10.05.2011

PAYTAXTDA BÖYÜK TIXACLAR YARANIB

                 İdarə və müəssisələr Gül bayramını şəhərin mərkəzində keçirir



Bu gün ölkədə rəsmi iş günü olsa da, qeyri-rəsmi olaraq bütün idarə və müəssisələr Gül bayramını qeyd edirlər. Və Gül bayramı təkcə idarə və müəssisələrdə deyil, şəhərin mərkəzində - Heydər Əliyev adına sarayın qarşısındakı parkda kollektiv şəkildə qeyd olunur. Çünki bu gün Gül bayramı ilə bərabər həm də mərhum prezident Heydər Əliyev 88-ci ildönümüdür. Məhz idarə və müəssisələrin bu cür kollektiv şəkildə şəhərin mərkəzinə getməsinin nəticəsi olaraq, şəhərdə böyük tıxaclar yaranıb. Hazırda şəhərin "Azadlıq" prospekti, Bakıxanov küçəsi, Səməd Vurğun küçəsi, "Tbilisi" propspekti, Cəfər Cabbarlı küçəsi və ümumiyyətlə şəhərin mərkəzinə doğru gedən bütün küçələrdə böyük tıxaclar var.




Комментариев нет:

Отправить комментарий