15.05.2011

MTN GENERALINA YENİ VƏZİFƏ VERİLDİ

Sabiq nazir müavininə böyük avantaj
Əli Nağıyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini oldu və prezidentdən müstəsna səlahiyyətlər aldı




Milli təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyev yeni vəzifəyə təyinat alıb. Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Ə.Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Ə.Nağıyev prezident İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilmişdi.
Xatırladaq ki, bir müddət əvvəl “Yeni Müsavat”a Ə.Nağıyevə yeni vəzifə veriləcəyi barədə məlumat daxil olmuşdu. Həmin məlumatda bildirilirdi ki, Ə.Nağıyev milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsindən çıxarılanadək hakimiyyətdə yüksək vəzifə tutan şəxslər arasında ən güclülərdən biri sayılıb. Həmçinin qeyd olunurdu ki, cənab Nağıyev mərhum prezident Heydər Əliyevin ən çox etimad bəslədiyi xüsusi xidmət əməkdaşlarından olub. Həmin məlumat əsasında bir müddət əvvəl hazırladığımız yazıdan sitat: “Bütün məlumat və əlamətlər onu göstərir ki, prezident İlham Əliyev də general Nağıyevə önəm verib. Əks halda, ciddi rəqabət və qarşıdurmalar şəraitində onun uzun müddət ölkənin ən yüksək vəzifələrində, önəmli postlarda mövqe tutması mümkünsüz olardı. Hətta son aylara qədər onun vəzifə piramidasında daha da yüksəldiləcəyi, nazirliklərdən birinin başına gətiriləcəyi barədə mötəbər məlumatlar da gəlməkdə idi.
Lakin bunların əksinə olaraq onu qəfildən işdən çıxardılar. Qəzetimizə məlum olub ki, işdən çıxarılmasından az sonra o, dövlət rəhbərliyi tərəfindən qəbul olunub, dinlənilib və normal ilgi görüb. Bu da onu göstərir ki, Əli Nağıyevin qələmi qırılmayıb və hakimiyyət rəhbərliyi onun üzərindən xətt çəkməyib". Həmin məqalədə o da vurğulanılırdı ki, müdafiə naziri Səfər Əbiyev vəzifəsindən götürüləcəyi təqdirdə onun yerinə prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyevin gətirilməsi planlaşdırılır.
Ramiz MehdiyevQaynağımız demişdi ki, V.Əliyevin boşalacaq postuna da Ə.Nağıyevin gətirilməsi gözlənilir. Həmin məqalədən başqa bir sitat: “Əli Nağıyevin özü də bu posta təyin olunmağı çox istəyir və bu istiqamətdə bütün gücü ilə çalışır.
Prosesin maraqlı cəhəti budur ki, bu məsələyə həm administrasiya rəhbəri Ramiz Mehdiyev, həm də hakimiyyətdə kifayət qədər ciddi söz sahibi olan general Bəylər Əyyubov isti baxır. Lakin təbii ki, əsas və son söz prezidentin olacaq".
Ə.Nağıyevin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunması göstərdi ki, onun qələminin qırılmaması ilə bağlı “Yeni Müsavat”a daxil olan məlumat doğru imiş. Ə.Nağıyev prezident müşaviri olmasa da hər halda başqa bir yüksək vəzifəyə təyin olundu.
Bəylər ƏyyubovBu təyinatla bağlı Qafqazinfo.az saytı da maraqlı məlumatlar əldə edib. Saytın yazdığına görə, Ə.Nağıyevin təyinatından iki gün qabaq dövlət başçısı Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsinin 17-ci və 20-ci bəndlərində “müavini” sözünün “müavinləri” sözü ilə əvəz edilməsi haqqında fərman imzalayıb: “Yəni bu fərman məhz Əli Nağıyevin təyinatı üçün edilib. Bundan sonra isə general sözügedən idarəyə müavin təyin olunub. Lakin burada diqqətçəkən və daha maraqlı məqam Əli Nağıyevin yeni vəzifəsində daha yüksək səlahiyyətlərə sahib olması, ona müstəsna hüquqların verilməsi ilə bağlıdır. Belə ki, Əli Nağıyev öz yeni görəvində əməliyyat üzrə müavin olmaqla, ölkədə korrupsiya üzrə aparılacaq mübarizədə de-fakto aparıcı şəxs olacaq. Ona bütün rəsmi və qeyri-rəsmi qurumlarda, hansı postu tutmasından asılı olmayaraq istənilən şəxsin fəaliyyətini yoxlamaq, korrupsiya faktını araşdırmaq, dosyeləri ən yüksək səviyyədə məruzə etmək hüququ verilib”.
Saytın məlumatında o da bildirilir ki, generala bu vəzifəyə təyinatdan öncə xüsusi tapşırıqlar da verilib: “Bu tapşırıqların qısaca məzmunu isə belədir ki, ölkədə korrupsiya faktları dəqiqliyi ilə araşdırılmalı, heç bir kəsə güzəşt edilmədən dosyelər hazırlanmalı və ölkə rəhbərliyinə təqdim olunmalıdır. Onun sözügedən idarədə əməliyyat üzrə müavin təyin olunması da bundan xəbər verir. Əli Nağıyevə verilən müstəsna səlahiyyətlərdən biri də telefonların dinlənilməsi ilə bağlıdır. Belə ki, generala öz işinin səmərəliliyini təmin etmək üçün istənilən şəxsin telefonunu dinləmək hüquq da verilib”.

Teymur HƏSƏNLİ

Комментариев нет:

Отправить комментарий