələrinin fəhlələri bu hərəkata belə bir görüntü verilməsi üçün istifadə edilmişdi. Bu, daha çox Vahid Dünya Hökümətinin gəlişinə hazırlıq üzrə müəyyən tədbirlərin həyata keçirilməsi üçün yaradılan yüksək səviyyəli SİYASİ təşkilat idi.
 “Solidarnost” hərəkatının liderlərinin əksəriyyəti Odessadan olan yəhudi-bolşeviklərin sonrakı nəsilləri idi və onlar özlərini əsla kommunizm əleyhdarı kimi göstərmirdilər. Bu fakt Amerika kütləvi informasiya vasitələrinin hərəkata daim belə çox diqqət ayırdıqlarının səbəbini anlamağa imkan verir. Professor Saks bütün prosesi bir addım irəlilədərək, indicə SSRİ-nin diqtəsindən azad olan Polşaya yeni iqtisadi istila təmin etdi. Bundan sonra Polşa Birləşmiş Ştatların iqtisadi qulu olacaq; başqa sözlə, BİRCƏ XOZEYİN DƏYİŞDİ!
 Bjezinski öz ölkəsinin gələcəyinin qayğısına qalan hər bir amerikalının mütləq oxumalı olduğu bir kitabın müəllifidir. Bu kitab “Texnotron era” adlanır və “Roma Klubu”nun sifarişi ilə yazılmışdır. Kitab özü ilə Birləşmiş Ştatların idarə olunması üçün istifadə olunacaq üsul və metodlar barədə açıq söhbəti təcəssüm etdirir. Kitabda həm də klonlardan və “robotoidlərdən”, yəni insan kimi davranan və zahirən insana bənzəyən, lakin insan olmayan varlıqlardan bəhs olunur. Bjezinski Komitet 300-ün adından bəyan edir ki, Birləşmiş Ştatlar “əvvəlki heç bir eraya bənzəməyən bir mərhələyə qədəm qoyur; biz asanlıqla diktaturaya keçə bilən texnotron eraya doğru hərəkət edirik”.
 Bjezinski sonra deyir ki, cəmiyyətimiz “əyləncə və kütləvi tamaşalara (idman yarışları haqqında sonsuz televerilişlər) əsaslanan informasiya inqilabını yaşayır ki, bunlar öz-özlüyündə getdikcə daha da faydasız olan kütlələr üçün növbəti bir narkotika növüdür”. Bjezinski məgər növbəti görüçü və ya peyğəmbər idi? O, gələcəyi öncədən görə bilirdi? Əlbəttə, yox; sadəcə olaraq onun kitabı Komitet 300-ün “Roma Klubu”na icra üçün ötürdüyü planın vur-tut surəti idi. ABŞ-ın artıq faydasız insan kütlələrinə malik olduğu məgər doğru deyil? Bəli, 30 milyon işsiz və 4 milyon evsiz insanın özü ilə hazırda “faydasız kütlə” və ya ən azı onun nüvəsini təcəssüm etdirdiyini demək mümkündür.
 Dinə, Lenin və Marksın zəruriliyini etiraf etdikləri “xalqın tiryəki”nə indi kütləvi idman tamaşaları, hədd-hüdud bilməyən seksual ehtiraslar və rok-musiqi kimi yeni “tiryəkciklər” əlavə olunmuşdur. Bütöv bir nəsil narkoman yetişmişdir. MƏHDUDİYYƏTSİZ SEKSİN TƏBLİĞATI VƏ NARKOMANİYA EPİDEMİYASI İNSANLARI ƏTRAFDA BAŞ VERƏNLƏRDƏN YAYINDIRMAQ MƏQSƏDİNİ GÜDÜR. Bjezinski “Texnotron era”da insan kütlələri haqqında cansız əşya kimi danışır– güman ki Komitet 300-ün nöqteyi-nəzərindən biz məhz elə belə də görünürük. Bjezinski daim bizim, “kütlələrin” üzərində nəzarət həyata keçirilməsinin vacibliyindən danışır.
 Kitabın bir yerində o, ürəyini açır:
 “Eyni zamanda da şəxsiyyət üzərində sosial və siyasi nəzarət imkanları artacaq. Tezliklə hər bir vətəndaş üzərində demək olar fasiləsiz nəzarət aparmaq imkanı yaranacaq, eləcə də adi informasiya ilə yanaşı, hər bir insanın sağlamlığının vəziyyəti və davranışı haqqında  ən konfidensial təfərrüatlar toplanan kompüter fayl-dosyelərin daim təzələnməsini həyata keçirmək mümkün olacaq”.
 “Müvafiq dövlət orqanlarının bu fayllara ani çıxış imkanları olacaq. Hakimiyyət informasiyanı nəzarətdə saxlayanların əlində cəmlənəcək. Mövcud dövlət orqanları böhranərəfəsi situasiyaların idarə olunması üzrə idarələrlə əvəz olunacaq. Bu idarələrin vəzifəsi mümkün sosial böhranların qabaqlayıcı şəkildə aşkarlanması və həmin böhranların idarə olunması üzrə proqramların işlənib-hazırlanmasından ibarət olacaqdır”. (Kitabın bu hissəsində ABŞ-ın FEMA agentliyinin strukturu qələmə alınır ki, həmin təşkilat kitab yazılandan çox-çox sonralar meydana çıxmışdı).
 “Bütün bünlar gələcək bir neçə onillik üçün tendensiyalar əmələ gətirəcəkdir ki, onlar TEXNOTRON ERAYA– DİKTATURAYA gətirib çıxaracaq və hazırda mövcud olan siyasi prosedurlar o vaxt demək olar tam şəkildə ləğv olunacaqdır. Nəhayət, əsrin (söhbət XX əsrdən gedir- İ.S.) sonlarına yaxın dövrə əgər indidən nəzər salsaq, ŞÜUR ÜZƏRİNDƏ BİOKİMYƏVİ NƏZARƏT, YALNIZ HƏRƏKƏTLƏRİ VƏ DAVRANIŞI BAXIMINDAN DEYİL, HƏM DƏ İNSAN KİMİ FİKİR YÜRÜTMƏYİ BACARAN VARLIQLARIN YARADILMASI DA DAXİL OLMAQLA İNSANLARLA GENETİK MANİPULYASİYALAR ÜÇÜN AÇILAN İMKANLAR BİR SIRA CİDDİ SUALLAR DOĞURA BİLƏR”.
 Bjezinski bütün bunları fərdi şəxs qismində deyil, prezident Karterin Milli Məsələlər üzrə Müşaviri, “Roma Klubu”nun aparıcı üzvü, Komitet 300-ün, “Beynəlxalq Münasibətlər üzrə Şura”nın üzvü, eləcə də Polşanın çox qədim “Qara Aristokratiyası”nın üzvü kimi yazırdı. Onun kitabında Amerikanın öz industrial bazasından necə imtina etməli və “tamamilə yeni tarixi era” adlandırdığı dövrə necə qədəm qoymalı olduğu izah olunur.
 “Amerikanı unikal edən budur ki, o gələcəyi öz üzərində sınaqdan çıxarır- fərqi yoxdur, bu pop-art, yoxsa LSD olsun. Amerika bu gün– bu, yaradıcı cəmiyyət, qalanları isə şüurlu və ya şüursuz şəkildə onun təqlidçiləridir”. Bjezinski gərək deyəydi ki. Amerika, mahiyyət etibarilə, Komitet 300-ün siyasəti və metodları üçün sınaq poliqonudur; bu siyasət və metodlar birbaşa mövcud nizamın ləğv edilməsinə, Vahid Dünya Hökümətinin– Yeni Dünya Nizamının qurulmasına aparır.
 “Texnotron era”nın fəsillərindən birində yeni texnologiyaların öz inkişafı ilə intensiv qarşıdurmaları, eləcə də sosial və beynəlxalq gərginliyi necə kəskinləşdirəcəyi izah olunur. Nə qədər qəribə olsa da, lakin daimi müşahidə altında olduğumuzdan biz artıq indidən güclü gərginlik keçiririk. Bu cür müşahidə mərkəzlərindən biri– Kubada, Lurdes bazasıdır. İkinci belə bir mərkəz– bu, Belçikada, NATO-nun Brüsseldəki mənzil-qərargahında yerləşır. Burada “666” kod nömrəsi altında nəhəng kompüter quraşdırılmışdır. Bu kompüter Bjezinskinin öz kitabında qeyd etdiyi bütün tiplərdən olan informasiyanı yadda saxlamaq, eləcə də ehtiyac yaranarsa məlumat bazasını əlavə bir neçə milyard adam üçün genişləndirmək imkanına malikdir. Lakin, “Qlobal 2000” proqramında nəzərdə tutulan genosid siyasəti hesaba alınarsa, bu resurslarin nə vaxtsa istifadə olunmasına ehtiyacı, görünür, yaranmayacaq.
 Bu cür informasiya bazasını ABŞ-da istifadə etmək çox asan olacaq– Bjezinski və onun Komitet 300-dən olan həmkarlarının haqqında danışdıqları müşahidənin təmin olunması üçün sürücülük və yaxud sosial sığorta vəsiqəsinin nömrəsini “666” kompüterinə daxil etmək kifayətdir. Komitet 300 hələ 1981-ci ildə bütün hökümətləri, o cümlədən də SSRİ hökümətini xəbərdar edib ki, “Komitet 300 Yeni Dünya Nizamının bərqərar olunması üzrə hazırlıqlara tam nəzarəti öz üzərinə götürməsə, bu halda xaos başlanacaq. NƏZARƏT BİZİM KOMİTƏ, ELƏCƏ DƏ QLOBAL PLANLAŞDIRMA VƏ BÖHRANLARIN İDARƏ OLUNMASI VASİTƏSİLƏ HƏYATA KEÇİRİLƏCƏKDİR”. Beləliklə, VAHİD DÜNYA HÖKÜMƏTİNİN QURULMASINA HAZIRLIQDA İŞTİRAK ETMƏK ÜÇÜN RUSİYA DA DƏVƏT OLUNMUŞDU.
 Lakin artıq 1981-ci ildə sui-qəsdçilərin qlobal planları artıq irəliləmiş hazırlıq mərhələsində idi. Sonrakı 10 ilə nəzər salanda bu planların necə sürətlə həyata keçirildiyini asanlıqla görmək olar. Əgər bu informasiya 1981-ci ildə həyəcan doğururdusa, artıq Amerikanın dağılmasının indiki yekun mərhələsində daha böyük həyəcan doğurur. Əgər qeyri-məhdud maliyyə imkanlarını, bir neçə yüz beyin trestinin və 5.000 nəfər sosial mühəndisin varlığını, informasion məlumat bankının yaradıldığını və dünya hökümətlərinin əksəriyyəti üzərində nəzarət qurulduğunu diqqətə alsaq, onda qarşımızda indiyə qədər görünməmış miqyaslarda problem ortaya çıxır ki, indiki zamanda ayrıca götürülmüş heç bir ölkə onun öhdəsindən gəlməyə qadir deyildir!
 “Tez-tez bildirdiyim kimi, bizim hamımızı bu problemin köklərinin Moskvada olduğuna inandırıblar. Güclü və fasiləsiz beyin yuyulması nəticəsində biz həqiqətən də inanmışıq ki, Amerika üçün ən böyük təhlükə kommunizmdən gəlir. Reallıqda isə işlər tamamilə başqa cürdür. Ən böyük təhlükə bizim öz sıralarımızda olan çoxsaylı xəyanətkarlardan gəlir. Konstitusiyamız bizi öz evimizin içində olan düşmənlərimizi aşkar etməyə çağırır. Bizim Düşmənlərimiz– bunlar, Komitet 300-ün ölkəmizin idarəetmə orqanları strukturlarında yüksək vəzifə tutan nökərləridir. Bizi udub həzm etməklə hədələyən zülmətin qarşısını biz məhz Birləşmiş Ştatlarda almağa borcluyuq; daxilimizdə olan həmin sui-qəsdçiləri biz məhz burada aşkar və məhv etməliyik” (Con Kelman).

VIII yazı: Ölkələrə nümunəvi dərs vermək, onları müstəqilliyin, milli özünüdərkin və suveren bütövlüyün inkişaf etdirilməsi ideyalarından imtina etməyə məcbur etmək üçün təxirəsalınmaz tədbirlər görülür


 “Roma Klubu” həm də Salvadorda gedən 25 illik müharibənin qızışdırılmasında birbaşa iştirak edib- bu, ABŞ Dövlət Departamentində işləyən Elliot Abrams tərəfindən hazırlanan daha geniş bir planın ayrılmaz tərkib hissəsi idi. Salvador qiyamçılarının, xoşbəxtlikdən, uğursuzluğa düçar olan “son hücumunu” Komitet 300-ün üzvü, Sosialist İnternasionalının lideri və Qərbi Almaniyanın keçmiş kansleri Villi Brandt maliyyələşdirirdı. Komitet 300 Salvadoru Mərkəzi Amerikanı yeni Otuz İllik Müharibə zonasına çevirmək üçün istifadə edirdi. Bu vəzifənin, heç də bəd niyyətli səslənməyən, “And Planı” adı altında yerinə yetirilməsi Kissincerə tapşırılmışdı.
