06.05.2011

Lənkəranda dəhşətli hadisə: ata özünü öldürdü, oğlu damarlarını kəsdi

Kürd genosidi davam edir!!



Lənkəran rayonunda dəhşətli hadisə baş verib. Rayonun hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Vaqif küçəsi 19 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Bayramov İlham Məmmədəli oğlu yaşadığı mənzildə özünü öldürüb. Narkotik vasitə aludəçisi olan İ.Bayramov özünü asıb. Ailəli olan şəxsin hansı səbəbdən intihar etməsi məlum deyil.

45 yaşlı İ.Bayramovun özünü öldürməsi onun ailəsində şok yaradıb. Verilən məlumata görə, atasının intihar etməsindən xəbər tutan 17 yaşlı oğlu Fariz ülgüclə damarlarını kəsib. Çoxlu qan itirən yeniyetmə təcili olaraq xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hər iki faktla əlaqədar Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Комментариев нет:

Отправить комментарий