 Dövlət sərhədləri sui-qəsdçilərin əməliyyatları üçün maneə təşkil etmir. Məsələn, Villi Brandtın planlaşdırdığı “son hücum” aksiyası, onun o vaxt “Roma Klubu” tərəfindən İspaniyanın baş naziri roluna hazırlanan Felipe Qonsaleslə görüşünün nəticəsində mümkün olmuşdu. Kubada peyda olana qədər Qonsales barədə heç nə bilmirdi. “Roma Klubu” Qonsalesi Salvadorda xüsusi tapşırıqlar üzrə zabit kimi istifadə edirdi və o, general Frankonun ölümündən sonra İspaniyada siyasi hakimiyyətə gələn ilk sosialist oldu.
 1980-ci ilin dekabrında Qonsales “Roma Klubu”nun təşkil etdiyi sosialistlərin anti-reyqançı görüşündə iştirak etmək üçün Vaşinqtona gəldi. Qonsalesin Fidel Kastro ilə görüşündə solçu qiyamçı Gilyermo Unqo iştirak edirdi. Gilyermo Unqo Komitet 300-ün bayrağı altında işləyən ən odioz solçu “beyin trestlərindən” biri, Vaşinqtonda yerləşən “Siyasi Tədqiqatlar İnstitutu”nun- STİ (Institute for Policy Studies- IPS) himayəsi altında fəaliyyət göstərirdi. Unqonun fəaliyyəti üzərində bilavasitə rəhbərliyi STİ-nin əməkdaşı həyata keçirirdi. Həmin şəxs Kastro ilə görüşmək üçün Vaşinqtondan Havanaya gedərkən müəmmalı aviaqəzada həlak oldu.
 Bir çoxları gözəl bilir ki, həm solçu, həm də sağçı siyasi istiqamətlərin hamısına eyni adamlar tərəfindən nəzarət olunur. Bu, solçu Gilyermo Unqonun Salvador sağçılarının lideri mərhum Napoleon Duarte ilə çoxdan dostluq etməsi faktını izah edir. Salvador qiyamçılarının “son hücumu” məhz Kubada keçirilən həmin görüşdən sonra baş tutdu.
 Cənubi Amerika ilə Birləşmiş Ştatların qütbləşməsi Komitet 300-ün Kissincerə həvalə etdiyi xüsusi tapşırıq idi. Malvin müharibəsi (bu, həm də Folklend müharibəsi adlandırılır) və bunun ardınca Argentina hökümətinin devrilməsi, bunun da arxasınca iqtisadi xaos və siyasi özbaşınalıqlar– bütün bunlar Kissincerin, Komitet 300-ün həlledici üzvlərindən biri olan lord Karrinqtonla birlikdə fəaliyyət göstərən köməkçiləri tərəfindən planlaşdırılmışdı.
 Komitet 300-ün ABŞ-da əsas mərkəzlərindən biri, Koloradoda yerləşən “Aspen Humanitar Tədqiqatlar İnstitutu” da Argentinada baş verən, həmçinin də İran şahının devrilməsi ilə başa çatan hadisələrin planlaşdırılmasına kömək edib. Latın Amerikasının ABŞ üçün vacib əhəmiyyəti yalnız onun region ölkələri ilə bağladığımız bir çox hərbi müqavilələrlə ölçülmür. Latın Amerikasının əhəmiyyəti həm də ondan irəli gəlir ki, bura Amerika texnologiyaları, ağır maşınqayırma məhsulları üçün potensial olaraq böyük satış bazarıdır, bu bazar zəifləməkdə olan bir çox ABŞ kompaniyalarına yeni impuls verə və ABŞ-da minlərlə yeni iş yeri yarada bilər. Bunun qarşısı nəyin bahasına olursa-olsun alınmalı idi: hətta buna görə otuz illik müharibəyə başlamaq lazım gəlsə də!
 Bu nəhəng potensialın pozitiv prizmadan nəzərdən keçirilməsi əvəzinə Komitet 300 onu özünün ABŞ-da postindustrial sıfır səviyyəli artım planlarına təhlükəli hədə hesab etdi. Odur ki Argentinanın timsalında Latın Amerikasının qalan ölkələrinə nümunəvi dərs vermək və onları müstəqilliyin, milli özünüdərkin və suveren bütövlüyün inkişaf etdirilməsi ideyalarından imtina etməyə məcbur etmək üçün təxirəsalınmaz tədbirlər gördü. Latın Amerikasında bir çox ölkələrin sağ qalmaq naminə vəsait əldə etmək üçün yalnız narkotika istehsalına müraciət etməsinin səbəbi də məhz budur. Hətta ola bilsin ki, sui-qəsdçilərin bütün bu işdə əsas məqsədi də elə bu olub!
 Amerikalılar bütövlükdə Meksikaya yuxarıdan aşağı baxır və Komitet də buna can atır ki, ABŞ əhalisi bu ölkəyə məhz belə münasibət göstərsin. Meksika özü ilə Amerikada istehsal oluna biləcək hər cür məhsul üçün potensial olaraq çox böyük bazar təcəssüm etdirir ki, bunun sayəsində həm amerikalılar, həm də meksikalılar üçün minlərlə iş yeri açıla bilərdi. ABŞ-ən sənaye müəssisələrinin “sərhəddən cənuba doğru” köçürülməsi və yerli fəhlələrə qul maaşının ödənməsi nə bu, nə də o biri ölkənin maraqlarına uyğun deyil. Bunda yalnız “olimpiyaçılar” maraqlıdır.
 Meksika öz nüvə texnologiyalarının böyük hissəsini Argentinadan alırdı, lakin Malvin müharibəsi buna son qoydu. İnkişaf edən ölkələrə nüvə texnologiyalarının ixracının dayandırılacağı barədə qərarı “Roma Klubu” hələ 1986-cı ildə vermişdi. Ucuz elektrik enerjisi istehsal edən Atom Elektrik Stansiyalarına malik olan Meksika “latınamerikalı Almaniya” ola bilərdi. Hadisələrin bu cür inkişafı, İsrail üçün nəzərdə tutulan nüvə texnologiyalarından başqa, hər cür nüvə texnologiyasının ixracını 1991-ci il üçün dayandıran sui-qəsdçilər üçün fəlakət olardı.
 Komitet 300 Meksikanın feodal kənd təsərrüfatı ölkəsi kimi qalmasını planlaşdırır, çünki bu, Meksika neftini asanlıqla nəzarət altına almağa və onu qarət etməyə imkan verərdi! Stabil və çiçəklənən Meksika yalnız Birləşmiş Ştatlara xeyirli ola bilər. Lakin sui-qəsdçilər məhz bunun qarşısını almaq istəyir və buna görə onlar onilliklərdir ki, Meksikaya qarşı müxtəlif insinuasiyalar həyata keçirir, şər-böhtan yayır və birbaşa iqtisadi müharibə aparırlar. Keçmiş prezident Lopes Potilio hakimiyyətə gələnə və bankları milliləşdirənə qədər Meksika hər gün 200 milyon dollar itirirdi. Bunu Komitet 300-ün Uoll Stritin bank və broker evlərində əyləşən nümayəndələri təşkil edirdi.
 “Əgər ABŞ-a siyasətbazlar yox, dövlətçiliyin qədrini bilən adamlar rəhbərlik etsəydi, biz birgə fəaliyyət göstərə və Vahid Dünya Hökümətinin– Yeni Dünya Nizamının Meksikanın əvvəlki aciz vəziyyətə qaytarılması ilə bağlı planlarının qarşısını ala bilərdik. Əgər biz “Roma Klubu”nun Meksika ilə bağlı planlarını alt-üst edə bilsəydik, bu Komitet 300 üçün şok olardı və o bundan belə tezliklə özünə gələ bilməzdi. “İllüminatlar”ın varisləri yalnız Meksika üçün deyil, həm də ABŞ üçün ciddi təhlükə təşkil edir. Biz Meksikada vətənpərvər qüvvələrlə ümumi dil taparaq ABŞ-da elə bir qüdrətli qüvvəyə çevrilə bilərdik ki, onunla hesablaşmamaq artıq qeyri-mümkün olardı. Lakin bunun üçün güclü liderlər lazimdir ki, hazırda bizdə məhz liderlik çatışmır” (Con Kelman, “SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ”).
 Komitet 300 öz nəzarəti altında olan təşkilatlar vasitəsilə Reyqanın prezidentliyinin nəticələrini heçə endirə bilmişdi. “Miras Fondu”ndan (“The Heritage Foundation”) olan Stüart Batler bu haqda belə demişdi: “Sağçılar 1980-ci ildə qələbə qazandıqlarını düşünürdülər, lakin gerçəklikdə onlar məğlub oldular”. Batler bunu, Reyqan administrasiyasında bütün postların “Miras Fondu”nun təqdimatı ilə “Fabian Cəmiyyəti” tərəfindən təyin edilən adamlar tərəfindən tutulduğunu anlayan sağçıların düşdükləri situasiya ilə bağlı deyirdi. Daha sonra Batler bildirirdi ki, “Miras Fondu” Birləşmiş Ştatlara solçu radikal prinsipləri sırımaq üçün sağçıların ideyalarından istifadə edəcək. Bütün bunlar ABŞ-ın əsas fabianisti və “Miras Fondu”nda bir nömrəli adam olan Ser Piter Vikkers-Hollun prezident seçkilərindən əvvəlki bir il ərzində açıq müzakirə etdiyi radikal ideyalar idi.
 Mühafizəkar “beyin trestinə” rəhbərlik etməsinə baxmayaraq Ser Piter Vikkers-Holl fəal fabianist olaraq qalırdı. Silah istehsal edən müəssisələri olan Böyük Britaniynın oliqarxik Vikkerslər ailəsinin üzvü kimi, Ser Piter nüfuz və hakimiyyətə malik idi. Vikkerslər ailəsi Birinci Dünya Müharibəsində hər iki tərəfə, eləcə də Hitler Almaniyada hakimiyyətə gələn dövrdə ona da silah satırdı. Ser Piter Vikkers-Holl üçün rəsmi “örtük” (Əsl fəaliyyəti ört-basdır edən formal vəzifə) “Kaliforniya Universiteti” nəzdində olan “Şəhər və Regional İnkişaf İnstitutu”dur. O, Böyük Britaniya leyboristlərinin lideri və Komitet 300-ün üzvü Entoni Vedjvud Bennin uzun müddət ərzində səlahiyyətli nümayəndəsi olub.
 Vikkers və Benn– bu şəxslərin hər ikisi beyinlərin yuyulması üzrə dünyanın əsas idarəsi olan “Tavistok İnsan Münasibətləri İnstitutu” ilə sıx əlaqələrə malikdir. Tavistokda keçdiyi hazırlığını Vikkers öz nitqlərində məharətlə istifadə edir. Aşağıdakı nümunəni nəzərdən keçirməyi təklif edirəm:
 “İki Amerika vardır. Biri– bu, ağır maşınqayırmaya əsaslanan XIX əsrin cəmiyyətidir. Digəri– köhnə Amerikanın qalıqları əsasında qurulan və böyüməkdə olan postindustrial cəmiyyətdir. Növbəti onillikdə məhz bu iki dünya arasındakı münasibətlərdə yaranacaq böhran sosial və iqtisadi fəlakətlər meydana çıxacaq. Bu iki dünya bir-biri ilə dərin ziddiyyət vəziyyətindədir, onlar birgə yaşaya bilmir. Postindustrial dünya əvvəl-axır digərini yer üzərindən siləcək”. Xatırladım ki, bu nitq 1981-ci ildə edilib və indiki iqtisadiyyatın və sənayenin vəziyyətinə nəzər salanda Ser Piterin öncəgörmələrinin nə dərəcədə dəqiq olduğunu görə bilərik. 1991-ci ildə başlanan iqtisadi enmənin hələ nə qədər davam edəcəyini soruşan amerikanlarada Ser Piterin nitqlərini oxumağı məsləhət görürəm. Onlar bilməlidirlər ki, bu süqut davam edəcək, 1960-70-ci illərdən tanıdığımız həmin Amerika artıq olmayacaq. Həmin Amerika artıq ölüb!
 Ser Piter bu nitqi peyğəmbərcəsinə edilən nitq idi. Lakin məsələ ondadır ki, Amerikanın gələcəyini öncədən söyləmək üçün Komitet 300-ün və onun icraedici orqanı olan “Roma Klubu”nun artıq tərtib edilmiş planlarına əsaslanmaq da kifayət edərdi. Ser Piter evfemistik üslublu nitqində nə haqda danışırdı? Bizim adi dilə çevirəndə bu o deməkdir ki, köhnə amerikan həyat tərzi, həqiqi və bütün cəmiyyətin etibarını qazanan konstitusion respublika üsul-idarəmiz Yeni Dünya Nizamı ilə əvəzlənməlidir. Bizim tanıdığımız həmin o Amerika ya özü getməli, ya da məhv edilməlidir.
 Artıq dediyim kimi, Komitet 300-ün üzvləri tez-tez hamının gözü önündə fəaliyyət göstərir. Bu mənada Ser Piter Vikkers-Holl da istisna təşkil etmir. Onun haradan gəldiyini hamının başa düşməsi üçün o, nitqini belə tamamlamışdı:
 “Mən çox xoşbəxtəm ki, “Miras Fondu” və digər bu kimi qruplarla işləmişəm. Həqiqi fabianlar “Yeni sağçıların” köməyi ilə özlərinin bəzi radikal ideyalarını hərəkətə gətirə biləcəklərinə ümid edirlər. Təbliğat 10 ildən çoxdur ki, Böyük Britaniya cəmiyyətinin beyninə sənayenin onu uçuruma dartdığını yeridir. Bütün bunlar doğrudur, lakin bu təbliğatın son nəticəsi əhalinin mənəvi ruh düşgünlüyü oldu” (Tavistokdan olan “yeni elm” üzrə mütəxəssislər məhz elə bunu planlaşdırırdı).
 “İqtisadi vəziyyət pisləşdikcə Birləşmiş Ştatlarda da bu hal baş verəcək. Bu (mənəvi ruh düşgünlüyü), insanları ağır seçim etməyə məcbur etmək üçün zəruridir. Əgər gələcək planlaşdırılmasa və yaxud seçicilər tərəqqiyə maneçilik törətsələr, onda elə bir ictimai xaos yaranacaq ki, onun miqyaslarını indi təsəvvür etmək belə qeyri-mümkündür. Şəhər Amerikasının perspektivləri çox kədərlidir. Hələ ki iri şəhərlərlə nə isə etmək imkanı var, şəhər əhalisi ixtisar olunacaq və sənaye bazası sarsılacaq. Nəticədə bu, sosial konvulsiyalar meydana çıxaracaq”.
 Ser Piter medium, dahi maq, yoxsa uğurlu rəml atan adi falabaxan-şarlatan idi? Əlbəttə ki, yox. Ser Piter, sadəcə olaraq, Komitet 300 və “Roma Klubu”nun Birləşmiş Ştatların bir vaxtlar qüdrətli sənayesinin tədricən öldürülməsini nəzərdə tutan planını səsləndirmişdi. Ser Piterin öz öncəgörməsini söylədiyi vaxtdan ötən on il geriyə nəzər salanda kimsə Komitet 300-ün ABŞ sənayesinin dağıdılması üzrə planlarının reallığa çevrildiyinə şübhə edə bilərmi?

IX yazı: Onların məqsədi bir tərəfdən sənaye fəhlələri, digər tərəfdən isə, necə deyərlər, “kapitalist sinfi” və müdirlər arasında qarşıdurma yaratmaqdır   

 Doğru deyilmi ki, Ser Piterin öncəgörmələri heyrətamiz dərəcədə dəqiq olmuşdur? Bu, son sözünə qədər həqiqətən də belədir. Qeyd etmək lazımdır ki, Ser Piter Vikkers (ser Piter Vikkers-Hollun qaynatası) “Stenford Tədqiqat İnstitutu”nun “İnsan obrazının dəyişdirilməsi” məruzəsi üzərində işləmişdir və Reyqan administrasiyasına göndərilən 3 000 səhifədən ibarət məsləhətlərin həlledicilərinin əksəriyyəti məhz həmin məruzədən götürülmüşdü. Bundan başqa, Ser Piter Vikkers Böyük Britaniyanın Mİ-6 kəşfiyyatının yüksək vəzifəli zabiti olaraq “Miras Fondu”na çoxlu məxfi informasiya ötürə bilərdi. Komitet 300 və NATO-nun üzvü olan Ser Piter Vikkersin Amerikanın inkişaf istiqamətini köklü surətdə dəyişməli olan sosial proqramın hazırlanmasının NATO tərəfindən “Roma Klubu”na tapşırılmasına da aidiyyatı olub. “Roma Klubu” “Tavistok İnsan Münasibətləri İnstitutu”nun göstərişi ilə “Stenford Tədqiqat İnstitutu”na belə bir proqramın yalnız Amerika üçün deyil, Şimali-Atlantika blokunun bütün üzvləri, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) bütün üzv-ölkələri üçün hazırlanmasını tapşırmışdı.
 Ser Piterin protejesi olan Stüart Batlerin prezident Reyqana ötürdüyü 3 000 səhifədən ibarət “məsləhətlərdə”, heç bir şübhə yoxdur ki Böyük Britaniya parlamentinin deputatı və Komitet 300-ün üzvü Entoni Vedjvud Bennin bəzi fikirləri də öz əksini tapmışdı. Benn 1980-ci ilin dekabrın 8-də Vaşinqtona toplaşan Sosialist İnternasionalının üzvlərinə bunları demişdi: “Əgər siz Reyqana kredit kollapsının sürətləndirilməsində kömək etsəz, onda Volkerin kredit kollapsı şəraitində qalib gələ bilərsiniz”.
 Reyqanın iqtisadi siyasəti şəraitində ssuda-əmanət və bank sahələrinin süqutunun daha da güclənməsi, Batlerin məsləhətlərinin Reyqan administrasiyası tərəfindən qəbul olunduğu və istifadə edildiyi faktını təsdiq edir. Benn “köməklik etsəz” deyəndə, əslində Reyqanın beynini yumaq lazım olduğunu nəzərdə tuturdu. Qeyd etmək lazımdır ki, “Miras Fondu”nun əsasını qoyanlardan biri olan fon Hayek, Amerikanın sənaye industriyasının dağıdılması üzrə “Roma Klubu”nun planlarının həyata keçirilməsi işinə başçılığı öz şagirdi Milton Fridmana həvalə etmişdi. İlk növbədə poladtökmə, eləcə də avtomobil və tikinti sahələrinin kollapsını sürətləndirilmək üçün bu planda Reyqan administrasiyasının siyasətindən istifadə olunmalı idi.
 Bundan başqa, ABŞ-ın poladtökmə sənayesinin sarsıdılması vəzifəsi həm də Komitet 300-ün, eyni zamanda da Fransa “Qara Aristokratiyası”nın üzvü olan Etyen d'Avignonun qarşısına qoyulmuşdu. Son on ildə işini itirən minlərlə metallurq və gəmi tərsanəsi işçisinin heç olmasa biri çətin ki D'Avignon haqqında eşitmiş olsun. Con Kelman “Economic Review” nəşrinin 1981-ci il aprel nömrəsində d'Avignonun planını tam həcmdə dərc etdirib. “Roma Klubu”nun 1980-ci ilin dekabrında Vaşinqtonda keçirilən həmin taleyüklü toplantısında İrandan bir sirrli adam iştirak edirdi. Aydınlaşdırıldı ki, o, ayətullah Xomeyninin elçisi Bəni Sədr olub.
 1980-ci il dekabrın 10-da keçirilən konklavda bir nitq xüsusilə diqqəti cəlb edir. Əsas etibarilə ona görə ki onu Fransua Mitteran– fransız isteblişmenti tərəfindən rədd edilən və hesabdan silinən adam– söyləyirdi. Lakin mənbələr bundan bir qədər əvvəl xəbər vermişdilər ki, Mitteranın arxivdən çıxarılması, tozunun çırpılması və hakimiyyətə qaytarılması üçün artıq iş gedir– Mitteranın dedikləri məhz buna görə üçün çox maraqlı idi:
 “Kapitalist sənaye inkişafı azadlıqla bir araya sığmır. Biz buna son qoymalıyıq. XX və XXI əsrin iqtisadi sistemləri insanı əzmək üçün maşınlardan istifadə edəcək və bu ilk növbədə atom enerjisi sahəsində baş verəcək ki, burada artıq əhəmiyyətli nailiyyətlər qazanılmışdır”.
 Mitteranın Yelisey sarayına qayıdışı sosializmin əzəmətli triumfu oldu. Bu hal sübut etdi ki, Komitet 300 hadisələrin gedişini və ardıcıllığını öncədən demək üçün artıq kifayət qədər nüfuz və təsir sahibi, sonra isə onları ya zorla, ya da qarşıya qoyulan vəzifələrə çatmaq üçün tələb oluna bilən başqa vasitələrlə həyata keçirməyə qadir olan bir təşkilata çevrilmişdir. Bu hadisə həm də bunu sübut etdi ki, Komitet istənilən müqaviməti qırmağa qadirdir- hətta Parisdə siyasi hakimiyyəti əlində cəmləşdirən qrup tərəfindən tamamilə rədd edilən Mitteranla bağlı vəziyyətdə də.
 1980-ci ilin dekabrında Vaşinqtonda baş tutan görüşdə “müşahidəçi statusunda olan” daha bir qrupun nümayəndəsi qismində Con Qrexem iştirak edirdi- o, həm də “Antidiffamasion Liqa”nın İstintaq Komitəsinin rəhbəri İrvin Suall kimi tanınır. “Antidiffamasion Liqa” birbaşa Böyük Britaniya kəşfiyyatının nəzarəti altındadır və onun üç bölməsinin hamısı, yəni Mİ-6 və JİO tərəfindən idarə olunur. Özünün üfunətli fəndlərinin geniş dəstini o, London İst-Endinin çirkab kanallarından götürmüşdür. Suall bu günə qədər də Böyük Britaniyanın yüksək səviyyəli məxfi idarəsi olan SİS-in, Ceyms Bond ruhunda əməliyyatlarla məşğul olan elit xüsusi bölmənin ştatındadır. ADL-in nə gücünü, nə də onun uzun əllərini düzgün qiymətləndirməmək məsləhət görülmür.
 İrvin Suall Ser Piter Holl və digər fabiançılarla sıx kontaktda işləyir. Böyük Britaniya kəşfiyyatı onu öz nəzarəti altına, o, hələ İngiltərənin Oksford Universitetinin Ruskir Labour kollecində- bu həmin kommunistmeylli təhsil mərkəzidir ki, bizə Milneri, Rodsu, Börcesi, MakLini və Kim Filbini vermişdir - təhsil alan vaxt salmışdı. Oksford və Kembric Universitetləri artıq çoxdandır ki, valideynləri Böyük Britaniyanın ali cəmiyyətinin “qaymağı” hesab edilən elitanın oğlan və qızları üçün təhsil müəssisəsidir. İrvin Suall Oksfordda “Gənc Sosialistlər Liqası”na daxil oldu və tezliklə Böyük Britaniya kəşfiyyatı tərəfindən ələ alındı.
 İrvin Suall Birləşmiş Ştatlara göndərilmişdi və o, burada ölkənin ən odioz solbaz ideoloqlarından olan Uolter Lipmanın himayəsi altında olub. Lipman “İndustrial Demokratiya Uğrunda Liqa”nın, həmçinin “Tələbələr Demokratik Cəmiyyət Uğrunda” təşkilatın əsasını qoymuşdur və onlara rəhbərlik edir. Hər iki təşkilat döyüşkən solçu təmayüllüdür və onların məqsədi– bir tərəfdən sənaye fəhlələri, digər tərəfdən isə, necə deyərlər, “kapitalist sinfi” və müdirlər arasında qarşıdurma yaratmaqdır. Lipmanın bütün Amerikaya bərqərar olan hər iki layihəsi həmişə Komitet 300-ün strukturunun ayrılmaz tərkib hissəsi, Lipmanın özü isə Komitetin ən mühüm üzvlərindən biri olub.
 İrvin Suall Birləşmiş Ştatların Ədliyyə Nazirliyi ilə sıx əlaqələrə malikdir və o, maraqlandığı istənilən şəxs haqqında ABŞ Federal Təhlükəsizlik Bürosundan (FTB) dosye ala bilər. Ədliyyə Nazirliyi İrvin Suallın maraqlandığı hər şeyi istənilən anda ona təqdim etmək barədə göstəriş vermişdir. Suallın əsas fəaliyyəti “sağçı təmayüllü istənilən qrup və şəxsləri nəzər dairəsində saxlamağa” yönəlmişdir. ABŞ-ın Dövlət Departamenti özünün böyük təsirə və geniş əhatəyə malik olan kəşfiyyat idarəsini Suallın xidmətlərinə təqdim etmişdir və bu idarənin qapıları onun üçün həmişə açıqdır.
 ABŞ Dövlət Departamenti sağların düşərgəsində özlərini “qorxu-hürküsüz antisemit-mübariz” kimi qələmə verən və bütöv bir təbəqə təşkil edən agentlərə malikdir. Bu informatorlar qrupu dörd liderə malikdir ki, onların üçü adi yəhudi-homoseksualistdir. Qrup artıq iyirmi ildir fəaliyyət göstərir, kəskin anti-yəhudi “qəzetlər” nəşr edir və satışda geniş seçimdə anti-semit ədəbiyyata malikdir. Onun əsas şöbələrindən biri Luiziana ştatında yerləşir. Bu qrupda bir yazıçı var ki, xristian dairələrində onun üçün lap ürəkləri gedir. Bütün qrup və onu dəstəkləyən şəxslər ADL-in müdafiəsi altındadır. İrvin Suall ABSCAM-in (Federal Təhlükəsizlik Bürosunun “Rüşvətxorluğun və Korrupsiyanın Aşkarlanması üzrə Məxfi Təhriketmə Əməliyyatları Sistemi”) əməliyyatlarına əsaslı şəkildə daxil edilmişdir. Bu qrup və hüquq-mühafizə orqanları tərəfindən tez-tez istintaqa köməklik göstərmək və təhriketmə əməliyyatlarını həyata keçirmək üçün cəlb olunub.
 Yeni seçilmiş prezident üçün müəyyən edilən kursdan Ronald Reyqanın kənara çıxmaması üçün “Miras Fondu” İrvin Sualla ona “düzəliş vermək” tapşırığını vermişdi- əgər Reyqan kənara çıxmağa başlasa və ya gözlərindən pərdəni atmağa cəhd göstərsəydi, onda Suall bir neçə “xəbərdarlıq atəşi” açmalı idi. İrvin Suall Reyqan administrasiyasında “Miras Fondu”na əl verməyən sağ təmayüllü istənilən müşavirdən yaxa qurtarmağa köməklik edirdi. Reyqan hökümətinin Əmək naziri Rey Donovan belələrinin siyahısına düşdü və ADL-in “çirkin əməliyyatlar şöbəsinin” səyləri ilə əvvəl-axır postundan salındı. İrvin Suallın Donovan haqqında nifrət dolu məktublarını prezidentə çatdıran vasitəçi Ceyms Beyker idi. Ceyms Beykerin özünün də namizədliyi “Miras Fondu”nun məsləhət gördüyü şəxslər siyahısına daxil edilmişdi.
 Daha bir mühüm sui-qəsdçi,  Mərkəzi Kəşfiyyat İdarəsindən necə deyərlər, “düşmən tərəfə keçən” Filipp Eyci idi. O, Komitet 300-ün üzvü olmadığına baxmayaraq, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun (BİKİ) və “Beynəlxalq Münasibətlər üzrə Şura”nın (BMŞ) rəhbərliyi altında Meksikada xüsusi tapşırıqlar üzrə agent kimi fəaliyyət göstərirdi. Məlumat üçün: ABŞ-da baş verən hər şey mütləq “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” tərəfindən sanksiyalaşdırılmalıdır. ABŞ-la Böyük Britaniya arasında, ilk dəfə açıq şəkildə 1938-ci ildə Uinston Çörçill ilə Franklin D.Ruzvelt arasında bağlanan (buna qədər gizlin müqavilələr çox olmuşdu) müqavilə qüvvədədir. Bu müqavilənin şərtlərinə görə, Birləşmiş Ştatların kəşfiyyat idarələri öz üzərlərinə məxfi məlumatları Böyük Britaniya kəşfiyyatına ötürmək barədə öhdəlik götürürdü.

X yazı: Güclü şəxsiyyət təsəvvürü yaradan və milləti "xilas" etmək üçün gözlənilmədən meydana çıxan istənilən ümumilli liderə son dərəcə şübhə ilə yanaşın

 Böyük Britaniya və ABŞ arasında mövcud olan, Çörçill və Lord Qalifaksın öyündükləri, "xüsusi münasibətlər" adlandırılanın bünövrə bax bu cürdür. Və məhz həmin bu "xüsusi münasibətlər" ABŞ-ı Böyük Britaniya maraqları, xüsusilə də British Petroleum kompaniyasının maraqları naminə Fars körfəzində İraqa qarşı vuruşmağa məcbur etdi. British Petroleum Komitet 300-ün ən mühüm kompaniyalarından biridir və Kraliça Yelizavetanın ailəsinin bu kompaniyada böyük kapital payı var.
 Bütün kəşfiyyat fəaliyyəti 1938-ci ildən etibarən həmin bu birgə xüsusi komanda strukturunun nəzarəti altında həyata keçirilirdi. Filipp Eyci Mərkəzi Kəşfiyyat İdarəsinə "Notr Dam" Universitetini– burada o, iezuit frankmasonluq dairəsinə qəbul olunmuşdu– bitirdikdən sonra daxil olmuşdu. Eyci ilk dəfə diqqəti 1968-ci ildə, Mexiko Universitetində baş verən özbaşınalığın arxasında duran kəşfiyyat xidmətinin zabiti kimi cəlb etdi. Meksikada tələbə özbaşınalığının ən mühüm xüsusiyyətlərindən biri, onun Nyu-Yorkda, Bonnda, Praqada və Qərbi Berlində baş verən tələbə özbaşınalıqları ilə eyni vaxtda baş verməsi idi.
 Fəaliyyətin əlaqələndirilməsi üzrə zəngin təcrübəyə və xüsusi kəşfiyyat şəbəkəsinə- İNTERPOL onun tərkib hissəsidir –malik olan Komitet 300 üçün vaxt etibarilə çox dəqiq razılaşdırılmış qlobal aksiyaları işə salmaq, ilk baxışda görünə bilən kimi heç də çətin deyil. Belə aksiyalar tələbə özbaşınalıqları da, suveren (çoxlarının hesab etdikləri kimi) dövlətlərin liderlərinin devrilməsi də ola bilər. Eyci Meksikadan başqa bir hədəfə- Puerto-Riko terrorçu qruplarına keçdi. Bu vaxt o, Kubanın diktatoru Fidel Kastronun səlahiyyətli nümayəndəsi oldu.
 Ağlınıza gəlməsin ki, Eyci bütün bu əməliyyatları "qırmızı" agent kimi həyata keçirirdi. Əksinə, bütün bu vaxt ərzində o, Mərkəzi Kəşfiyyat İdarəsinə işləyib. Problemlər, Kubanın DGİ kəşfiyyat xidməti onu "açmağın" öhdəsindən gələndən sonra başlandı. Eyci MKİ-nin agenti qismində öz fəaliyyətini, onun ikiqat agent rolunun üstü açılan vaxta qədər davam etdirdi. Onun ifşa olunmasında sovetlərin Qərbdə ən böyük, Kubada, Lurdesdə yerləşən dinləmə postunun həlledici rolu olmuşdu. Məlumatların ələ keçirilməsi və şifrlərin açılması üzrə 3 000 sovet mütəxəssisi ilə komplektləşdirilən bu baza eyni vaxtda minlərlə elektron siqnalı izləməyə qadirdir. Konqresin üzvləri ilə onların məşuqələri arasında şəxsi telefon danışıqlarının çoxu ələ keçirilmiş və fayda ilə istifadə olunmuşdu.
 Bu gün bizə "kommunizmin ölü" olduğunu deyirlərsə də, Birləşmiş Ştatlar demək olar ki onun kandarında əyləşən çox böyük cəsus təşkilatının bağlanması üçün heç nə etməyib. Halbuki Lurdesdəki baza faks və ya elektrik yazı maşınının şüalandırdığı ən zəif "qığılcım" siqnalını da tutmağa qadirdir, özü də bu siqnalın şifrəsini açmaqla yazı maşınında yazılan və ya faksla ötürülən nə varsa, hər şeyi görmək mümkündür. Lurdes bazası Birləşmiş Ştatların ürəyinə sancılmış xəncər kimi qalmaqda davam edir. Onu saxlamaq üçün qətiyyən heç bir səbəb yoxdur. Əgər ABŞ və SSRİ bir-biri ilə həqiqətən də sülh vəziyyətindədirsə, onda belə iri cəsus bazası nəyə gərəkdir? Bütün həqiqət ondan ibarətdir ki, inandırmağa çalışdıqları kimi, bazanın personalının ixtisarı əvəzinə, 1990 və 1991-ci illərdə KQB burada işə əlavə əməkdaş qəbul etmişdir.
 Kurt Levinin adı Birləşmiş Ştatlarda yəqin az tanınır. Dekadent "pop-ulduzlardan" və ya Hollivudun son miskin "kəşflərindən" fərqli olaraq, alimlər publikanın diqqətini ya nadir hallarda, ya da ümumiyyətlə cəlb etmir. "Roma Klubu"nun nəzarəti altında Birləşmiş Ştatlarda işləyən yüzlərlə alimin arasında Kurt Levin İrana, Filippinə, Cənubi Afrikaya, Nikaraquaya və Cənubi Koreyaya qarşı xəyanətkar fəaliyyətdə oynadığı rol səbəbindən xüsusi diqqətə layiqdir. İran şahının devrilməsi Robert Andersonun rəhbərlik etdiyi "Aspen İnstitutu"nun nəzarəti altında Kurt Levin və Riçard Falk tərəfindən işlənmiş plan üzrə baş verirdi.
 Levin "Zamanın perspektivləri və mənəvi ruh" adlı əsərin müəllifidir. "Roma Klubu"nun bu publikasiyası özü ilə millətin və ayrı-ayrı liderlərin mənəvi ruhunun sındırılması üzrə rəhbəredici vəsaiti təcəssüm etdirir. Budur, bu sənəddən bəzi iqtibaslar:
 "Vahimə strategiyası vasitəsilə mənəvi ruhun qırılmasının əsas metodlarından biri aşağıda göstərilən bu taktikaya dəqiqi əməl olunmasından ibarətdir: insanı onun cari vəziyyəti və onu gələcəkdə gözləyə bilənlərlə bağlı qeyri-müəyyən vəziyyətdə saxlamaq lazımdır. Bundan başqa, əgər sərt intizam cəzaları ilə onunla yaxşı davranılacağı barədə vədlər arasında baş verən xüsusi əvəzləmələr yayılan ziddiyyətli xəbərlərlə birlikdə situasiyanın koqnitiv strukturunu qeyri-aydın edirsə, onda insan hər hansı bir konkret planın onu arzu olunan məqsədə yaxınlaşdıracağı və ya əksinə, bu məqsəddən uzaqlaşdıracağı barədə təsəvvürlərini və əminliyini itirir. Belə şəraitdə hətta dəqiq planı və risq etməyə hazır olan şəxslər də nə etmək lasım olduğu ilə əlaqədar meydana çıxan güclü daxili konflikt sayəsində mənəvi cəhətdən iflic vəziyyətə düşmüş olurlar".
 "Roma Klubu"nun bu proqramı həm ölkələrə, həm də ayrı-ayrı şəxslərə, xüsusilə bu ölkələrin dövlət rəhbərlərinə münasibətdə tətbiq olunur. Planın ABŞ-da hazırlanmasına rəğmən düşünməyin ki, "Hər halda Amerikada Bəsdirin bu cür işlər baş verə bilməz". Əksinə, bütün bunlar ABŞ-da da, hətta ola da bilsin ki, digər ölkələrlə müqayisədə daha tez-tez baş verir!
 Levin–"Roma Klubu" planı bizim hamımızı ruh düşgünlüyünə salmaq məqsədini güdür ki, biz, bizim üçün planlaşdırılan hər şeyi əvvəl-axır dinməzcə qəbul edək. Biz "Roma Klubu"nun əmrlərinə qoyun kimi əməl edəcəyik! Güclü şəxsiyyət təsəvvürü yaradan və milləti "xilas" etmək üçün gözlənilmədən meydana çıxan istənilən liderə son dərəcə şübhə ilə yanaşmaq lazımdır. Xatırlayaq ki, Xomeyni gözlənilmədən İranın xilaskarı kimi peyda olana qədər Böyük Britaniya kəşfiyyatı uzun illər ərzində -xusüsilə də o, Parisdə yaşadığı dövrdə- onu missiyası üçün hazırlayıb. Boris Yeltsin də Mİ-6 -SİS-ın elə həmin ilxısındandır.
 "Roma Klubu" Birləşmiş Ştatların "yumşaldılması" barədə Komitet 300-ün tapşırığını yerinə yetirdiyinə əmindir. Bu ölkənin xalqı ilə 45 il ərzində apardığı müharibədən sonra kim tərəddüd edər ki, o həqiqətən də öz tapşırığını yerinə yetirmişdir? Amerikaya nəzər yetirin və siz onların mənəviyyatsızlıq girdabına nə dərəcədə qərq olduqlarını görəcəksiniz. Narkotiklər, pornoqrafiya, rok-"musiqi". Azad seks, ailənin əsaslarının praktiki olaraq tamamilə dağıdılması, lesbiyançılıq, homoseksualizm və nəhayət, anaları tərəfindən dəhşətlə öldürülən milyonlarla günahsız körpə. Abortlarla müqayisədə daha iyrənc başqa bir cinayət varmı?
 Birləşmiş Ştatlar daxili süqut astanasında durduğunu və onun yeni Qaranlıq Əsrlərdə olacaq Vahid Dünya Hökümətinin ağuşuna yıxılmağa hazir olduğunu kim inkar edər? Əgər ABŞ ruhi və mənəvi müflisdirsə, əgər onun sənaye bazası dağıdılıbsa, əgər ölkədə 30 milyon işsiz varsa, əgər ABŞ şəhərləri– istənilən ölkə ilə müqayisədə üçqat artıq səviyyədə olan ağla gələn hər cür cinayətlərin dəhşətli klaokasıdırsa, əgər ölkədə 4 milyon evsiz varsa, əgər hökümətdə korrupsiya ucdantutma hamıya sirayət edərək, görünməmiş miqyas alıbsa– KİM BUNU İNKAR EDƏ BİLƏR?
 "Roma Klubu" xristian kilsələlərinin parçalanması işində istədiyinə nail olub; "Roma Klubu" sionist İsrail dövləti uğrunda döyüşməyə hazır olan xarizmatik fundamentalistlərdən və yevangelistlərdən ibarət bütöv bir ordunun yaradılması işində istədiyinə nail olub. Fars körfəzində genosid müharibəsinin aparıldığı dövrdə müharibə əleyhdarları onlarla məktub alırdılar. Bu məktublarda soruşurdular ki, "İraqa qarşı ədalətli xristian müharibəsinin" əleyhinə niyə çıxırsınız? İraqa qarşı aparılan müharibənin (Komitet 300-ün müharibəsinin) xristian fundamentalistləri tərəfindən dəstəkləməsinin İncildə deyilmədiyini axı onlara necə başa salmaq olardı? Məgər qırğını başlanmazdan əvvəl Bill Qrexem prezident Buşla birlikdə dua etməmişdilər? Məgər İncil "müharibələr və müharibələr haqqında şayiələr" barədə heç nə demir?
 Həmin məktublar da Tavistok İnstitutunun öz işini necə yaxşı gördüyünü göstərir. Xristian fundamentalistləri, necə planlaşdırılıbsa, İsrail dövlətini dəstəkləyən çox güclü qüvvəyə çevriləcək. Necə də kədərlidir- bu gözəl insanlar dərk etmirlər ki, "Roma Klubu" onlarla KOBUD ŞƏKİLDƏ MANİPULYASİYA EDİR, onların rəyləri və inamları ONLARA MƏXSUS DEYİL, Komitet 300-ün ABŞ-ın bütün ərazisinə səpələnən yüzlərlə "beyin mərkəzi" tərəfindən yaradılmışdır. Başqa sözlə, Birləşmiş Ştatlar əhalisinin digər təbəqələri kimi, xristian fundamentalistləri və yevangelistləri də güclü və dəqiq yerinə yetirilən beyin yuyulmasına məruz qalıblar.
 Bu gün amerikanlar bir vaxtlar bütün dünyanın paxıllıq obyekti olan Amerika Birləşmiş Ştatlarının və amerikan həyat tərzinin fəlakətə uğramasının şahidi olurlar. Düşünmək sadəlövhlik olardı ki, bu özbaşına baş vermişdir, "zəmanə dəyişir..." tipli köhnə sindromlara burda işləmir. Zaman heç nəyi dəyişmir, bunu İNSANLAR edir. Komitet 300-ün və "Roma Klubu"nun sırf Avropa təşkilatları olduğunu düşünmək yanlışlıqdır. "Roma Klubu" Birləşmiş Ştatlarda çox böyük təsirə və hakimiyyətə malikdir; "Roma Klubu" Vaşinqtonda, Kolumbiya ştatında öz fərdi kapituluna (Vaşinqtonda Kapitoli təpəciyində yerləşən ABŞ Konqresi) malikdir.
 Onun lideri senator Kleyborn Pelldir, onun üzvlərindən biri isə Konqresin Energetika üzrə Alt Komitəsinin keçmiş direktoru Frenk M.Potterdir. "Roma Klubu"nun ABŞ-ın energetika sahəsində siyasətini necə sərt nəzarətdə saxladığını və nüvə energetikasına qarşı "yaşıl" müxalifətin haradan peyda olduğunu görmək çətin deyil. Ola bilsin ki Klubun ən böyük nailiyyəti də məhz elə Konqresin ABŞ-da nüvə energetikasının inkişafını ləngitməsidir, çünki bunun nəticəsində ölkə XXI əsrə güclü industrial dövlət kimi qədəm qoya bilməyəcək. Klubun nüvə əleyhinə siyasətinin effektini dayandırılan domna sobalarının, atılıb qalan dəmir yol stansiyalarının, pas atan metallurgiya zavodlarının, çoxdan bağlanan gəmiqayırma tərsanələrinin, eləcə də bütün ölkəyə səpələnən, bir daha bir yerə toplanması artıq mümkün olmayacaq yüksək ixtisaslı və çox qiymətli fəhlə qüvvəsinin sayı ilə ölçmək olar.
 "Roma Klubu"nun ABŞ-da digər üzvləri Konqresin Tədqiqat Xidmətində çalışan Uolter A.Han, eləcə də görkəmli iqtisadçılar Ənn Çitem və Duqlas Rossdur. Rossun özünün sözlərinə görə, onun vəzifəsi "ölkəyə bolluq illüziyasından xilas olmağa kömək etmək üçün "Roma Klubu"nun perspektivlərini qanunverici aktlara transformasiya etməkdən ibarət olub".
 Ənn Çitem "Konqresin Gələcəyin Məsələləri üzrə Klirinq Palatası" adlı təşkilatın direktoru olub. Bu qadının vəzifəsi Konqresin astrologiyaya və "Yeni era" (New Age) haqqında hər cür çərənləmələrə meylli olan üzvlərinə təsir etməkdən ibarət idi. Bir vaxtlar onun mühazirələrinə 100-dən çoz konqresmen gəlirdi. Ənn Çitem hər gün sessiya keçirir və bu sessiyalarda özünün "okkult təsəvvürləri" əsasında ən müxtəlif astroloji proqnozlar verirdi. Konqresmenlərdən başqa onun sessiyalarına Maykl Uolş, Komitet 300-ün aparıcı üzvü Tornton Bredşou və "Ollsteyd İnşurans" sığorta kompaniyasının baş vitse-prezidenti David Sternlayt da təşrif buyururdu.

XI yazı: Siyasi, iqtisadi və sosial cəhətdən amerikanlar “Roma Klubu”nun planları arasında kəlbətin kimi sıxılmışlar; hər şey sıravi insanlara qarşı köklənib

 Komitet 300-ün ən mühüm üzvlərinin bəzisi həm də NATO-nun üzvüdür– bu, yadda saxlamalı olduğumuz faktdır. Komitet 300-ün bu üzvləri çox hallarda eyni vaxtda bir neçə vəzifə tutur. ABŞ-ın NATO-da keçmiş səfiri Harland Klivlend, “Aspen İnstitutunun” direktoru Cozef Sleyter, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Donald Leş, Corc Makgi və Kleyborn Pell eyni vaxtda həm NATO-nun, həm də “Roma Klubu”nun üzvləridir– bu vur-tut yalnız bir neçə misaldır.
 Bu şəxslərin adlarını unutmamaq, arzu olarsa onların siyahısını əldə etmək vacibdir ki, həmin adlar televiziya proqramlarında və xəbər verilişlərində peyda olanda onların kim olduqları və nəyin arxasınca getdikləri həmişə yadda olsun. Kəşfiyyatın “modus vivendi”sinə əməl edən Komitetin liderləri televiziyada tez-tez peyda olurlar, adətən ən səmimi və günahsız maska altında. Lakin hər kəs bilməlidir ki, onların əməlləri əsla təmiz deyil.
 Komitet 300 öz agentlərini Birləşmiş Ştatların lap ürəyinə yeritmişdir- hökümətə, Konqresə, prezidentin müşavirləri postuna, səfirlər və dövlət katibləri vəzifələrinə. “Roma Klubu” vaxtaşırı iclas və konfranslar keçirir. Bunlar, xətərsiz adlarına baxmayaraq, faktiki olaraq işçi komissiyalara çevrilir; onların hər birinə xüsusi tapşırıqlar verilir və onun yerinə yetirilməsi üçün müddət təyin olunur. Fövqəladə vəziyyətlər olmadıqda Komitet 300 çox dəqiq cədvəl üzrə işləyir.
 Komitet 300 “Roma Klubu”nun Birləşmiş Ştatlarda ilk konfransını 1969-cu ildə “”Roma Klubunun Assosiasiyası” adı altında çağırmışdı. Növbəti görüş 1970-ci ildə “Riverdeyl Dini Tədqiqatlar Mərkəzi” adı altında baş tutdu; ona Tomas Berni rəhbərlik edirdi. Bunun ardınca 1971-ci ildə Texas ştatının Hyuston şəhərində Vudland Konfransı oldu. O vaxtdan mütəmadi konfranslar hər il Vudlandda keçirilir.
 Elə həmin 1971-ci ildə “Energetika və Tikinti üzrə Mitçel Korporasiyası” “Roma Klubu” üçün energetika sahəsində strategiya üzrə görüş təşkil etdi– görüşdə dominant təşkil edən mövzu ABŞ-ın YÜKSƏLİŞİNİ MƏHDUDLAŞDIRMAQ olub. Bütün bu fəaliyyətin kulminasiyası 1980-ci ilin iyulunda baş tutan “Gələcəyin problemləri üzrə birinci qıobal konfrans” oldu. Konfransda 4 000 nəfər sosial məsələlər üzrə mütəxəssis və “beyin mərkəzlərinin” üzvü iştirak edirdi. Onların hamısı ya “Roma Klubu”nun bayrağı altında fəaliyyət göstərən təşkilatları təmsil edən, ya da onlarla sıx əməkdaşlıq edən insanlar idi.
 “Gələcəyin problemləri üzrə birinci qlobal konfrans” Ağ Evin xeyir-duasını almışdı. Ağ Ev bu konfransın stenoqramları əsasında özünün “1980-ci illərin problemləri üzrə Ağ Evin Komissiyası” adlandırılan konfransını keçirdi. Konfrans “Roma Klubu”nun siyasətini rəsmi olaraq “ABŞ-ın gələcək siyasətinin istiqaməti qismində” məsləhət gördü və hətta o qədər dərinə getdi ki, Birləşmiş Ştatların iqtisadiyyatını industrial fazadan çıxan iqtisadiyyat kimi müəyyən etdi. Bu, ser Piter Vikkers-Hollun və Zbiqnev Bjezinskinin mövzuları ilə eyni səslənir; bir daha təsdiq edir ki, ABŞ-ın daxili və xarici siyasəti Komitet 300-üç nəzarəti altındadır!
 Siyasi, iqtisadi və sosial cəhətdən amerikanlar “Roma Klubu”nun planları arasında kəlbətin kimi sıxılmışlar. Hər şey sıravi insanlara qarşı köklənib. Əgər onlar sağ qalmaq istəyirlərsə, onda hökümətlərini Komitet 300-ün ölümcül ağuşundan çıxarmalıdırlar. Komitet 300 Kalvin Kudric Ağ Ev uğrunda namizədliyini irəli sürən vaxtdan hər seçkidən sonra öz agentlərini hökümətdə həlledici postlara yeridə bilirdi, buna görə də prezident postunu kimin tutacağının heç bir fərqi yox idi. Məsələn, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun (BİKİ) təlimatları əsasında fəaliyyət göstərən “Beynəlxalq Münasibətlər üzr Şura” (BMŞ) Franklin D.Ruzveltin dövründən etibarən prezidentliyə namizədlərin hamısını çox böyük diqqətlə saf-çürük edir.
 1980-ci il seçkilərində ABŞ-ın ən yüksək dövlət vəzifəsinə namizədlərin hamısı “Beynəlxalq Münasibətlər üzrə Şura” tərəfindən seçilmişdi. Buna görə də secki yarışını kimin udacağının sui-qəsdçilər üçün əhəmiyyəti yox idi. “Miras Fondu” və “Beynəlxalq Münasibətlər üzrə Şura” kimi “troya atlarının” xidmətləri sayəsində yeni administrasiyada bütün həlledici postlara “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun irəli sürdüyü adamlar əyləşdirildi. 1960-cı illərdən həmin vaxta qədər də bu postların bir çoxunu NATO və “Roma Klubu”nun tərəfdarları tuturdu; bunun nəticəsidir ki, bütün həlledici siyasi qərarlar öz üzərində, Komitet 300-ün icraedici orqanları kimi çıxış edən, “Roma Klubu” və “Beynəlxalq Münasibətlər üzrə Şura”nın silinməz möhürünü daşıyır.
 1984 və 1988-ci illərin seçkiləri də eyni ilə bu cür, əvvəlcədən hazırlanan ssenari üzrə keçirildi. Dövlət katibi Corc Şults Komitet 300-ün bu vəzifəyə namizəd üçün irəli sürdüyü tələblərə tam uyğun gəlirdi. C.Şults həmişə “Beynəlxalq Münasibətlər üzrə Şura”nın aparıcı rəhbəri Henri Kissincerin kreaturası olub. Üstəlik də, Komitet 300-ün həlledici transmilli kompaniyalarından biri olan ”Bechtel” kompaniyasında C.Şultsun tutduğu mövqe ona elə ölkələrə çıxmaq imkanı verirdi ki, başqa halda həmin ölkələr onu Kissincerlə bağlı adam olmaqda şübhəli hesab edə bilərdi. Karter administrasiyası sui-qəsdçilərin həlledici vəzifələrə irəli çəkilməsi prosesini sürətləndirdi. Karterin seçilməsi ərəfəsində onun seçki kampaniyasının əsas strateqi Hamilton Cordan demişdi ki, əgər Sayrus Vens və ya Z.Bjezinski Karter kabinetində yer alarlarsa, onda o, Cordan istefaya gedəcək. Onlar təyin olundular, lakin Cordan istefaya getmədi.
 Karterin Pol Volkerlə bağlı seçimi (faktiki olaraq Volkeri təyin etməyi ona Devid Rokfeller əmr etmişdi) ABŞ iqtisadiyatının “Roma Klubu”nun planına uyğun süqutunun başlanğıcı oldu. Sadə amerikanlılar Vahid Dünya Hökümətinin məqsədlərini güdən çox qüdrətli qüvvələrlə üz-üzə qalıblar. Son 45 il ərzində orada insanlara qarşı viranedici və heydən salan müharibə aparılır, ancaq Amerika xalqı onu müharibə kimi qəbul etmir. Beyinlər metodik surətdə və sistematik qaydada yuyulur, odur ki bununla bağlı heç şübhə də yaranmır. Tavistok İnstitutu bunun üçün bütöv bir sistem yaradıb, sonra da onu işə salıb.
 Müqavimət göstərmək üçün yeganə vasitə- sui-qəsdçilərin və onlara pərdə kimi xidmət göstərən çoxsaylı təşkilatların ifşa olunmasıdır. Bizə təcrübəli, dəyərsiz irsimizin müdafiəsi strategiyasını hazırlaya bilən insanlar lazımdır– biz bunu itirsək, onu artıq heç vaxt bərpa edə bilməyəcəyik. Biz sui-qəsdçilərin metodlarını öyrənməliyik– öyrənməli və əks tədbirlər hazırlamalıyıq. Ölkəmizi daxildən yeyən çürümənin qarşısını yalnız dağıdıcı əksfəaliyyət proqramı ala bilər.
 Bəziləri qlobal sui-qəsdin mövcud olduğu ilə bağlı ideyanı çətinliklə qavrayır, çünki bir çox yazıçı bundan pul qazanır. Bir başqaları belə bir fəaliyyətin qlobal miqyaslarda uğurla aparıla bilməsinin mümkünlüyünə şübhə edir. Onlar bizim hökümətin dəhşətli bürokratiyasını görür və deyirlər: “Yaxşı, biz nə üçün inanmalıyıq ki, ayrıca bir adam hökümətdən çox iş görə bilər?”. Lakin bu vaxt nəzərə alınmır ki, hökümət özü elə sui-qəsdin bir hissəsidir. Onlar aşkar dəlillər istəyirlər, aşkar dəlil əldə etmək isə çox çətindir.
 Belə deyənlər də tapılır: “Hə, nə olsun. Mənim sui-qəsdlə nə işim, mən heç səsverməyə də getmirəm”. Amerika əhalisinin əksər hissəsindən məhz bu cür reaksiyaya nail olmaq istəyirlər. Xalqımız apatiya və laqeydlik mərəzinə tutulub– bu, 45 il ərzində bizə qarşı aparılan müharibənin nəticəsidir. Kurt Levinin kitabında bunun necə edildiyi aydın göstərilib, lakin elmi kitabın mütaliəsini əyləncəli ədəbiyyatdan üstün tutan çoxmu insan tapılar? Bizi necə proqramlaşdırırlarsa, biz də məhz o cür reaksiya veririk. Ruh düşkünlüyünə və apatiya girdabına qərq olan insanlar gözlənilmədən meydana çıxaraq bütün problemlərin həllini vəd edən və cəmiyyətdə etibarlı qayda-qanun yaradılacağına, insanların işlə tam təmin olunacağına, daxili ziddiyyətlərin isə minimuma endiriləcəyinə zəmanət verən dahi adamı alqışlamağa həmişə hazırdırlar. Belə bir diktatoru– o isə məhz diktator olacaq– hamı bağrına basmağa hazır olacaq.
 Düşmənimizin KİM olduğunu bilmək– bu, bizim üçün ölüm-dirim məsələsidir. Naməlum düşmənlə döyüşmək mümkün deyil. Bu kitabı hərbi-sahə nizamnaməsi kimi istifadə etmək olar. Onun məzmununu öyrənin və bütün adları yadda saxlayın. Bu fəsildə mən “profilləşdirmə” texnikası barədə tez-tez danışmışam. “Profilləşdirmənin” tam izahı növbəti fəsildə verilir. “Profilləşdirməni” öyrənərkən əldə oluna biləcək ən əsas nəticələrdən biri, onun fərd, partiya qrupu, siyasi birlik və s. səviyyəsində necə asanlıqla həyata keçirilə bulməsindən ibarətdir. Bunun necə asan olduğunu dərk edən kimi sui-qəsd bizə artıq nə isə, bizim anlamaq qabiliyyətimizdən kənar olan bir şey kimi görünməyəcək. Bizə prezident Kennedinin niyə öldürüldüyünü, prezident Reyqanın həyatına niyə qəsd olunduğunu başa düşmək asan olacaq” (Con Kelman, “SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ”).
 Aşağıda NƏZARƏTİ həyata keçirən təşkilatlar barədə danışacağıq.
 Profilləşdirmə- bu, “Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu”nun (BİKİ) əmri ilə 1922-ci ildə işlənib-hazırlanan metoddur. Britaniyanın hərbi mütəxəssisi mayor Con Roulinq Riz Susseks Universitetinin tərkibinə daxil olan “İnsan Münasibətləri üzrə Tavistok İnstitutu”nun nəzdində beyinlərin yuyulması üzrə dünyada ən iri idarənin yaradılması barədə göstəriş aldı. Bu idarə “Britaniya Psixoloji Müharibələr Bürosu”nun nüvəsini təşkil etdi. Con Kelman 1970-ci ildə Birləşmiş Ştatları ilk dəfə Riz və Tavistok kimi adlarla tanış edəndə bu, oxucularda demək olar ki, heç bir maraq doğurmadı. Lakin ötən illər ərzində Kelman Tavistokun fəaliyyətini və onun sui-qəsddə rolunu açdıqca, onun erkən tədqiqatlarına təqlidçilik dəbə minməyə başladı və populyar oldu.
 “Britaniya Psixoloji Maharibələr Bürosu” Con R.Rizin Böyük Britaniya ordusundan və hərbi əsirlərdən ibarət olan 80 000 “təcrübə dovşanının” üzərində gördüyü işin –onlar çoxsaylı testlərə məruz qalırdılar– nəticələrindən geniş istifadə etmişdi. Məhz Tavistokun sınadığı metodlar Birləşmiş Ştatları İkinci Dünya Müharibəsinə qoşulmağa və d-r Kurt Levinin rəhbərliyi altında MXİ-ni (Məxfi Xidmət İdarəsi)– MKİ-nin xələfini yaratmağa məcbur etdi. Levin “Strateji Bombardmanların Planlaşdırılması İdarəsi”nin rəhbəri təyin edildi. Almaniyada hərbi zavodlara toxunmadan fəhlələrin yaşadıqları yaşayış kvartallarının genişmiqyaslı bombardmanı üzrə Kral Hərbi-Hava Qüvvələri üçün planın işlənib-hazırlanması bu idarənin fəaliyyətinin nəticəsi idi. Hər iki tərəfdəki hərbi zavodlar beynəlxalq bankirlərə məxsus idi və onlar öz aktivlərinin dağıdılmasını istəmirdilər!
 Müharibədən sonra NATO Susseks Universitetinə beyinlərin yuyulması üzrə xüsusi mərkəz təşkil etməyi əmr etdi. Bu mərkəz “Britaniya Psixoloji Müharibələr Bürosu”nun bir hissəsi oldu, lakin indi onun tədqiqatları hərbi yox, mülki sahədə tətbiq olunmağa istiqamətlənirdi.  
 Mülki vətəndaşların yaşadığı yaşayış kvartallarının genişmiqyaslı bombardmanında məqsəd alman fəhlələrinin mənəvi ruhunu qırmaq idi. Bu bombardmanlar alman hərb maşınının dağıdılması məqsədini güdmürdü. Levin və onun aktuarilər komandası belə bir hədəf-göstərici hesablamışdılar: əgər alman fəhlələrinin evlərinin 65 %-i Kral Hərbi Hava Qüvvələrinin gecə bombardmanları ilə dağıdılarsa, onda mülki əhalinin mənəvi ruhu qırılmış olar. Bu məsələ ilə əlaqədar real işçi sənəd “Prudential Assurance Company” sığorta kompaniyası tərəfindən hazırlanmışdı.

XII yazı: Sosiumun geniş miqyaslarda idarə olunması kütləvi informasiya vasitələrindən istifadə etməklə əldə olunur və dəhşətlər insanın şüuruna televiziya vasitəsilə çatdırılır

 Kral Hərbi Hava Qüvvələri Levinin bu planını “bombardmançı” Harrisin komandanlığı altında həyata keçirdi. Bu aksiyanın kulminasiyası Drezdenin dəhşətli bombardmanı oldu– bu vaxt 125 000-dən çox insan, əsas etibarilə qoca, qadın və uşaq həlak oldu. “Bombardmançı” Harrisin Almaniyanın mülki əhalisinə qarşı dəhşətli reydləri haqqında həqiqət İkinci Dünya Müharibəsi qurtarandan çox-çox sonralar da hələ ciddi surətdə məxfi saxlanmaqda idi.
 “Hərbi-Dəniz Kəşfiyyatı İdarəsi”nin (ONI) yaradılması ilə nəticələnən layihənin ən xırda detallarına qədər işlənən proqramlarının əksəriyyətini Tavistok hazırlamışdı. “Hərbi-Dəniz Kəşfiyyatı İdarəsi” ABŞ-ın bir nömrəli kəşfiyyat xidmətidir və Mərkəzi Kəşfiyyat İdarəsi onunla müqayisədə sadəcə cırtdan kimi görünür. ABŞ höküməti Tavistokla milyardlarla dollarlıq kontraktlar bağlamışdır. Pentaqonun ölkənin müdafiəsini təşkil etmək üçün hələ də istifadə etdiyi proqramların böyük hissəsini Tavistokun strateji planlaşdırma üzrə mütəxəssisləri işləyib-hazırlamışlar. Bu, Komitet 300-ün ABŞ-ı, onun idarə və təşkilatlarının əksəriyyətini öz ölümcül ağuşunda necə bərk saxladığının daha bir illüstrasiyasıdır!
 Tavistok ABŞ-da 30-dan çox tədqiqat institutunu idarə edir. Tavistokun Birləşmiş Ştatlardakı bu institutlarının bir çoxu nəhəng monstrlara çevrilib, onların təsiri bütün dövlət idarələrinin fəaliyyətinə sirayət edib və istənilən siyasətin müəyyən olunmasında aparıcı gücə çevrilməkdədir. Amerikanın həyat tərzini dağıdan tavistoklulardan biri d-r Aleksandr Kinqdir. O, NATO-nun təsisçi-üzvü, Komitet 300-ün favoriti, eləcə də “Roma Klubu”nun çox görkəmli üzvüdür. “Roma Klubu” d-r Kinqə “Müəllimlərin Milli Assosiasiyası” üzərində nəzarəti ələ almaq, bəzi qanunvericilər və məhkəmə hakimləri ilə sıx əməkdaşlıq vasitəsilə Amerikanın təhsil sistemini alt-üst etmək tapşırığını vermişdir.
 “Roma Klubu”nun kreaturası olan “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentlik” üçün (FVFA) ilk sınaq Pensilvaniya ştatı, Harrisburqda, Üçmillik Adadakı Atom Elektrik Satansiyası ətrafında yaranan situasiya oldu. İsterikaçı kütləvi informasiya vasitələri bunu dərhal “qəza” adlandırdılar, halbuki bu, qəza yox, “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentlik” üçün məqsədli şəkildə yaradılan test vəziyyəti idi. Bu vəziyyətin davamı KİV tərəfindən qızışdırılan kütləvi qorxu və isterika oldu ki, nəticədə, insanlar heç bir təhlükəyə məruz qalmadıqları halda “qəza” rayonundan qaçmağa sövq edildi.
 Bu, “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentliyin” uğuru kimi nəzərdən keçirilirdi və nüvə əleyhinə çıxış edən qüvvələrin xeyrinə çoxlu xal verdi. Üçmillik Ada “Roma Klubu” adından çıxış edən “Aspen İnstitutu”nun tam nəzarəti altında olan, səxavətlə maliyyələşdirilən, necə deyərlər, “ətraf mühitin müdafiəçiləri” adlandırılanlar üçün başlanğıc nöqtə oldu. Hadisələrin KİV-də işıqlandırılması üçün imkan CBS telekompaniyasından olan, keçmiş Böyük Britaniya kəşfiyyatçısı Uilyam Paley tərəfindən təmənnasız olaraq təqdim olunmuşdu.
 “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentlik”– İkinci Dünya Müharibəsi dövründəki “Strateji Bombardmanların Planlaşdırılması Idarəsi”nin təbii varisidir. Tovistoklu sui-qəsdçilərin “böhranların idarə olunması” adlandırdıqlarının nəzəriyyəçisi olan d-r Kurt Levin bu tədqiqatlarda fəal iştirak edirdi. Levinlə Tavistok arasında qırılmaz əlaqə mövcuddur və bu əlaqə son 37 il ərzində izlənilir. Levin “Strateji Bombardmanların Planlaşdırılması Idarəsi”nin metodologiyasını xırda və əhəmiyyətsiz dəyişiklərlə “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentlik” üçün tətbiq etdi. Həmin dəyişiklərdən biri təsir göstərilən obyektin əvəz olunmasından ibarət idi: Almaniyanın əvəzində obyekt Birləşmiş Ştatlar olmuşdu. İkinci Dünya Müharibəsi qurtarandan 45 il sonra da Tavistok barmağını tətikdə saxlamaqda davam edir, lakin silah indi Birləşmiş Ştatlara tuşlanmışdır.
 Mərhum Marqaret Mid hava bombardmanlarının meydana çıxardığı stresə alman və yapon əhalisinin reaksiyasının öyrənilməsi ilə bağlı Tavistokun bayrağı altında fəal tədqiqatlar aparırdı. D-r İrvinq Yanus layihədə assosiyasiya olunmuş professor qismində iştirak edir, layihə üzərində ümumi rəhbərliyi isə  Böyük Britaniya ordusunun briqada generalı rütbəsinədək yüksəldilən d-r Con Roulinq Riz həyata keçirirdi. Tədqiqatın nəticələri “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentliyə” ötürülmüşdü. İrvinq Yanusun məruzəsi “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentliyin” siyasətinin formalaşmasına böyük təsir göstərdi. Yanus bundan bir müddət sonra həmin tədqiqatın nəticələrini müəllifi olduğu “HAVA MÜHARİBƏSİ VƏ STRESS” kitabında istifadə etmişdi. “Fövqəladə Vəziyyətlər üzrə Federal Agentlik” Üçmillik Adada baş verən böhran zamanı demək olar ki bütövlüklə bu kitabdakı ideyalar üzrə hərəkət edirdi. Yanusun fikri həqiqətən də sadə idi: süni şəkildə böhranlar seriyasını yaratmaq və Levinin terror taktikasına əməl edərək, əhali ilə manipulyasiya etmək– insanlar onlardan nə tələb olunursa, məhz elə də hərəkət edəcəklər.
 Bu eksperiment yerinə yetirilərkən Levin nə isə yeni bir şey aşkar etdi: sosiumun geniş miqyaslarda idarə olunması kütləvi informasiya vasitələrindən istifadə etməklə əldə olunur və nüvə müharibəsinin dəhşətləri bu vaxt insanın şüuruna televiziya vasitəsilə çatdırılır. Müəyyən edilmişdi ki, nüvə müharibəsinin dəhşətlərinin dramatikləşdirilməsi üçün qadın jurnalları çox effektlidir. Yanus test keçirdi. Arkanzas ştatının senatoru Deyli Bampersin xanımı Betti Bampers bu testin gedişində “Makkolz” jurnalına bu məsələ barədə  məqalə “yazırdı”.
 Məqalə “Makkolz” jurnalının 1983-cü il yanvar nömrəsində dərc olunmuşdu. Faktiki olaraq məqaləni missis Bampers yazmamışdı, onun üçün həmin məqalə, bu səpgidə materiallar üzrə ixtisaslaşan tavistoklu bir qrup yazıçı tərəfindən hazırlanmışdı. Publikasiya özlüyündə həqiqəti əks etdirməyən, təhrif olunmuş faktlar, insinuasiyalar, tam şəkildə yalançı ilkin məlumatlara əsaslanan ehtimal və mülahizələrdən ibarət idi. Bampersin məqaləsi Tavistokun çox yaxşı mənimsədiyi psixoloji manipulyasiyanın tipik nümunəsi idi. “Makkolz” jurnalının oxucusu olan heç bir lediyə nüvə maharibəsinin bənzədiyi dəhşətli hadisələrin təsirindən qaçmaq mümkün olmamışdı.
 Komitet 300-ün sərəncamında nəhəng bürokratik aparat mövcuddur ki, buna özəl biznesdən tutmuş, hökümət liderlərinə qədər çox geniş spektrdə şəxslərə, təşkilatlara rəhbərlik edən yüzlərlə beyin mərkəzi və rəsmi idarə daxildir. “Almaniya Marşall Fondu”ndan başlayaraq, onlardan bəzilərinin adlarını sadalayacağıq. Onun üzvlərinin sırasına (həmin şəxslər həm də NATO və “Roma Klubu”nun üzvüdür) “Chase Manhattan Bank”dan Devid Rokfeller kimi simalar daxildir. Nüfuzlu “Hanover Trust and Finance Corporation” kompaniyasından Qabriel Heyq. “Ford Fondu”ndan Milton Kats. Sosialist İnternasionalının lideri, KQB-nin agenti və Komitet 300-ün üzvü Villi Brandt. “Avtomobol Sənayesinin Birləşmiş Fəhlələri” Həmkarlarının İcraedici Şurasının sədri İrvinq Blüstoun. Şahzadə Filippin və “Roma Klubu”nun patronajlığı altında fəaliyyət göstərən “Vəhşi Təbiətin Ümumdünya Fondu”nun Amerika şöbəsinin prezidenti Rassel Treyn. CBS proqramlarının prodüsseri Elizabet Midcli. “Russel Sage Foundation” Fondunun direktoru B.R.Gifford. “Aspen İnstitutu”ndan Gvido Qoldman, Komitet 300-ün ekstraordinar üzvü mərhum Averel Harriman , “Karnegi Fondu”ndan Tomas L.Hyüz, “Massaçusets Texnoloji İnstitutu”nun “ümumdünya dinamikasından” Dennis Midouz və Cey Forrester.
 Komitet 300 150 ildən artıq mövcud olsa da, o öz indiki formasını təxminən 1897-ci ildə almışdır. O əmrlərini həmişə başqa, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” (BİKİ) kimi pərdə-təşkilatlar vasitəsilə verib. Avropanın işlərinin hansı isə bir super təşkilat tərəfindən idarə edilməli olduğu qərara alınanda BİKİ “Tavistok İnstitutu”nun əsasını qoydu və o da öz növbəsində, NATO-nu yaratdı. NATO beş il ərzində “Almaniya Marşall Fondu” tərəfindən maliyyələşdirilirdi. Komitet 300-ün xarici siyasət orqanı olan “Bilderberq Klubu”nun ən mühüm üzvü çox guman ki Cozef Rettinger olub. Deyilənə görə, “Bilderberq Klubu”nun əsasını qoyan və onun təşkilatçısı məhz Cozef Rettinger olmuşdur. “Bilderberq Klubu”nun hər il keçirilən görüşləri sui-qəsdlərin izi ilə gedən ovçular üçün bir neçə onillik ərzində valehedici tədbir olub.
 Rettinger yaxşı təlim keçmiş iezuit rahibi və 33-cü dərəcəli frankmason idi. “Vaşinqton Post” qəzeti üzərində nəzarəti ələ keçirmək məqsədi ilə öz ərinin qətlində şübhəli bilinən missis Ketrin Meyer Qrexem də “Roma Klubu”nun görkəmli üzvü idi. ABŞ-ın ən iri sığorta kompaniyalarından biri, Böyük Britaniyanın Kraliçası Yelizavetanın ailəsi ilə birbaşa bağlı olan “Renk” korporasiyasının tərkibində aparıcı kompaniya sayılan “Həyatın Sığortalanması üzrə Nyu-York Kompaniyası”ndan Pol G.Hoffman da “Bilderberq Klubu”nun görkəmli üzvü olub. “Bilderberq Klubu”nun və “Roma Klubu”nun əsasını qoyan üzvləri arasında, müharibədən sonrakı Almaniyanı siyasi xəritədən silməyə çalışan şəxs -Con C.Makkloy, eləcə də siyahıda sonuncu olsa da, mühümlüyünə görə sonuncu olmayan “Karnegi Korporasiyasından” Ceyms A. Perkinsin də adları vardır.
 Seçilmişlərin necə də möhtəşəm kastasıdır! Və buna baxmayaraq yenə də qəribədir ki, son vaxta qədər həqiqi kəşfiyyat xidmətlərindən başqa bu təşkilat haqqında yalnız tək-tük adamın xəbəri var idi. Bu mühüm personaların və onların təmsil etdikləri korporasiyaların, televiziya stansiyalarının, qəzetlərin, sığorta kompaniyalarının, bankların malik olduqları hakimiyyət ən azı iki Avropa ölkəsinin nüfuz və hakimiyyətinə uyğundur və bu, Komitet 300-ün hər yerə sirayət edən və hər şeyi əhatə edən maraqlarının hələ yalnız kiçicik bir hissəsidir.
 Yuxarıda göstərilən siyahıda Riçard Qardnerin adı xatırladılmayıb. O, çox tez Komitet 300-ün üzvü olsa da, Romaya xüsusi missiya ilə göndərilmişdi. Qardner Venesiya “Qara Aristokratiyası”nın ən qədim ailələrindən birinin nümayəndəsi ilə evlənməklə Venesiyanın Ağ Evə birbaşa çıxışını təmin etmiş oldu. Mərhum Averell Harriman da Komitetlə Kreml və Ağ Ev arasında birbaşa vasitəçi idi; Harrimanın ölümündən sonra bu funksiya Kissincerə keçdi.
 “Roma Klubu”– bu, Komitet 300-ün həqiqətən də qorxunc və çox qüdrətli orqanıdır. Zahirən onun əsas hədəfi ABŞ olsa da, bu qrupun fəaliyyəti Komitet 300-ün başqa orqanları ilə kəsişir, onun amerikalı üzvləri isə Yaponiya və Almaniyadakı “problemlər” üzərində tez-tez işləyirlər.

XIII yazı: Bu gün insanlar təsəvvür etmirlər ki, özlərininki hesab etdikləri rəy faktiki olaraq beyin mərkəzləri və institutlarında yaradılmışdır- KİV-lərin üzərimizə yağdırdıqları informasiya selində bizlərdən heç birimiz öz rəyinə malik olmaq azadlığına malik deyilik

 “Nyu-York ştatının müşahidə və identifikasiyası sistemi” məlumatları bütün hüquq-mühafizə orqanlarına və ştatın dövlət idarələrinə təqdim edir. Bu sistem həm kriminal, həm də sosial sahə ilə bağlı fərdi məlumatlara sürətli çıxışı və onların qorunub-saxlanmasını təmin edir. Bu, Komitet 300-ün tipik layihəsidir. Həmin bu “Sistemlərin İnkişafı Korporasiyası”nın apardığı işlərin tam araşdırılmasının zəruriliyi artıq yetişmişdir, lakin indi məqsəd bu deyil. Bir şey aydindır: “Korporasiya” ABŞ konstitusiyası ilə zəmanət verilən hüquq və azadlıqların qorunmasını qarşısına məqsəd kimi qoymur. “Korporasiyanın” Santa-Barbarada, Robert Hatçinsin “Parfenonu” ilə lap yanaşı yerləşməsi necə də əlverişlidir. “Roma Klubu”nun bu idarəsinin dərc etdirdiyi bəzi nəşrlərin siyahısı budur:
 “Center Magazine” (“Mərkəz Jurnalı”),  “Counterspy” (“Əkskəşfiyyatçı”), “Coventry” (“Koventri”), “Covert Action Information Bulletin” (“Gizlin Əməliyyatların İnformasiya Bülleteni”), “Dissent” (“Parçalanma”, “Dissidentlik”). “Human Relations” (“İnsan Münasibətləri”), “Idustrial Research” (“İndustrial Tədqiqatlar”), “Inquiry” (“Tədqiqat”, “Araşdırma”), “Mother Jones” (“Couns Ana”), “One” (“Tənha”), “Progressive” (“Tərəqqipərvər”), “Raconteur” (“Hekayəçi”), “The New Republic” (“Yeni Respublika), “Working Papers for a New Society” (“Yeni Cəmiyyət Haqqında İşçi Qeydlər”).
 Bu, “Roma Klubu”nun bayrağı altında dərc edilən nəşrlərin heç də tam siyahısı deyil. Əslində bu cür nəşrlər yüzlərlədir, praktiki olaraq hər bir təşkilat öz mətbu orqanını təsis edir. “Tavistok İnstitutu” və “Roma Klubu” tərəfindən idarə olunan təşkilatların sayının çox böyük olduğu nəzərə alınarsa, biz burada yalnız natamam siyahı dərc etdirə bilərik. Ən vacib fondlar və beyin mərkəzləri, o cümlədən də ordu beyin mərkəzlərinin bəziləri haqqında aşağıdakı siyahılarda məlumat verilir.
 Amerika ordusunun Komitet 300-ün beyin mərkəzləri ilə birlikdə “Yeni Hərbi Taktika” ilə bağlı tədqiqatlara necə dərin cəlb olunduğu Amerika cəmiyyətinə bəlli olsa, o dəhşətə gələrdi. Amerikalılar bilmirlər ki, Komitet 300 1946-cı ildə “Roma Klubu”na beyin mərkəzlərinin inkişafının davam etdirilməsini əmr etmişdir, çünki onlar Komitetin fəlsəfəsini bərqərar etmək üçün özü-özlüyündə yeni vasitədir. Bu beyin mərkəzlərinin Amerikan hərbiçilərinə göstərdiyi təsir (məhz 1959-cu ildən, onlar gözlənilmədən sürətlə çoxalmağa başlayandan sonra) həqiqətən də dəhşətə gətirir. Şübhə yoxdur ki, onlar XX əsrin sonları üçün bu ölkənin cari idarəsində daha böyük rol oynayacaq.
 “MONT PELERİN CƏMİYYƏTİ”. Mont Pelerin özü ilə elə bir iqtisadi fond təcəssüm etdirir ki, onun təyinatı yanlış iqtisadi nəzəriyyyələrin yayılmasından və qərb dünyası iqtisadçılarının bu fondun vaxtaşırı ortaya atdığı modellərə əməl etməsi üçün onlara təsir göstərməkdən ibarətdir. Fon Hayek və Milton Fridman bu fondun çox görkəmli praktikləridir.
 “HUVER İNSTİTUTU”. Başlanğıcında kommunizmlə mübarizə üçün yaradılan institut tədricən, lakin dönməz olaraq sosializmə tərəf döndü. Onun illik büdcəsi 2 milyon dollardır və bu vəsait Komitet 300-ün bayrağı altında fəaliyyət göstərən kompaniyalar tərəfindən verilir. İnstitut indi diqqətini “sülh dəyişiklikləri” üzərində cəmləyib, əsas diqqəti silahlanma və ABŞ-ın daxili problemləri üzərində nəzarətə yönəldir. Kütləvi informasiya vasitələrində mühafizəkar mövqe tələb olunanda institut tez-tez baxışlarından istifadə edilən “mühafizəkar” təşkilat kimi təqdim olunur. Lakin “Huver İnstitutu” heç də belə deyildir və 1953-cü ildə onun üzərində nəzarət “Roma Klubu” ilə sıx bağlı olan qrupun sərəncamına keçəndən sonra institut Vahid Dünya Hökümətinin – Yeni Dünya Nizamının “arzuolunan” siyasətinin ruporuna çevrilmişdir.
 “MİRAS FONDU”. Əsası pivə maqnatı Cozef Kurs tərəfindən mühafizəkar beyin mərkəzi kimi qoyulan fond tezliklə “Roma Klubu”nun rəhbərliyi altında fəaliyyət göstərən fabiançı Ser Piter Vikkers-Holl, Stüart Batler, Stiven Eyzli, Robert Moss və Fridrix Fon Hayekin nəzarəti altına keçdi. Bu idarə britaniyalı leyboristlərin lideri Entoni Vedjvud Bennin “Reyqanın tetçerləşdirilməsi” əmrinin yerinə yetirilməsində əsas rol oynamışdı. “Miras Fondu” sözsüz ki mühafizəkar təşkilat deyil, hərçənd zaman-zaman belə təəssürat yarada bilər.
 “İNSANIN İMKANLARININ TƏDQİQAT İDARƏSİ” (HUMRO). Bu, “psixotexnologiyalar” sahəsində işləyən hərbi-tədqiqat idarəsidir. Personalının böyük hissəsi Tavistokda hazırlıq keçmişdir. “Psixotexnologiya” əsgərlərin motivasiyası, ordunun döyüş ruhu və rəqibin istifadə etdiyi musiqi kimi sahələri əhatə edir. Corc Oruellin “1984” adlı kitabında yazdıqlarının faktiki olaraq böyük hissəsi heyrətamiz şəkildə HUMRO-nun öyrətdiklərinə oxşayır. 1969-cu ildə Komitet 300 bu mühüm idarə üzərində nəzarəti ələ aldı və onu “Roma Klubu”nun bayrağı altında fəaliyyət göstərən özəl qeyri-kommersiya təşkilatına çevirdi. Bu, insanın davrınışının tədqiqatı üzrə ABŞ-da ən iri qrupdur.
 Onun fəaliyyət göstərdiyi sahələrdən biri kiçik qrupların stress vəziyyətlərində öyrənilməsidir. HUMRO hərbiçilərə öyrədir ki, əsgər sadəcə öz silah-sursatının davamıdır; bu ideya ABŞ ordusunda çox geniş tətbiq olunan “insan-silah” və “insan keyfiyyətlərinin idarə olunması” sistemlərinin işlənib-hazırlanmasına böyük təsir göstərmişdir. HUMRO ordunun davranışına çox güclü təsirə malikdir. Onun insan şüurunun sarsıdılması üzrə metodları birbaşa Tavistokdan gəlir. Ehtimal olunur ki, HUMRO-nun tətbiqi psixologiya kursları hərbi rəhbərlərə insanı silah kimi işləməyə necə məcbur etməyi öyrətməlidir. İraqla müharibədə əsgərlərin öz səhra nizamnamələrini veclərinə almayaraq, 12 000 İraq əsgərini diri-diri basdırmaları faktı bunun bariz nümunəsidir.
 Beyinlərin yuyulmasının bu növü dəhşətli dərəcədə təhlükəlidir, çünki bu gün o orduya tətbiq edilir. Ordu onu münlərlə “düşmən” əsgərini vəhşicəsinə öldürmək üçün tətbiq edir, sabah isə orduya deyiləcək ki, “düşmən” hökümətin siyasətinə qarşı olan mülki əhali qruplarıdır. Amerika- artıq indi beyinləri yuyulmuş düşüncəsiz qoyun sürüsüdür, ancaq demə, HUMRO şüurun sarsıdılması və onun idarə olunması işini bir addım da irəlilədə bilər. HUMRO– bu, Tavistokun qiymətli əlavəsidir və HUMRO-nun bir çox məsləhəti Fars körfəzində aparılan müharibədə istifadə olunmuşdu. Bu, özlərini amansız və əzazil qatil kimi aparan Amerika əsgərlərinin, amerikalı döyüşçünün ənənəvi konsepsiyasına qətiyyən uyğun olmayan davranışının izahını əhəmiyyətli dərəcədə asanlaşdırır.
 “TƏDQİQAT VƏ ANALİTİK KORPORASİYA”. “1984” kitabı ruhunda HUMRO-nun ekizi olan bu təşkilat Virciniya ştatının Maklin şəhərində yerləşir. Əsası 1948-ci ildə qoyulmuşdur. Komitet 300-ün nəzarəti altına 1961-ci ildə, o “Cons Hopkins Universitetinin” bir hissəsi olan vaxt keçmişdir. Korporasiya 600-dən çox layihə, o cümlədən də zəncilərin orduya inteqrasiyası, nüvə silahının taktiki istifadəsi, psixoloji müharibələrin aparılması və əhali kütlələrinin idarə olunması proqramları üzrə işlər aparmışdır.
 Əlbəttə, iri beyin mərkəzləri hələ çoxdur və gedişatda biz onları nəzərdən keçirəcəyik. Beyin mərkəzlərinin əslində gördükləri işlə dövlət və ictimai siyasətə çevrilən proqramlar arasında əməkdaşlığın ən mühüm sahələrindən biri “pollsterlər” (pollsters)– ictimai rəyin öyrənilməsi üzrə kompaniyalardır. Sui-qəsdçilərə lazım olan ictimai rəyi məhz bu kompaniyalar formalaşdırır. CBS, NBC, ABC telekompaniyaları, “Nyu-York Tayms”, “Vaşinqton Post” qəzetləri daim seçicilərə təsir göstərir. Bu səylərin əhəmiyyətli həssəsi “İctimai Rəyin Tədqiqatı Milli Mərkəz” tərəfindən əlaqələndirilir. Bizim çoxumuzu heyrətə gətirəcək ki, bu mərkəzdə bütün millət üçün psixoloji şablon işlənib-hazırlanmışdır.
 Əldə olunan məlumatlar müqayisəli qiymətləndirilmə üçün “Gellap Poll” və “Yankeloviç, Skelli və Uayt” kompaniyalarının kompüterlərinə daxil edilir. Qəzetlərdən oxuduğumuzun və ya televiziyadan gördüklərimizin bir çoxu əvvəl ictimai rəyin öyrənilməsi üzrə kompaniyalar tərəfindən süzgəcdən keçirilir. BİZ YALNIZ “POLLSTERLƏRİN” BİZƏ OXUMAĞA VƏ GÖRMƏYƏ İCAZƏ VERDİKLƏRİNİ OXUYUR VƏ GÖRÜRÜK. Bu, “ictimai rəyin formalaşdırılması” adlanır. Bu cür sosial təsirin mahiyyəti, bütövlükdə cəmiyyətin Komitet 300-ün hazırladığı SİYASİ DİREKTİVLƏRƏ necə reaksiya verdiyini öyrənməkdən ibarətdir. Bizi “hədəfə alınan əhali qrupları” adlandırır, “pollsterlər” isə “Axşam xəbərlərində” verilənlərə müqavimət dərəcəsini qiymətləndirirlər. Aşağıda bu yalançı praktikanın necə işə salındığını və buna görə kimin məsuliyyət daşıdığını göstərəcəyik.
 Bütün bunlar Tavistokda çox böyük dəqiqliklə hazırlanan ictimai rəyin formalaşdırılması prosesinin bir hissəsidir. Bu gün insanlar hesab edirlər ki, onlar yaxşı məlumatlıdırlar. Ancaq onlar təsəvvür belə etmirlər ki, onların özlərininki hesab etdikləri rəy faktiki olaraq Amerikanın beyin mərkəzləri və institutlarında yaradılmışdır, KİV və “pollsterlərin” üzərimizə yağdırdıqları informasiya selində bizlərdən heç birimiz öz rəyinə malik olmaq azadlığına malik deyilik.
 İctimai rəyin formalaşdırılmasının incə sənətə çevrilməsi məhz elə ABŞ İkinci Dünya Müharibəsinə daxil olduğu ərəfədə baş vermişdi. Heç özlərini əməlli-başlı tanımayan amerikalıları Almaniya və Yaponiyaya təhlükəli, qarşıları mütləq alınmalı olan düşmən kimi baxmağa məcbur etdilər. Müəyyən mənada bu, düzgün idi və məhz bu idarə olunan təfəkkürü daha da təhlükəli edir, çünki insanlara verilən İNFORMASİYANIN nəticəsində Almaniya və Yaponiya həqiqətən də düşmən oldu. Lap bu yaxınlarda amerikalıları İraqı təhlükə mənbəyi, Səddam Hüseyni isə Birləşmiş Ştatların şəxsi düşməni kimi qəbul etməyə məcbur edəndə, dünya ictimaiyyəti şüura təsir etmə prosesinin necə yaxşı işlədiyini gördü.
 Şüura belə təsir etmə prosesi texniki cəhətdən “təsir göstərilməli olan şəxslərin hiss orqanlarına çatan xəbər” kimi qələmə alınır. Ən hörmətli “pollsterlərdən” biri, Komitet 300-ün üzvü, “Yankeloviç, Skelli və Uayt” kompaniyasında çalışan Daniel Yankeloviçdir. Yankeloviç öz tələbələrinə qürurla bildirir ki, “ictimai rəy sorğusu”– bu, ictimai rəylə manipulyasiya alətidir, hərçənd bu məsələdə o, orijinal deyil. Yankeloviç bu ideyanı Con Neysbitin, “Roma Klubu” tərəfindən sifariş edilən “TENDENSİYALAR HAQQINDA MƏRUZƏ” (“Trend Report”) kitabından əxz etmişdir.
 Neysbit bu kitabda Komitet 300 üçün arzuolunan ictimai rəyin formalaşdırılması üçün istifadə olunan bütün metodları qələmə alır. İctimai rəyin formalaşdırılması– bu, OLİMPİYAÇILARIN tacında olan brilliantdır. Başqa sözlə, onların əmrlərinə müntəzir olan minlərlə sosioloq və “yeni elm” üzrə mütəxəssisin, onların sərəncamında olan kütləvi informasiya vasitələrinin köməyi ilə ümumiyyətlə istənilən məsələ ilə bağlı YENİ ictimai rəyi bütün dünyada haradasa ikicə həftə ərzində yaymaq olar.
 Onların nökəri Corc Buşa İraqda müharibə başlamaq əmr ediləndə məhz elə bu da baş vermişdi. İki həftə ərzində təkçə ABŞ yox, həm də demək olar bütün dünya İraqa və onun prezidenti Səddam Hüseynə qarşı kökləndirildi. Bu dirijorlar və kütləvi informasiya vasitələrindəki manipulyatorlar birbaşa “Roma Klubu”nun, “Roma Klubu” isə öz növbəsində Komitet 300-ün tabeçiliyindədir. Komitet 300-ün yuxarı başında isə, bir-biri ilə sıx bağlı olan minlərlə korporasiyadan - onlar heç vaxt vergi ödəmir və heç kimin qarşısında hesabat vermirlər; onlar bizim gündəlik həyatımızı demək olar bütünlüklə idarə edən fondlar vasitəsilə özlərinin tədqiqat idarələrini maliyyələşdirirlər– ibarət olan nəhəng şəbəkəni idarə edən İngiltərə Kraliçası əyləşir.

Комментариев нет:

Отправить комментарий